Şəmkirdə bıçaqlanan şəxs xəstəxanada ölüb.
Bizim.Media xəbər verir ki, rayon sakini 1989-cu il təvəllüdlü Turan Əzizov şəxsi münasibətlər zəminində dayısı, 1970-ci il təvəllüdlü Nizami Böyükkişiyevə bir neçə bıçaq xəsarəti yetirib.
Bıçaqlanan şəxs xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaq, onu xilas etmək mümkün olmayıb.
Səməd Vurğun küçəsində baş verən hadisəni törədən şəxs Şəmkir rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanıb. Faktla bağlı araşdırma aparılır.
Bizim.Media