ABŞ-ın eks-prezidenti Cozef Bayden növbəti dəfə kütləvi tədbirlərin birində çıxışından sonra səhnədən necə uzaqlaşacağını qarışdırıb. Onun bu görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Bizim.Media xəbər verir ki, çıxışını tamamlayan Bayden mikrofondan uzaqlaşaraq izləyicilərə müraciətlə “Sizi sevirəm! Təşəkkür edirəm!” (Love you! Thank you!) sözlərini deyib.
Lakin bu xoş sözlərdən dərhal sonra o, səhnədə qeyri-müəyyən istiqamətdə hərəkət etməyə başlayıb və çıxış qapısını tapa bilməyib.
Bir neçə saniyə ərzində ətrafa çaşqın baxışlarla nəzər salan sabiq dövlət rəhbərinə köməkçiləri və mühafizə xidmətinin əməkdaşları müdaxilə etməli olublar. Onlar Baydenə yaxınlaşaraq hərəkət istiqamətini göstəriblər və onu səhnədən müşayiət ediblər.
Xatırladaq ki, Cozef Bayden hələ Ağ Evə rəhbərlik etdiyi dövrlərdə də analoji situasiyalarla — səhnədə orientasiyanı itirməsi, görünməyən şəxslərlə "əl sıxması" və çıxış yollarını səhv salması ilə tez-tez medianın gündəminə gəlirdi. Onun bu hərəkətləri müxalif respublikaçılar tərəfindən hər zaman onun yaşı və fəaliyyət qabiliyyəti kontekstində kəskin tənqid obyekti olub.
Bizim.Media