Gənclər niyə regionlara qayıtmaq istəmirlər?

Ölkəmizdə ali təhsilli əhalinin regionlar üzrə paylanması diqqət çəkən fərqləri ortaya qoyur.

Aparılan təhlillər göstərir ki, ali təhsilli şəxslərin ən yüksək payı paytaxt Bakının rayonlarında qeydə alınır. Bir sıra bölgələrdə isə bu göstərici ölkə ortalamasından xeyli aşağıdır. Məlumatlar ölkədə təhsil imkanları, əmək bazarı və daxili miqrasiya prosesləri arasında əlaqələri üzə çıxarır.

Bizim.Media mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Gənclər regionlara qayıtmaq istəmirlər"

Millət vəkili, Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədov bu fərqin çox ciddi olduğunu narahatlıqla qeyd edir:

"Fərqlər özünü ciddi şəkildə göstərir və narahatlıq yaratmaqdadır. Hesab edirəm ki, gənclərin daha çox paytaxt və iri şəhərlərə meyil etməsi bu proseslərə ciddi şəkildə təsir göstərir. Gənclər regionlara qayıtmaq istəmirlər".

Millət vəkilinin sözlərinə görə, bu prosesə təsir edən məqamlardan biri də regionlarda aparılan optimallaşma, məktəblərin bağlanmasıdır: "Bu da prosesə öz təsirini göstərir və gələcəkdə daha çox göstərəcək. Hesab edirəm ki, region məktəblərində ciddi zərurət olmadan optimallaşma aparılmasının qarşısı alınmalıdır. Bu məsələdə daha ehtiyatlı olmalıyıq".

"Harada iqtisadi inkişaf varsa, orada güclü təhsil də var"

İqtisadçı Eldəniz Əmirovun sözlərinə görə, dünyanın elə bir ölkəsi yoxdur ki, orada ali təhsilli insanlar regionlar üzrə bərabər paylaşılsınlar:

"İstər ölkədə, istərsə də ümumi planetdə ali təhsilin səviyyəsi o yerdə yüksəkdir ki, orada iqtisadiyyat inkişaf edib. Dünyanın inkişaf etmiş ölkələrini bir və top universitetlərini digər bir A4 vərəqinə yazsaq görərik ki, ölkələr təxminən sinxron gedir, yəni harada iqtisadi inkişaf varsa, orada güclü təhsil də var.

Eyni məntiq ölkə daxilindəki şəhərlər üçün də keçərlidir. Bu gün Azərbaycan iqtisadiyyatının böyük hissəsi Bakıda cəmlənib. Eyni zamanda, ali təhsil müəssisələri, əyləncə mərkəzləri, səhiyyə, xidmətlər və digər infrastrukturlar da".

E.Əmirov bildirir ki, iqtisadi inkişafın regionlarla müqayisədə Bakıda yüksək olması miqrasiyanı artırır:

"Bakıda oxuyanların əksəriyyəti paytaxtda da qalır. Dövlət Statistika Komitəsinin açıqladığı statistikalardan da görürük ki, ölkədə iş yerlərinin çoxu Bakıda açılır. Bu, artıq bir çox sualın cavabıdır. Ölkəmizin kredit portfelində Bakının payı 76, əmanət portfelində 88 faizdir. İqtisadi aktiv həyat miqrasiyanı sürətləndirir. Bunun da məntiqi nəticəsi olaraq ali təhsilli əhalinin ölkə üzrə paylanması qeyri-bərabər olur".

Təhsil məqsədli miqrasiya dünyanın əksər ölkələrində var

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Günay Əkbərovanın fikrincə, ali təhsilli əhalinin payı baxımından Bakı ilə regionlar arasındakı fərqlərin səbəbini yalnız təhsil imkanları ilə izah etmək doğru olmaz:

"Burada həm təhsil, həm iqtisadi inkişaf səviyyəsi, həm əmək bazarı, həm də daxili miqrasiya prosesləri birlikdə rol oynayır. Tarixən ali təhsil müəssisələrinin böyük hissəsi paytaxtda cəmləşib.

Bu da təbii olaraq ali təhsil almaq istəyən gənclərin əhəmiyyətli qisminin Bakıya üz tutmasına səbəb olub. Lakin məsələ təkcə universitetə qəbul olmaqla bitmir. Əsas sual ondan ibarətdir ki, həmin gənclər məzun olduqdan sonra harada yaşayır və işləyirlər.

Təcrübə göstərir ki, regionlardan ali təhsil almaq üçün böyük şəhərlərə gələn gənclərin əhəmiyyətli hissəsi sonradan geri qayıtmır. Bunun da əsas səbəbi iş imkanlarının, karyera perspektivlərinin və peşəkar inkişaf mühitinin daha çox paytaxtda cəmləşməsidir".

G.Əkbərovanın sözlərinə görə, bu gün gənclər yalnız diplom almaq üçün deyil, gələcək həyatlarını qurmaq üçün də Bakını seçirlər:

"Burada əmək bazarı daha genişdir, müxtəlif sahələr üzrə vakansiyalar daha çoxdur, beynəlxalq layihələrə qoşulmaq, peşəkar şəbəkə formalaşdırmaq imkanları daha əlçatandır". İctimai Şuranın üzvü bu məsələyə yalnız problem kimi də baxmır: "Çünki urbanizasiya və təhsil məqsədli miqrasiya dünyanın əksər ölkələrində müşahidə olunan təbii prosesdir.

Məsələn, Almaniya, Fransa, Böyük Britaniya və digər inkişaf etmiş ölkələrdə də ali təhsilli insanların böyük hissəsi iqtisadi mərkəzlərdə cəmləşir. Fərq ondadır ki, həmin ölkələr regionların inkişafına paralel investisiyalar yatıraraq bu fərqi minimum səviyyədə saxlamağa çalışırlar".

Regionlardakı universitetlər də müsbət rol oynaya bilər

G.Əkbərova hesab edir ki, ali təhsilli əhalinin regionlar üzrə daha balanslı paylanması üçün ilk növbədə regionlarda yüksək ixtisas tələb edən iş yerlərinin sayı artırılmalıdır:

"Çünki heç bir gənc yalnız vətənpərvərlik hissi ilə uzun müddət işləməyəcək. İnsan öz peşəsinə uyğun iş tapmalı, inkişaf etməli və layiqli gəlir əldə etməlidir. Əgər regionlarda müəllim, mühəndis, proqramçı, həkim, turizm mütəxəssisi və digər peşə sahibləri üçün real karyera imkanları yaradılarsa, gənclərin geri dönüşü də artacaq".

G.Əkbərova hesab edir ki, region universitetlərinin inkişafı da bu məsələdə müsbət rol oynaya bilər:

"Son illərdə bu istiqamətdə də müsbət addımlar atılır. Dünyanın bir çox ölkəsində regional universitetlər yerli iqtisadiyyatın inkişafında aparıcı rol oynayır. Azərbaycanda da bu model daha da gücləndirilə bilər. Bununla yanaşı, rəqəmsallaşma yeni imkanlar yaradır.

Uzaqdan iş imkanlarının genişlənməsi, rəqəmsal bacarıqların inkişafı və regionlarda internet infrastrukturunun gücləndirilməsi ali təhsilli gənclərin öz bölgələrində yaşayaraq beynəlxalq əmək bazarına çıxışını təmin edə bilər. Mənim fikrimcə, təhsil siyasəti ilə regional inkişaf siyasəti bir-birini tamamladıqda, ali təhsilli əhalinin bölgələr üzrə daha balanslı paylanmasına və insan kapitalının daha səmərəli istifadəsinə nail olmaq mümkün olacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pezeşkian: "Qətərdə dondurulan 6 milyard dollarımız tam olaraq geri qaytarılacaq"

Pezeşkian: "Qətərdə dondurulan 6 milyard dollarımız tam olaraq geri qaytarılacaq"

Zelenski: "Rusiyanın enerji obyektlərinə endirilən zərbələr xalqımıza qarşı ədalətli cavabdır" - VİDEO

Zelenski: "Rusiyanın enerji obyektlərinə endirilən zərbələr xalqımıza qarşı ədalətli cavabdır" - VİDEO

Hökməli yolunda təhlükəli anlar: Dayça magistral yola çıxdı - VİDEO

Hökməli yolunda təhlükəli anlar: Dayça magistral yola çıxdı - VİDEO

Əsgərlər yerinə robotlar: Ukrayna cəbhə logistikasını dəyişir

Əsgərlər yerinə robotlar: Ukrayna cəbhə logistikasını dəyişir

İsveçrədə danışıqlar günortadan sonra başlayır

İsveçrədə danışıqlar günortadan sonra başlayır

Zelenskinin Polşaya münasibəti niyə DƏYİŞİB?

Zelenskinin Polşaya münasibəti niyə DƏYİŞİB?

Sabah Bakıda güclü külək əsəcəkmi? - PROQNOZ

Sabah Bakıda güclü külək əsəcəkmi? - PROQNOZ

Azərbaycana yay fəsli daxil oldu

Azərbaycana yay fəsli daxil oldu

2 sərnişin təyyarəsi toqquşmadan SON ANDA qurtuldu

2 sərnişin təyyarəsi toqquşmadan SON ANDA qurtuldu

Sorğu: Avropalıların əksəriyyəti Britaniyanın Aİ-yə mümkün qayıdışını dəstəkləyir

Sorğu: Avropalıların əksəriyyəti Britaniyanın Aİ-yə mümkün qayıdışını dəstəkləyir

Tbilisidə toyuq yumurtası böyüklüyündə dolu yağdı

Tbilisidə toyuq yumurtası böyüklüyündə dolu yağdı

Mingəçevirdə avtomobil işıq dirəyinə çırpıldı - 2 nəfər xəsarət aldı

Mingəçevirdə avtomobil işıq dirəyinə çırpıldı - 2 nəfər xəsarət aldı

Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - ANBAAN VİDEO

Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - ANBAAN VİDEO

Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib

Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib

Britaniya tarixində ilk: Kral öz vergi hesabatını rəsmən açıqlayacaq

Britaniya tarixində ilk: Kral öz vergi hesabatını rəsmən açıqlayacaq

Xameneinin müşaviri: "Hazırda ABŞ çarəsizlikdən danışıqlarda israr edir"

Xameneinin müşaviri: "Hazırda ABŞ çarəsizlikdən danışıqlarda israr edir"

Mingəçevirdə mağazada yanğın oldu - FOTO

Mingəçevirdə mağazada yanğın oldu - FOTO

İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının nümayəndə heyəti İlham Əliyevin QƏBULUNDA - FOTO

İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının nümayəndə heyəti İlham Əliyevin QƏBULUNDA - FOTO

Biləcəri stansiyasından Ermənistana növbəti qatar yola salındı

Biləcəri stansiyasından Ermənistana növbəti qatar yola salındı

İsrail ordusu Livanın cənubunda döyüşləri dayandırır - Rəhbərlikdən əmr aldı

İsrail ordusu Livanın cənubunda döyüşləri dayandırır - Rəhbərlikdən əmr aldı

İran millisi ABŞ-da etirazlarla qarşılandı - FOTO

İran millisi ABŞ-da etirazlarla qarşılandı - FOTO

Azərbaycan millisi Avropa Liqasında Portuqaliya ilə üz-üzə gələcək

Azərbaycan millisi Avropa Liqasında Portuqaliya ilə üz-üzə gələcək

Ukraynanın sabiq prezidentləri Polşanın "Ağ Qartal" ordenindən imtina etdilər

Ukraynanın sabiq prezidentləri Polşanın "Ağ Qartal" ordenindən imtina etdilər

Ömürlük məhbus məhkəmə vasitəsilə milyonlarla təzminat almağa çalışır

Ömürlük məhbus məhkəmə vasitəsilə milyonlarla təzminat almağa çalışır

End of content

No more pages to load

RADİO