Fransa, Türkiyə, indi də İtaliya - Yeni universitetlər təhsilimizə nə vəd edir?

Son illər Azərbaycan təhsilində beynəlxalq əməkdaşlıq dalğası genişlənir. Türkiyə-Azərbaycan, Fransız-Azərbaycan və nəhayət, tədris binası yeni açılan İtaliya–Azərbaycan Universiteti bu zəncirin davamıdır.

İtaliya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsü 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən İtaliyaya dövlət səfəri zamanı irəli sürülüb. Layihəni həyata keçirmək üçün ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Sapienza Universiteti, Turin Politexnik Universiteti, Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında 2022-ci ildə akademik əməkdaşlıq sazişləri imzalanıb.
 

Bu əməkdaşlıq İtaliyada kiçik və orta sahibkarlığın, yaradıcı sahələrin, sənətkarlığın və texnoloji inkişafın dəstəklənməsi təcrübəsini təhsil və tədqiqat vasitəsilə Azərbaycana gətirir, iqtisadiyyatımızın strateji sahələri, xüsusilə də mühəndislik, kənd təsərrüfatı və qida sənayesi, memarlıq və dizayn üçün gələcək kadrları yetişdirmək məsələsində mühüm rol oynayır.


Birgə yaradılan universitetlər infrastruktur, akademik tərəfdaşlıq və beynəlxalq diplom imkanları ilə ölkənin ali təhsil məkanında yenilik hesab olunur. Ekspertlər bildirirlər ki, belə layihələrin davamlı yerli elmi potensialın sistemə inteqrasiyası ilə mümkündür.

Bizim.Media xəbər verir ki, Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elçin Mirzəbəyli qeyd edib ki, İtaliya Prezidentinin Azərbaycana səfəri çərçivəsində İtaliya-Azərbaycan Universitetinin açılışı ölkəmizin təhsil və beynəlxalq əməkdaşlıq tarixində mühüm hadisələrdən biri kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, sözügedən təşəbbüs təkcə yeni bir ali məktəbin fəaliyyətə başlaması demək deyil, həm də Azərbaycanın İtaliya, bütövlükdə isə Avropa ilə strateji tərəfdaşlıq münasibətlərini daha da dərinləşdirən, bilik və təcrübə mübadiləsinə geniş meydan açan layihədir.

“Azərbaycan uzun illərdir ki, təhsilin beynəlmiləlləşməsini öz inkişaf prioritetlərindən biri kimi müəyyənləşdirib. Müasirdövrdə  bilik və innovasiya milli sərhədləri aşaraq ümumbəşəri dəyərə çevrilib. Bu baxımdan, ikitərəfli universitet layihələri ölkəmizə təhsilin keyfiyyətinin yüksəldilməsi, yeni elmi yanaşmaların tətbiqi və müasir kadrlara tələbin ödənilməsi baxımından mühüm imkanlar qazandırır. İtaliya kimi qədim universitet ənənələrinə malik bir ölkə ilə əməkdaşlıq gənclərə Avropa standartlarına uyğun təhsil almaq imkanı verir, eyni zamanda Azərbaycan universitetlərinin də beynəlxalq reytinqlərdə daha öncul mövqeyə çıxmasına şərait yaradır”.
 

O həmçinin bildirib ki, İtaliya–Azərbaycan Universitetinin fəaliyyəti tələbə və müəllim mübadiləsi baxımından da xüsusi əhəmiyyət daşıyacaq.


“Tələbələr həm Azərbaycanda, həm də İtaliyada təhsil alaraq Avropa ali məktəb sisteminin üstünlüklərindən yararlanacaqlar. Bu, yalnız fərdi inkişaf üçün deyil, həm də ölkənin gələcək intellektual potensialının inkişafı üçün də mühüm amildir. Paralel olaraq, birgə diplom proqramlarının təşkili Azərbaycan gənclərinə həm milli, həm də beynəlxalq əmək bazarında rəqabət üstünlüyü qazandıracaq”.

Deputat onu da nəzərə çatdırıb ki, təbii olaraq, elm və innovasiya müstəvisində də bu əməkdaşlıq diqqətəlayiqdir:

“Universitet yalnız tədris ocağı deyil, həm də tədqiqat və inkişaf mərkəzi kimi fəaliyyət göstərəcək. Enerji, texnologiya, mühəndislik, memarlıq və incəsənət sahələrində İtaliyanın zəngin təcrübəsi Azərbaycana ötürüləcək, yerli alim və mütəxəssislər üçün yeni imkanlar açılacaq. Bu isə milli innovasiya sisteminin inkişafına güclü təkan verəcək”.

Onun fikrincə, digər bir mühüm aspekt mədəniyyətlərarası dialoqdur:

“Təhsil sahəsində əməkdaşlıq ölkələr arasında yalnız iqtisadi və elmi deyil, həm də humanitar münasibətləri gücləndirir. Gənclərin birgə layihələrdə iştirakı, müxtəlif xalqların bir-birini daha yaxından tanıması xalqlar arasında qarşılıqlı etimadın və dostluğun möhkəmlənməsinə xidmət edir. Azərbaycan bu təşəbbüslə bir daha göstərir ki, mədəniyyətlərarası əməkdaşlıq və humanitar diplomatiya onun xarici siyasətinin mühüm dayaqlarındandır”.

Yekun olaraq deputat vurğulayıb ki, İtaliya-Azərbaycan Universiteti ölkəmizin gələcəyinə qoyulan strateji investisiyadır:

“Bu layihə həm gənclərə yüksək keyfiyyətli təhsil almaq imkanı verir, həm elmi-innovativ əməkdaşlığı gücləndirir, həm də iki xalqı mədəni və humanitar baxımdan bir-birinə daha da yaxınlaşdırır. Azərbaycanın müasir inkişaf kursu, təhsilin qlobal meyarlara uyğunlaşdırılması və intellektual potensialın gücləndirilməsi baxımından bu addım mühüm əhəmiyyət kəsb edir”,- deyə E.Mirzəbəyli bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hikmət Hacıyev almanlarla azərbaycanlıların ortaq tarixindən bəhs edən filmi PAYLAŞDI - VİDEO

Hikmət Hacıyev almanlarla azərbaycanlıların ortaq tarixindən bəhs edən filmi PAYLAŞDI - VİDEO

“Qarabağ” və “Neftçi”yə xüsusi hədiyyə TƏQDİM OLUNDU

“Qarabağ” və “Neftçi”yə xüsusi hədiyyə TƏQDİM OLUNDU

Zelenski: “Ukraynada, Avropada – harada istəsələr, görüşməyə hazırıq”

Zelenski: “Ukraynada, Avropada – harada istəsələr, görüşməyə hazırıq”

Almaniya kansleri də hakerlərin HƏDƏFİNDƏ – Siyasətçilərə məktublar göndərildi

Almaniya kansleri də hakerlərin HƏDƏFİNDƏ – Siyasətçilərə məktublar göndərildi

Maskın yeni PLANI: Uçan maşın şüurlu olacaq

Maskın yeni PLANI: Uçan maşın şüurlu olacaq

Azərbaycan derbisində heç-heçə - VİDEO

Azərbaycan derbisində heç-heçə - VİDEO

Avropa rusiyalılara qapılarını bağlamağa hazırlaşır? - Viza qadağası təklif edildi

Avropa rusiyalılara qapılarını bağlamağa hazırlaşır? - Viza qadağası təklif edildi

"Arazın bu tayındakı xoşbəxtlik niyə qısqanılır?" - VİDEO

"Arazın bu tayındakı xoşbəxtlik niyə qısqanılır?" - VİDEO

Fransada meriyanın binasında iğtişaş törədildi -166 nəfər saxlanıldı - FOTO/VİDEO

Fransada meriyanın binasında iğtişaş törədildi -166 nəfər saxlanıldı - FOTO/VİDEO

Gəncə Kukla Teatrının mühafizəçisi BIÇAQLANDI - Şübhəlinin 15 yaşı var

Gəncə Kukla Teatrının mühafizəçisi BIÇAQLANDI - Şübhəlinin 15 yaşı var

Zelenski Belarusdan Ukraynaya hücum təhlükəsi barədə XƏBƏRDARLIQ ETDİ

Zelenski Belarusdan Ukraynaya hücum təhlükəsi barədə XƏBƏRDARLIQ ETDİ

Qəzza zolağında HƏMAS-ın 4 üzvü öldürüldü

Qəzza zolağında HƏMAS-ın 4 üzvü öldürüldü

Nərimanın komandasından növbəti QƏLƏBƏ

Nərimanın komandasından növbəti QƏLƏBƏ

13 yaşdan kiçik uşaqlara sosial şəbəkələr QADAĞAN EDİLİR

13 yaşdan kiçik uşaqlara sosial şəbəkələr QADAĞAN EDİLİR

Həkimləri söydü, ustanı bıçaqladı - Ağstafa bazarını bir-birinə qatan TUTULDU

Həkimləri söydü, ustanı bıçaqladı - Ağstafa bazarını bir-birinə qatan TUTULDU

Avropada supermarketlərə haker HÜCUMU: Tonlarla ərzaq məhv oldu

Avropada supermarketlərə haker HÜCUMU: Tonlarla ərzaq məhv oldu

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

“Qalatasaray” son dəqiqə qolu ilə qələbə QAZANDI

“Qalatasaray” son dəqiqə qolu ilə qələbə QAZANDI

Yəmən sahillərində qaz tankeri VURULDU

Yəmən sahillərində qaz tankeri VURULDU

“Atam və anamdan çox o, mənə dəstək oldu“

“Atam və anamdan çox o, mənə dəstək oldu“

Hakan Fidan və Əraqçi İslam ölkələri arasında əməkdaşlığın gücləndirilməsindən DANIŞDILAR

Hakan Fidan və Əraqçi İslam ölkələri arasında əməkdaşlığın gücləndirilməsindən DANIŞDILAR

Azərbaycanda dövlət qurumlarının saytları yenidən ÇÖKDÜ

Azərbaycanda dövlət qurumlarının saytları yenidən ÇÖKDÜ

Avropalı diplomatlar hücuma məruz qaldı - VİDEO

Avropalı diplomatlar hücuma məruz qaldı - VİDEO

"Qarabağ" - "Neftçi" matçının heyətləri AÇIQLANDI

"Qarabağ" - "Neftçi" matçının heyətləri AÇIQLANDI

End of content

No more pages to load

RADİO