“Hazırda pandemiyanın olduqca təhlükəli mərhələsindəyik” - ÜST

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Qebreyesus koronavirus əleyhinə peyvənd istehsal edən şirkətləri istehsalı artırmaq üçün səylərini artırmağa çağırıb.

Bizim.Media xəbər verir ki, Tedros Qebreyesus “BioNTech”, “Moderna” və “Pfizer” kimi şirkətləri təcili şəkildə yeni istehsalat müəssisələrinin inkişaf etdirilməsi prosesini sürətləndirmək məqsədilə öz bilik və təcrübələrini paylaşmalarını xahiş edib.

Baş direktorun sözlərinə görə, hazırda dünyanın müxtəlif ölkələrində peyvənd maddələrinin istehsalı müəssisələrinin qurulması işi aparılır, lakin bu firmalar öz texnoloji yeniliklərini açıq şəkildə bölüşsələr, bu prosesin tempi daha da yüksələ bilər.
 

MÖVZU İLƏ BAĞLI:

ÜST “Delta ştammı”nın olduğu ölkələrin sayını açıqladı


Dünyanın yoxsul ölkələri bu gedişlə sentyabrın sonunadək ölkə əhalisinin 10 faizini peyvəndləmək iqtidarında deyillər, digər tərəfdən isə zəngin ölkələrdə vaksinasiya kampaniyası sürətlə irəliləməkdədir.

Zəngin ölkələrin hökumətləri yoxsul ölkələrə peyvənd dozaları ianə etsələr də, ianə edilən miqdar “qaynar daş üzərinə bir damla su” hesab edilə bilər.

T.Qebreyesus, həmçinin qeyd edib ki, peyvəndləmə işlərinin ləng aparılması yüksək yoluxuculuq gücünə malik variantların yayılmasına yol açır:

“Biz hazırda pandemiyanın olduqca təhlükəli mərhələsindəyik. Dünyanın bir çox ölkəsində peyvənd çatışmazlığı nəticəsində virusun mutasiya edə bilməsi qarşısında heç bir ölkə özünü təhlükəsiz hiss etməməlidir”.
 

Onun sözlərinə görə, koronavirusun “Delta” variantına yoluxma halları dünyanın artıq 98 ölkəsində müəyyən edilib və bu mutasiya artıq bir sıra ölkələrdə dominant varianta çevrilib. Ona görə peyvəndləmədə tempin artırılması günün tələbidir.


ÜST rəhbəri qeyd edib ki, ölkələrin dövlət və hökumət rəhbərlərini gələn ilədək vaksinasiya səviyyəsini ölkə əhalisinin 70 faizinə çatdırmağa dair çağırışlar edib.

Yalnız bu halda pandemiyanın kəskin mərhələsinə praktiki şəkildə son qoymaq mümkün olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Bu, baş versə, Azərbaycan 500 milyon manat qazanacaq…”

“Bu, baş versə, Azərbaycan 500 milyon manat qazanacaq…”

Klaviaturanı kənara qoyun: Əllə yazmağın faydaları açıqlandı

Klaviaturanı kənara qoyun: Əllə yazmağın faydaları açıqlandı

Nyu-York məktəblərində süni intellekt qadağan edilir

Nyu-York məktəblərində süni intellekt qadağan edilir

ABŞ SEPAH komandirinin başına 10 milyon dollar pul qoydu

ABŞ SEPAH komandirinin başına 10 milyon dollar pul qoydu

Çiy at ətini maldan necə fərqləndirmək olar?

Çiy at ətini maldan necə fərqləndirmək olar?

Bakının iki rayonunda qaz kəsiləcək

Bakının iki rayonunda qaz kəsiləcək

Nahidə Babaşlı toy tarixini açıqladı - FOTO

Nahidə Babaşlı toy tarixini açıqladı - FOTO

Cins şalvarların niyə kiçik cibi var? - 150 illik tarix

Cins şalvarların niyə kiçik cibi var? - 150 illik tarix

3 BÜRC üçün pul və uğur qapıları açılır

3 BÜRC üçün pul və uğur qapıları açılır

Bu ölkədə Ermənistan konyakına QADAĞA qoyuldu

Bu ölkədə Ermənistan konyakına QADAĞA qoyuldu

Mahir Emreli yenə qol vurdu – VİDEO

Mahir Emreli yenə qol vurdu – VİDEO

Balarəhim Quliyevə yüksək vəzifə verildi

Balarəhim Quliyevə yüksək vəzifə verildi

Vens ABŞ ilə İran arasındakı münaqişəni müharibə hesab etmədi

Vens ABŞ ilə İran arasındakı münaqişəni müharibə hesab etmədi

Bloger və influenserlər vergiyə cəlb edilir - VİDEO

Bloger və influenserlər vergiyə cəlb edilir - VİDEO

Göygöldə avtomobil skuter sürən yeniyetməni vurdu

Göygöldə avtomobil skuter sürən yeniyetməni vurdu

Elgiz yeni verilişinin tarixini açıqladı

Elgiz yeni verilişinin tarixini açıqladı

Netanyahu: “Əsas məqsədimiz İran rejimini devirməkdir”

Netanyahu: “Əsas məqsədimiz İran rejimini devirməkdir”

"CBS News": Pit Heqset ordu naziri vəzifəsinə namizədini açıqlayıb

"CBS News": Pit Heqset ordu naziri vəzifəsinə namizədini açıqlayıb

Ermənistandan Azərbaycana mümkün ixrac məhsulları AÇIQLANDI

Ermənistandan Azərbaycana mümkün ixrac məhsulları AÇIQLANDI

Rusiya üzərində Ukraynaya məxsus 426 dron vuruldu

Rusiya üzərində Ukraynaya məxsus 426 dron vuruldu

Tramp Kanadanın siyasətçilərinə xəbərdarlıq etdi

Tramp Kanadanın siyasətçilərinə xəbərdarlıq etdi

Bakının bu rayonunda 15 bina söküləcək

Bakının bu rayonunda 15 bina söküləcək

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı ARTDI

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı ARTDI

ChatGPT-nin fəaliyyətində nasazlıq yarandı

ChatGPT-nin fəaliyyətində nasazlıq yarandı

End of content

No more pages to load

RADİO