Qobustan rayonunda yerləşən “Atyal” dolomit yatağı hərraca çıxarılaraq satılıb.
Bizim.Media İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, Yerin təkindən istifadə ilə bağlı keçirilən hərracda yatağa 41900 manat start qiymət qoyulub, elə həmin qiymətə də satılıb.
Qeyd edək ki, “Atyal” dolomit yatağının 34400 m² sahəsi hərraca çıxarılıb.
Xatirə, Bizim.Media