Əsəb və psixi pozğunluğun səbəbi bağırsaqlardadır

İnsan psixikasında problemlər və pozulmalar birbaşa bağırsaqlarla bağlıdır.

Bizim.Media xəbər verir ki, dünyada artıq alimlər Parkinson, şizofreniya, autizm, psixi pozulmalar, demensiyanın dərmanını insan nəcisində axtarmağa başlayıb. Qəribə səslənsə də bu belədir.

Çünki insan psixikasının durumu bağırsaqların mikrobioması ilə sıx bağlıdır. Hippokrat da bütün xəstəliklərin bağırsaqdan başladığını deyib.

Bağırsaqlarda 2 kq və daha çox mikroorqanizmlər yaşayır. 20 milyon gendə bakteriya, virus, göbələk və s.

Belə bir ordu insanı istənilən xəstəliyə sala bilər.

Hazırda pozulmuş bağırsaq mikroflorasına görə daha çox prebiotik və probiotiklər təyin edilir. Alimlər yeni psixobiotiklərin hazırlanması üzərində çalışır.

Psixiatriya üzrə professor Timoti Dinan qeyd edib ki, psixobiotik bakteriyaları neyroaktiv maddələr hazırlayacaq ki, bu da psixi xəstələrin müalicəsində effektivdir.

2015-ci ildə İsrail alimləri bir milyondan çox insanın tibbi kartasını araşdıran elmi tədqiqat aparıblar.

15-65 yaş arası insanların analizlərini təhlil edərək bu nəticəyə gəliblər ki, cəmi bir kurs antibiotik müalicəsi istənilən yaşda insanda təşviş – panik pozuntu və depressiya əlamətləri yaradıb. İl ərzində bir neçə dəfə qəbul isə 50% hallarda xəstədə nevroz, panika, təşviş, depressiyaya səbəb olub.

Eləcə də bağırsaq və qaraciyər üçün zərərli hesab olunan göbələk əleyhinə dərmanlar da 20% hallarda depressiv-təşviş vəziyyəti yaradır, amma bu bir qədər zəif olur.
Ən güclü zərbəni antibiotiklər vurur.

Müasir insanın doğulandan sonra az qala hər il müxtəlif xəstəliklərə görə lazım oldu olmadı antibiotik müalicəsi alması onun mikrobiomasını məhv edir, bağırsaq mikroflorası 6 aya bərpa olur, o da sağlam insanda.

Bununla belə insanın psixikası zərbə görür.

Ona görə alimlər psixiatr və nevroloqlara psixi pozuntusu və əsəb gərginliyi, depressiyası olan xəstələrə təkcə antidepressant yox, bağırsaqları qaydaya salan probiotiklər təyin etməli və ya bu xəstələri qastroenteroloqlar da müalicə etməlidir. (Medicina)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Klaviaturanı kənara qoyun: Əllə yazmağın faydaları açıqlandı

Klaviaturanı kənara qoyun: Əllə yazmağın faydaları açıqlandı

Nyu-York məktəblərində süni intellekt qadağan edilir

Nyu-York məktəblərində süni intellekt qadağan edilir

ABŞ SEPAH komandirinin başına 10 milyon dollar pul qoydu

ABŞ SEPAH komandirinin başına 10 milyon dollar pul qoydu

Çiy at ətini maldan necə fərqləndirmək olar?

Çiy at ətini maldan necə fərqləndirmək olar?

Bakının iki rayonunda qaz kəsiləcək

Bakının iki rayonunda qaz kəsiləcək

Nahidə Babaşlı toy tarixini açıqladı - FOTO

Nahidə Babaşlı toy tarixini açıqladı - FOTO

Cins şalvarların niyə kiçik cibi var? - 150 illik tarix

Cins şalvarların niyə kiçik cibi var? - 150 illik tarix

3 BÜRC üçün pul və uğur qapıları açılır

3 BÜRC üçün pul və uğur qapıları açılır

Bu ölkədə Ermənistan konyakına QADAĞA qoyuldu

Bu ölkədə Ermənistan konyakına QADAĞA qoyuldu

Mahir Emreli yenə qol vurdu – VİDEO

Mahir Emreli yenə qol vurdu – VİDEO

Balarəhim Quliyevə yüksək vəzifə verildi

Balarəhim Quliyevə yüksək vəzifə verildi

Vens ABŞ ilə İran arasındakı münaqişəni müharibə hesab etmədi

Vens ABŞ ilə İran arasındakı münaqişəni müharibə hesab etmədi

Bloger və influenserlər vergiyə cəlb edilir - VİDEO

Bloger və influenserlər vergiyə cəlb edilir - VİDEO

Göygöldə avtomobil skuter sürən yeniyetməni vurdu

Göygöldə avtomobil skuter sürən yeniyetməni vurdu

Elgiz yeni verilişinin tarixini açıqladı

Elgiz yeni verilişinin tarixini açıqladı

Netanyahu: “Əsas məqsədimiz İran rejimini devirməkdir”

Netanyahu: “Əsas məqsədimiz İran rejimini devirməkdir”

"CBS News": Pit Heqset ordu naziri vəzifəsinə namizədini açıqlayıb

"CBS News": Pit Heqset ordu naziri vəzifəsinə namizədini açıqlayıb

Ermənistandan Azərbaycana mümkün ixrac məhsulları AÇIQLANDI

Ermənistandan Azərbaycana mümkün ixrac məhsulları AÇIQLANDI

Rusiya üzərində Ukraynaya məxsus 426 dron vuruldu

Rusiya üzərində Ukraynaya məxsus 426 dron vuruldu

Tramp Kanadanın siyasətçilərinə xəbərdarlıq etdi

Tramp Kanadanın siyasətçilərinə xəbərdarlıq etdi

Bakının bu rayonunda 15 bina söküləcək

Bakının bu rayonunda 15 bina söküləcək

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı ARTDI

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı ARTDI

ChatGPT-nin fəaliyyətində nasazlıq yarandı

ChatGPT-nin fəaliyyətində nasazlıq yarandı

Yaxın 2 gündə HAVA necə olacaq?

Yaxın 2 gündə HAVA necə olacaq?

End of content

No more pages to load

RADİO