Prezident Gəncə Memorial Kompleksinin açılışında – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də – Anım Günündə Gəncə Memorial Kompleksinin açılışında iştirak edib.

Bizim.Media xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı memorial lövhənin qarşısına əklil qoyub.

Azərbaycan Prezidenti Anım Günü ilə əlaqədar Gəncə Memorial Kompleksində saat 12:00-da Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev dövlət başçısına kompleks barədə ətraflı məlumat verib.

Prezident İlham Əliyevin 2022-ci ilin yanvarında təməlini qoyduğu bu kompleks İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın raket hücumlarının qurbanı olmuş günahsız insanların əziz xatirəsini əbədiləşdirmək və müharibənin acı reallıqlarını gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır.
xa0

Bu ilin martında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva qızları Leyla və Arzu Əliyeva ilə birlikdə layihə ilə tanış olub, avqust ayında isə Prezident İlham Əliyev və birinci xanım kompleksdə görülən işlərin gedişinə baxış keçiriblər.


Xatırladaq ki, cəbhə xəttindən 80 kilometr aralıda yerləşən Gəncə şəhəri Vətən müharibəsi dövründə oktyabrın 4-ü, 5-i, 8-i, 11-i və 17-də Ermənistan silahlı qüvvələrinin “Toçka-U”, “Smerç”, “SCUD” və digər raket sistemlərindən atəşə məruz qalıb. Bu amansız hücumlar nəticəsində 6-sı uşaq olmaqla, 26 mülki şəxs həyatını itirib, 142 dinc sakin isə yaralanıb.

Bildirildi ki, Memorial məhz həmin zərbələrdən birinin endirildiyi ərazidə – yaşayış binalarının yerində inşa olunub və 4 hektar sahəni əhatə edir. Orijinal memarlıq həlli ilə seçilən abidə spiralvari forması ilə raketin yerdə buraxdığı iz – krateri simvolizə edir. Kompleksin açıq meydanında isə dağıdılmış binaların qalıqları xüsusi instalyasiya şəklində qorunub saxlanılıb.
Aypara formalı ikimərtəbəli binanın ümumi sahəsi 2400 kvadratmetrdir. Birinci mərtəbədə muzey ekspozisiyası, ikinci mərtəbədə isə seminar, təlim və müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş çoxfunksiyalı zal yerləşir.

Muzeydə “XX əsrin əvvəli”, “Deportasiya və məcburi köçkünlük”, “Soyqırımı və kütləvi qırğınlar”, “Atəşkəs və Vətən müharibəsi dövrü”, “İtkin düşənlər, kütləvi məzarlıqlar, mina terroru” və “İşıqlı gələcəyə doğru” mövzularına həsr olunmuş zallar fəaliyyət göstərir.
xa0

Ekspozisiya ziyarətçilərə əvvəlcə XX əsrin əvvəllərində baş verən faciələri, o cümlədən 1918-ci ilin mart soyqırımını tarixi faktlarla təqdim edir. Burada, həmçinin 1948–1953-cü illərdə soydaşlarımızın Qərbi Azərbaycandan kütləvi deportasiyası əks etdirilib. İnteraktiv bölmədə arxiv materialları, tarixi sənədlər və dağıdılmış mədəni irs nümunələri ilə tanış olmaq mümkündür.


Növbəti bölmələrdə 1987–1994-cü illərdə Azərbaycan xalqının üzləşdiyi etnik təmizləmə cinayətləri, dinc əhaliyə qarşı törədilmiş soyqırımlar və sistemli qırğınlar haqqında məlumatlar yer alıb. Muzeyin ayrıca hissəsi isə müasir dövrdə – atəşkəs illərində, Vətən müharibəsi günlərində və ondan sonrakı mərhələdə mülki əhalinin məqsədli şəkildə hədəfə alınması faktlarına həsr olunub.

Ekspozisiyanın son hissəsi uzun illər davam edən haqsızlıqlara baxmayaraq, mübarizliyini qoruyan Azərbaycan xalqının əzmkarlığının və qələbə əzminin təntənəsinə həsr olunub.

Sonra Prezident İlham Əliyev Gəncə Memorial Kompleksində Ermənistanın raket hücumu zamanı hər iki valideynini itirən Nilay Əliyeva və onun babası Zahid Babazadə ilə görüşüb.


X X X

Qeyd edək ki, bu memorial yalnız bir abidə deyil, həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış çağırışdır. Ermənistanın dinc əhalimizə qarşı törətdiyi raket hücumları təkcə Cenevrə konvensiyalarını deyil, həm də bəşəriyyətin ən fundamental mənəvi dəyərlərini pozurdu. Azərbaycan isə müharibə dövründə beynəlxalq hüququn tələblərinə sadiq qalaraq yalnız legitim hərbi hədəfləri vurub, qisasını döyüş meydanında alıb.

Gəncə Memorial Kompleksi həm də gələcək nəsillər üçün tariximizin canlı yaddaş salnaməsi olacaq bir məkandır. Bu şərəfli tarixi isə Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı yazdı.

Allah şəhidlərimizə rəhmət eləsin!





























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Aleksandar Vuçiç istefa verəcək

Aleksandar Vuçiç istefa verəcək

Bakıda yaşlı qadın ərini baltaladı

Bakıda yaşlı qadın ərini baltaladı

Sabah Bakıda yağış yağacaq, bölgələrə dolu düşəcək

Sabah Bakıda yağış yağacaq, bölgələrə dolu düşəcək

Azərbaycanda məhkəmə hakimlərinin sayı açıqlandı

Azərbaycanda məhkəmə hakimlərinin sayı açıqlandı

Vensdən İsrailə sərt xəbərdarlıq: "Vaşinqtonun yeganə müttəfiqi olduğunu düşünməyi dayandırın"

Vensdən İsrailə sərt xəbərdarlıq: "Vaşinqtonun yeganə müttəfiqi olduğunu düşünməyi dayandırın"

Zelenski Rusiyanın 2 neft emalı zavoduna endirilən zərbələr HAQDA - VİDEO

Zelenski Rusiyanın 2 neft emalı zavoduna endirilən zərbələr HAQDA - VİDEO

Bəhreyn ABŞ-İran razılaşmasındakı roluna görə Pakistana təşəkkür etdi

Bəhreyn ABŞ-İran razılaşmasındakı roluna görə Pakistana təşəkkür etdi

Tramp rəqiblərini hədəf aldı: Süni intellektlə hazırlanan FOTONU paylaşdı

Tramp rəqiblərini hədəf aldı: Süni intellektlə hazırlanan FOTONU paylaşdı

Yeni Kaledoniyada iğtişaşlardan sonra əyalət orqanlarına ilk seçkilər keçirilir

Yeni Kaledoniyada iğtişaşlardan sonra əyalət orqanlarına ilk seçkilər keçirilir

Ağdərədə mikroavtobusla minik avtomobili toqquşdu: Xeyli sayda yaralı var

Ağdərədə mikroavtobusla minik avtomobili toqquşdu: Xeyli sayda yaralı var

Londonda Somalidən olan miqrant avtomobili piyadaların üzərinə sürdü: 5 yaralı var - VİDEO

Londonda Somalidən olan miqrant avtomobili piyadaların üzərinə sürdü: 5 yaralı var - VİDEO

İran ABŞ-ın Küveytdəki bazasına və Bəhreyndəki HDQ obyektlərinə zərbələr endirdi

İran ABŞ-ın Küveytdəki bazasına və Bəhreyndəki HDQ obyektlərinə zərbələr endirdi

ABŞ qlobal futbol və hərbi tarixdə bir ilkə imza atdı: Eyni gündə həm oyun, həm bombardman - FOTO

ABŞ qlobal futbol və hərbi tarixdə bir ilkə imza atdı: Eyni gündə həm oyun, həm bombardman - FOTO

Fitsodan NATO sammiti öncəsi Ukrayna bəyanatı: “Maliyyələşdirməyəcəyik"

Fitsodan NATO sammiti öncəsi Ukrayna bəyanatı: “Maliyyələşdirməyəcəyik"

Hakim olmaq istəyənlər İMTAHAN VERİRLƏR

Hakim olmaq istəyənlər İMTAHAN VERİRLƏR

İsrail Qəzza zolağında "HƏMAS"ın iki komandirini məhv etdi

İsrail Qəzza zolağında "HƏMAS"ın iki komandirini məhv etdi

Biləcəri stansiyasından Ermənistana qatar YOLA SALINDI

Biləcəri stansiyasından Ermənistana qatar YOLA SALINDI

İstanbulda mağaza önündə partlayış: Polis şübhəliləri axtarır

İstanbulda mağaza önündə partlayış: Polis şübhəliləri axtarır

Ermənistan Rusiya bazarını itirsə, balıq satışından əldə etdiyi gəlirin 98%-indən məhrum olacaq

Ermənistan Rusiya bazarını itirsə, balıq satışından əldə etdiyi gəlirin 98%-indən məhrum olacaq

Ukrayna Baş Qərargahı: Gecə hücumu zamanı 132 dron və raket məhv edildi

Ukrayna Baş Qərargahı: Gecə hücumu zamanı 132 dron və raket məhv edildi

İlon Mask: "USAID Ukraynadakı inqilabı maliyyələşdirib" - FOTO

İlon Mask: "USAID Ukraynadakı inqilabı maliyyələşdirib" - FOTO

Bakıda mənzildə köməksiz qalan azyaşlı XİLAS EDİLDİ

Bakıda mənzildə köməksiz qalan azyaşlı XİLAS EDİLDİ

Cozef Bayden yenə də səhnədə çıxış yolunu tapmadı - VİDEO

Cozef Bayden yenə də səhnədə çıxış yolunu tapmadı - VİDEO

Rusiyada 3-cü uşağa görə 11 000 dollar VERİLƏCƏK? - TƏKLİF

Rusiyada 3-cü uşağa görə 11 000 dollar VERİLƏCƏK? - TƏKLİF

End of content

No more pages to load

RADİO