SPF kremlər D vitaminin qarşısını alır? – Mütəxəssisdən ŞOK AÇIQLAMA

Yayda günəşdən qoruyucu kremdən istifadə gündəlik dəri baxımının standart bir hissəsinə çevrilsə də, bir çox insan hələ də SPF-nin D vitamininə necə təsir etdiyini bilmir.

Bizim.Media xəbər verir ki, mütəxəssislərin fikrincə, günəş radiasiyasından qorunmaq və bədəndə vitamin balansını qorumaq eyni vaxtda aparılmalıdır.

Kosmetoloq Tolqay Qarayev bu barədə məlumat verərək qeyd edib ki, günəş şüalarının dəriyə zərərli təsirləri elmi tədqiqatlarla çoxdan təsdiqlənib.

Ultrabənövşəyi şüalanma vaxtından əvvəl qocalmanı sürətləndirir və qırışların əmələ gəlməsinə təsir göstərir. SPF isə günəşin zərərli təsirlərindən qorunmaağa kömək edir. Günəş altında uzun müddət qalırsınızsa və ya açıq havada tətil edirsinizsə, SPF 50 olan günəşdən qoruyucu kremdən istifadə etmək ən yaxşısıdır. Ofis işçiləri üçün SPF 30 kifayət edə bilər.

Lakin belə bir iddia da var ki, SPF kremlər D vitaminin dəriyə sorulmasının qarşısını alır. Mütəxəssis bunu qismən təsdiqlədi:

“SPF məhsulları həqiqətən D vitaminin qəbulunu azalda bilər. Lakin bu, günəşdən qoruyucu kremlərdən istifadəni dayandırmaq üçün bir səbəb deyil. Əgər SPF səviyyəsi 30-dan yüksəkdirsə, bu, D vitaminin sorulmasına maneə yaradır, xüsusən də səhər saat 11-ə qədər olan günəşin faydalı təsirləri üçün tövsiyə olunmur. Lakin ən vacib şey dəri xərçənginin qarşısının alınmasıdır ki, günəş şüalarının xərçəng yarada bilməsi də artıq təsdiqlənib. Buna görə də, D vitaminini təkcə günəş işığı ilə deyil, qida və ya xüsusi əlavələr vasitəsilə bərpa etmək daha yaxşıdır”.

Mütəxəssisin sözlərinə görə, müasir insanların vaxtını qapalı məkanlarda keçirməsinə görə ölkə əhalisinin böyük bir hissəsində D vitamini çatışmazlığı müşahidə olunur. Çatışmazlıq sümük kövrəkliyinin artmasına, zəifləmiş immunitet sisteminə, diabet və metabolik pozğunluqlar riskinin artmasına səbəb ola bilər. Buna görə də ildə ən azı bir dəfə əsas qan analizləri vermək və zərurət yarandıqda həkimə müraciət etmək tövsiyə olunur.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

“Fənərbağça” hesabı açdı - VİDEO

“Fənərbağça” hesabı açdı - VİDEO

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Rabia-dan diplomatik örtüyə: Cihangir İşbilir-in müəmmalı karyerası

Şimali Koreyada İXTİRA: Süni intellektli raket sınaqdan keçirildi

Şimali Koreyada İXTİRA: Süni intellektli raket sınaqdan keçirildi

BMT Konqresində Kibercinayətkarlığa qarşı Konvensiyasını ilk ratifikasiya etmiş dövlətlərə söz verilib - Foto

BMT Konqresində Kibercinayətkarlığa qarşı Konvensiyasını ilk ratifikasiya etmiş dövlətlərə söz verilib - Foto

Bakıda OLAY: Kişi diş həkimi üstündə arvadını bıçaqladı

Bakıda OLAY: Kişi diş həkimi üstündə arvadını bıçaqladı

End of content

No more pages to load

RADİO