Nadir Qafarzadə: “Cəmiyyət pozğunluğu təbliğ edənləri alqışlayır”

Müğənni Almaxanım Əhmədlinin yeni “Ürəyim” klipi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Sənətçinin həyat yoldaşı ilə kamera qarşısına keçməsi izləyicilərin bir qisminin xoşuna gəlsə də, digərləri onu tənqid atəşinə tutublar.

Şərhlərdə müğənninin əvvəlki “ağır obrazını” itirdiyi, getdikcə şou-biznesə daha çox qarışdığı vurğulanır. Xüsusilə, onun şəxsi həyatını tez-tez gündəmə gətirməsi bəzi izləyicilərdə narazılıq doğurub.

Maraqlıdır, sənətçinin bu qədər sərt reaksiyalara tuş gəlməsinin səbəbi nədir? 

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan müğənni Nadir Qafarzadənin sözlərinə görə, burada təəccüblü heç nə yoxdur:

“Burda nə var ki? Nə camaatın ərini əlindən alıb, nə də ailəsini dağıdıb. Öz ailəsidir, paylaşır. Burada qəribə heç nə yoxdur. Əyri-əskik fikir səsləndirən hər kəs girsin “TikTok”a orada baş verənlərə münasibət bildirsin. Orda olanları qınasınlar. Sosial şəbəkələrdə tərbiyəsizlik, əxlaqsızlıq baş alıb gedir. Almaxanım halalca həyat yoldaşı ilə klip çəkdirib. Nə edib ki?

Cəmiyyətə təqdim etdiyi də öz ailəsidir, öz övladıdır. Yaxşı şeyi göstərmək, təqdim etmək lazımdır. Nümunəvi ailələrin təbliğ olunmasında qəbahətli heç nə yoxdur. O qızın sənəti də var, abır-həyası da. Bunu sadəcə alqışlamaq lazımdır”.

Sənətçi həmçinin əlavə edib ki, Almaxanımı tənqid edənlərin əksəriyyəti xoşbəxt insanları qəbul edə bilmir:

“Üzr istəyirəm, gedib ora-burasını göstərənlərə, ev dağıdanlara, özünü açıb-buraxanlara, pozğunluğu təbliğ edənlərə elə xoş sözlər yazırlar ki, adam mat qalır. Onlarla bunu müqayisə edib görsünlər ki, fərq nədədir. Paxıllar onsuz da hər zaman olub. Tənqid edənlər də pis söz yazmaq üçün bəhanə axtaranlardır. Bu da hər zaman olacaq. 

Həmin insanlar xoşbəxt olan adamları qəbul etmirlər. 

Gözləri yaxşı şeyləri götürmür. Onlar tənqid adı altında təhqir etməklə məşğuldurlar. Özləri xoşbəxt olmadıqları üçün digərlərinin bədbəxtliyinə sevinirlər. Almaxanım da ailəsinin yanında, ağlı başında olan qızdır. Gözəl də sənəti var. Oturuşunu, duruşunu bilən biridir. Özü də yaxşı ailənin qızıdır. O pis nəyisə təbliğ edə bilməz. Mənfi düşüncədə olan insanlar hər yerdə var, hər zaman da olacaqlar”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qəzzada ölənlərin sayı 72 mini ötdü - RƏQƏMLƏR

Qəzzada ölənlərin sayı 72 mini ötdü - RƏQƏMLƏR

Bakının bu kəndində həyət evlərini çömçəquyruqlar basdı — VİDEO

Bakının bu kəndində həyət evlərini çömçəquyruqlar basdı — VİDEO

Yeni həftə 3 BÜRC üçün dəyişikliklər gətirəcək

Yeni həftə 3 BÜRC üçün dəyişikliklər gətirəcək

Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

Övladı birinci sinfə gedəcək valideynlərin NƏZƏRİNƏ

“Yelo” Bankın kartlarına Avropa ölkələrində stop qoyuldu - SİYAHI

“Yelo” Bankın kartlarına Avropa ölkələrində stop qoyuldu - SİYAHI

Bu bürclərin qadınları İDEAL ANA olur

Bu bürclərin qadınları İDEAL ANA olur

Azərbaycanlı müğənninin toyu OLDU - VİDEO

Azərbaycanlı müğənninin toyu OLDU - VİDEO

İran ABŞ ilə danışıqların bərpası üçün 5 ŞƏRTİNİ açıqladı

İran ABŞ ilə danışıqların bərpası üçün 5 ŞƏRTİNİ açıqladı

Tramp: ABŞ-ın NATO-ya ehtiyacı yoxdur

Tramp: ABŞ-ın NATO-ya ehtiyacı yoxdur

Metroda boş vaqonları əvvəlcədən görmək olacaq - YENİLİK

Metroda boş vaqonları əvvəlcədən görmək olacaq - YENİLİK

Azərbaycanda tanınmış şair üçün yardım çağırışı edildi - Xəstəxanaya borcu olub

Azərbaycanda tanınmış şair üçün yardım çağırışı edildi - Xəstəxanaya borcu olub

Melaniya Tramp ABŞ lideri ilə birlikdə Çinə getmədi

Melaniya Tramp ABŞ lideri ilə birlikdə Çinə getmədi

“Hörmüzə yaxınlaşsalar, başlarına oyun açarıq..."

“Hörmüzə yaxınlaşsalar, başlarına oyun açarıq..."

Tramp Çinə səfərə yola düşüb - VİDEO

Tramp Çinə səfərə yola düşüb - VİDEO

D vitamini kəskin az olanların DİQQƏTİNƏ: ciddi təhlükələri var

D vitamini kəskin az olanların DİQQƏTİNƏ: ciddi təhlükələri var

İspaniya Avropanın vahid ordusunun yaradılmasına ÇAĞIRIŞ ETDİ

İspaniya Avropanın vahid ordusunun yaradılmasına ÇAĞIRIŞ ETDİ

Həqiqi sülh təhqir və hədə-qorxu üzərində qurulmur...

Həqiqi sülh təhqir və hədə-qorxu üzərində qurulmur...

"Metallica" rok qrupunun konserti Afinada zəlzələyə səbəb oldu - VİDEO

"Metallica" rok qrupunun konserti Afinada zəlzələyə səbəb oldu - VİDEO

Sərnişinlərdən xahiş edirəm: Qapı açılanda düşənlərə yol verin! - Sədr

Sərnişinlərdən xahiş edirəm: Qapı açılanda düşənlərə yol verin! - Sədr

Hantavirusun əsas simptomu və ilk zədələdiyi ORQAN

Hantavirusun əsas simptomu və ilk zədələdiyi ORQAN

ABŞ lideri İranla razılaşma üçün ƏSAS ŞƏRTİNİ açıqladı

ABŞ lideri İranla razılaşma üçün ƏSAS ŞƏRTİNİ açıqladı

Türkiyədən ABŞ və İrana ÇAĞIRIŞ: "Bu problemin real həllini tapın"

Türkiyədən ABŞ və İrana ÇAĞIRIŞ: "Bu problemin real həllini tapın"

Tramp bu il Rusiyaya səfər edə bilər

Tramp bu il Rusiyaya səfər edə bilər

Slovakiya Milli Şurasının sədri ölkəmizə səfərə gəlib - FOTO

Slovakiya Milli Şurasının sədri ölkəmizə səfərə gəlib - FOTO

End of content

No more pages to load

RADİO