Pandemiya boşanmaların sayını artırıb – Ayrılıqların ağlasığmaz SƏBƏBLƏRİ

Azərbaycanda boşanma statistikası heç də ürəkaçan deyil. Statistik göstəricilərə görə, son 6 ildə boşananların sayı artan templə davam edir.

2020-ci ilin yanvar-may ayları ərzində qeydiyyat şöbələri tərəfindən 15334 nikaha daxilolma və 5788 boşanma halları qeydə alınıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 3.7, boşanmaların sayı isə 1.4 olub.

2019-cu ildə Azərbaycanda 17 148 boşanma halı baş verib ki, bu da son 6 ildə ən yüksək göstəricidir. Ölkədə 2014-cü ildə 12 088, 2015-ci ildə 12 764, 2016-cı ildə 13 114, 2017-ci ildə 14 514, 2018-ci ildə isə 14 857 boşanma halları olub.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda boşanmaların sayı artdı – STATİSTİKA


Bəs nədən yaranır bu boşanmalar?

Buna bir çox səbəblər göstərilə bilər. Ən çox isə boşanmalara məişət problemləri və ailədaxili şiddətlər səbəb göstərilir. Daha sonrakı pillələrdə isə xasiyyət uyğunsuzluğu, xəyanət və valideynlərin gənc ailələrə müdaxiləsi durur.

Niyə boşanmalara adi hal kimi baxılır?

Ailə daxili münasibətlər üzrə psixoloq Cahan Əliyeva Bizim.Media-ya açıqlamasında iş təcrübəsində rast gəldiyi bir çox ayrılıq səbəblərindən danışıb. Onun fikrincə, boşanmalara əsas səbəb valideynlərin ailələrə müdaxiləsi durur.

“Bir çox hallarda, əsasən də oğul anaları övladlarının başqa qadınla münasibəti ilə barışa bilmir. Çünki istər-istəməz ailə sahibi olan övladı bəzi hərəkətlərində, xasiyyətlərində dəyişirlər. Bu isə analarda bir növ qısqanclıq yaradır. Beləliklə ailədə yaranan xırda münaqişələr zamanla böyük narazılıqlara gətirib çıxarır.

Bu zaman isə gənc qadınlar həyatlarının səhvlərini edərək ərləri qarşısında seçim qoyurlar “Ya anan, ya da mən”. Bu isə çox zaman ailələrin dağılmasına gətirib çıxarır. Çünki, təcrübəmdən deyə bilərəm ki, bu zaman kişilərin demək olar ki 80 % ailələrini dağıdırlar. Mən məsləhət görərdim ki, bu sualı həyat yoldaşına vermək istəyən qadın əvvəl özünü kişinin yerində təsəvvür edib bu cür seçim qarşısında qalsa o, hansı yolu seçməsi barəsində düşünsün”.

Boşanmalar ildən-ilə artır

Söhbət əsnasında psixoloq boşanmalara gətirib çıxaran digər səbəblərdən də danışıb. O, boşanmalar zamanı ən çox zərər görən azyaşlıların olduğunu deyib.

“Statistikaya görə, ümumiyyətlə, pandemiya, sərt karantin rejimi ailələrin dağılmasına böyük təsir edib. Nəinki Azərbaycanda bütün dünyada bu hallar son 2 ildə sürətlə artıb. Boşanma faizləri ildən-ilə artmağa başlayıb. Bəzən adi məişət problemlərinə görə insanlar ailələrini dağıdır.

Bu zaman nə ana, nə də ata uşaqlarının psixologiyasını düşünmədən, tez bir zamanda ən son yola əl atırlar. Ailədaxili şiddət zamanı da ən çox uşaqlar əziyyət çəkir”.

Ailələrinin təkidi ilə evlənən cütlüklər 

C. Əliyeva dialoqu zamanı boşanmalara səbəb olan ağlasığmaz manelərdən də söz açıb. O, bildirib ki, bəzən baş verən hadisələr onu hələ də təəccübləndirə bilir.
 

“Bəzən isə çox qeyri-adi hadisələr baş verir. Ailəsinin təkidi ilə evlənən bir kişi, toydan sonra həyat yoldaşına homoseksualist olduğunu və anasının təkidi ilə ailədən qovulmamaq üçün evləndiyini bildirib. Bu isə gənc bir qadın, min bir arzu ilə ailə həyatı quran üçün çox faciəvi olur.


​​​​​​​Təsəvvür edin, hadisədən sonra həmin o qadın ancaq 5 ildən sonra olanların təsirindən çıxa bildi. Bir hadisə isə yenə belə bir ailənin dağılmasına səbəb olub. Yenə də ailənin təkidi ilə eşq yaşadığı yaşlı bir qadından ayrılmaq məqsədi ilə oğullarını gənc bir xanımla evləndirən ana bu hadisə ilə üzləşib.

Bu vəziyyətdə yenə də ortada dağılan ailə və gənc qız qalır. Çünki yaşadığı qadından ayrılacaq deyə, evləndirilən oğlan toydan sonra da sevdiyi qadından əl çəkməyərək, onunla münasibətlərini davam etdirib. Bu isə yenə də ailə quran gənc qadını psixoloji bir duruma salıb”.

Uşaqlar valideynlərin nifrətlərinin qurbanına çevrilirlər

Sonda psixoloq bir məsələnin də vacibliyini vurğulayıb. O, qeyd edib ki, boşanmalarda ən çox rast gəlinən hadisə isə övladlarını bir-birinə qarşı qoyan valideynlərin hərəkətləridir.

“Bu çox səhv addımdır. Onlar başa düşməlidirlər ki, ataya və ya anaya qarşı aqressiv fikir yaratmaq gələcəkdə o uşaqların psixologiyasında dərin iz buraxacaq. Bu isə cəmiyyət üçün sağlam təfəkkürdən uzaq bir şəxs yetişdirməkdir.

Adətən bu uşaqlar aqressiv, hamıya qarşı hirsli olurlar. Bizdə hələ də belə hadisələrlə rastlaşmaq olur. Mən o valideynlərə məsləhət görərdim ki, heç bir halda uşaqlarını öz səhvlərinə və nifrətinin qurbanı etməsinlər”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Arda Gülər məğlubiyyətə görə xalqdan üzr istədi: “Utanırıq” – VİDEO

Arda Gülər məğlubiyyətə görə xalqdan üzr istədi: “Utanırıq” – VİDEO

Budanov Polşanın verdiyi ordendən İMTİNA ETDİ

Budanov Polşanın verdiyi ordendən İMTİNA ETDİ

Bu ölkədə smartfonlar QADAĞAN EDİLDİ

Bu ölkədə smartfonlar QADAĞAN EDİLDİ

COVİD-i kimin yaratdığı üzə çıxdı – MKİ şefindən SENSASİON ETİRAFLAR – VİDEO

COVİD-i kimin yaratdığı üzə çıxdı – MKİ şefindən SENSASİON ETİRAFLAR – VİDEO

Tramp: “Baydenin Ukraynaya verdiyi silahların pulunu Avropa ödəməlidir” – VİDEO

Tramp: “Baydenin Ukraynaya verdiyi silahların pulunu Avropa ödəməlidir” – VİDEO

Culfada hərbçi dəm qazından həyatını itirdi – FOTO

Culfada hərbçi dəm qazından həyatını itirdi – FOTO

Ronaldinyo böyük futbola QAYIDIR

Ronaldinyo böyük futbola QAYIDIR

Azərbaycanda vəzifəli şəxs vəfat etdi – FOTO

Azərbaycanda vəzifəli şəxs vəfat etdi – FOTO

Tramp xüsusi nümayəndələrini İranla danışıqlara GÖNDƏRDİ

Tramp xüsusi nümayəndələrini İranla danışıqlara GÖNDƏRDİ

DÇ tarixində ilk dəfə- Buna görə qırmızı aldı – VİDEO

DÇ tarixində ilk dəfə- Buna görə qırmızı aldı – VİDEO

SPF kremlər D vitaminin qarşısını alır? – Mütəxəssisdən ŞOK AÇIQLAMA

SPF kremlər D vitaminin qarşısını alır? – Mütəxəssisdən ŞOK AÇIQLAMA

Yumurtanın bişirilərkən çatlamasının qarşısını alan 5 sadə üsul

Yumurtanın bişirilərkən çatlamasının qarşısını alan 5 sadə üsul

Şəkidə kəndi su basdı – Sakinlər köçürüləcək – FOTO

Şəkidə kəndi su basdı – Sakinlər köçürüləcək – FOTO

İstixanaya gedən fəhlələr qəzaya düşdü – Yaralılar var

İstixanaya gedən fəhlələr qəzaya düşdü – Yaralılar var

Zəlzələ Yaponiyanı yerindən OYNATDI

Zəlzələ Yaponiyanı yerindən OYNATDI

35 yaşlı aktrisanın ölümünə meymun səbəb olubmuş... – SENSASİON İDDİA – FOTO

35 yaşlı aktrisanın ölümünə meymun səbəb olubmuş... – SENSASİON İDDİA – FOTO

Bölgələrə səfərə hazırlaşan sürücülərə XƏBƏRDARLIQ

Bölgələrə səfərə hazırlaşan sürücülərə XƏBƏRDARLIQ

Oxuyub-yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin SAYI AÇIQLANDI

Oxuyub-yazmağı bacarmayan 9-cu sinif şagirdlərinin SAYI AÇIQLANDI

Bu da Trampın yeni “uçan saray”ı – VİDEO

Bu da Trampın yeni “uçan saray”ı – VİDEO

Türkiyə Dünya Çempionatı ilə vidalaşdı – VİDEO

Türkiyə Dünya Çempionatı ilə vidalaşdı – VİDEO

Zelenskidən Lukaşenkoya ultimatum: Bir həftəyə... – VİDEO

Zelenskidən Lukaşenkoya ultimatum: Bir həftəyə... – VİDEO

Koronavirus müayinələri üçün səhiyyə müəssisələri AYRILDI – RƏSMİ

Koronavirus müayinələri üçün səhiyyə müəssisələri AYRILDI – RƏSMİ

Araq davası ailəni dağıtdı — Qardaşım bilər, mən bilərəm!

Araq davası ailəni dağıtdı — Qardaşım bilər, mən bilərəm!

Bu görüntüləri gündəm oldu - VİDEO

Bu görüntüləri gündəm oldu - VİDEO

End of content

No more pages to load

RADİO