Fransa yığması Avropa çempionatında mübarizəni dayandırandan sonra söz-söhbət bitmir.
Bizim.Media “RMC Sport”a istinadən xəbər ki, əsas polemika xoruz simvolluların İsveçrəyə uduzduğu gün stadionda, tribuna və oyundan sonra yaşanıb.
İlk mübahisə Adrien Rabyonun anası Veronika ilə Poqbanın yaxınları arasında düşüb. Çünki oyun ərzində Poqbanın qohumları Rabyonun oyunundan narazılıq ifadə edirdilər.
Oyundan sonra isə Rabyonun anası onlara səslənib ki, “bizi məğlubiyyətə aparan qolun vurulmasında Poqbanın günahı var. O, topu itirməsəydi hesab belə olmayacaqdı”.
Bundan başqa, Rabyonun anası Veronika Mbappenin atasından rica edib ki, “oğluna denən bir az sadə olsun, yekəxanalığını azaltsın”.
Xatırladaq ki, İsveçrə üçüncü topu fransızların qapısına vurduqdan sonra Pol Poqba ilə Adrien Rabyo arasında elə stadiondaca mübahisə sezilirdi. Futbolçular bir-birinin üstünə qışqırırdı.
Bizim.Media