Ağ Evi sülh binasına çevirən lider: İlham Əliyev yeni qlobal mərhələnin memarı olur

"Azərbaycan Vətən Müharibəsində qələbəsini Donald Trampın birinci prezidentlik dövrünün sonunda əldə etdi. Bu faktı indi xatırlatmaq ona görə vacibdir ki, Trampdan əvvəlki və sonrakı hakimiyyətlər dövründə bölgəni maksimum dərəcədə parçalamaq, Cənubi arealda isə məhz konfliktlər vasitəsilə hökmranlıq etmək və öz geosiyasi maraqlarını təmin etmək siyasətini müşahidə edirdik. Bu ağrını biz hələ Sovetlər Birliyinin dağılması dövründə də yaşamışıq. Region ölkələrini İran və Rusiya əleyhinə yönəltmək, Türkiyəni isə NATO vasitəsilə müəyyən çərçivədə idarə edərək onun Qafqazlarda aparıcı mövqe qazanmasının qarşısını almaq ABŞ siyasətinin əsas istiqamətlərindən biri olub."

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin və Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın paytaxtı Vaşinqtona səfərini şərh edərkən bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Vaşinqtonda – FOTO/VİDEO


O, fikrinin davamında aşağıdakıları vurğulayıb:

"Azərbaycanın müqəddəs savaşında Tramp hələ seçkilərdə iştirak etdiyi dövrdə, ABŞ tərəfi yeni ərazi bütövlüyümüzün hərbi vasitələrlə təsdiqi faktını qəbul edərək bu məsələdə hər hansı basqı və ya təzyiq siyasəti yürütmədi. Hətta müharibənin qısa fasiləsində atəşkəs çağırışları da etmişdi. Avropa və ya NATO qüvvələrinin bölgəyə gətirilib Azərbaycan əleyhinə yönləndirilməsi baş vermədi — bu, Bayden dövründə müşahidə etdiyimiz mövqelərlə müqayisədə tam fərqli idi.

Son dövrlərdə Ermənistanla ABŞ arasında müstəqillik sənədinin imzalanması da bu fərqi bir daha göstərdi. Beləliklə, ABŞ bu kiçik bölgə ölkəsi üzərində nəzarətini davam etdirmiş oldu.

İndi isə Ağ Evdə Trampın missiyası – Hindistan-Pakistan, Rusiya-Ukrayna, Fələstin-İsrail və digər münaqişə zonalarında ABŞ-ın mövqeyinin ənənəvi siyasətdən fərqli olduğunu nümayiş etdirir. Bu, məhz Trampın siyasi yanaşmasının nəticəsidir.

ABŞ-da keçirilən prezident seçkiləri dövründə Prezident İlham Əliyevin Trampa bağlı müsbət fikir bildirməsi də təsadüfi deyildi.

Onun dövlətlərin daxili işlərinə müdaxilə etməməsi, inqilab yolu ilə rejim dəyişikliyinə cəhd göstərməməsi kimi mövqeyi Azərbaycanda müsbət qarşılanmışdı — baxmayaraq ki, seçkinin nəticəsi o zaman məlum deyildi. Daha sonra yeni administrasiyanın USAID-i tənqid etməsi və bu qurumun dünyada və ABŞ-da zərərli fəaliyyətini vurğulaması, Prezident İlham Əliyevin bu təşkilatla bağlı illər öncə səsləndirdiyi fikirləri təsdiqləmiş oldu.

Hazırda Trampın rəhbərliyi ilə ABŞ Qafqaza qayıdır. Bu qayıdış dövlətlərin daxili işlərinə müdaxilə deyil, əksinə, barış missiyasıdır. İki dövlət rəhbərinin Ağ Evdə qəbul edilməsi, hətta sülh sənədi deyil, niyyət protokolunun belə imzalanması, Trampın iradəsinin göstəricisi olacaq. Eyni zamanda bölgədə əsas sülh missiyası Prezident İlham Əliyevə məxsusdur — o, regionda üç respublikanın sülh və təhlükəsizlik şəraitində yaşaması üçün təməllər atıb. Bu, eyni zamanda ABŞ–Azərbaycan münasibətləri üçün yeni mərhələnin və böyük fürsətlərin başlanğıcıdır. Bu münasibətlər yalnız ikitərəfli müstəvidə deyil, daha fərqli sahələrdə də inkişaf edəcək. Çünki Tramp, Azərbaycan liderinin siyasətinə ayrıca dəyər verir.

Ən mühüm məsələ isə ondan ibarətdir ki, bu görüşün əsas mövzusu Zəngəzur dəhlizinin açılmasıdır.

Burada qlobal qarşıdurma meydanı yaratmaq cəhdləri fonunda, Ağ Evdə keçiriləcək bu görüş real sülhün bərqərar olunmasına mühüm töhfə verə bilər. Trampın atdığı addımlar onun Nobel Sülh Mükafatına layiq olduğunu göstərirsə, İlham Əliyev bu mükafata öz tarixi addımları ilə artıq çoxdan layiq olub. Çünki bu mükafatın mayasında Bakı nefti dayanır və mükafat regional və qlobal təhlükəsizlikdə göstərilən xidmətlərə əsasən verilir.

Ermənistan–Azərbaycan münaqişəsi yüz illik tarixdə heç vaxt yalnız iki dövlət arasında məhdud qalmayıb. Bu münaqişəyə müxtəlif ölkələr müdaxilə edib və nəticədə Qarabağ savaşı SSRİ-nin süqutuna səbəb olub. Bu səbəbdən Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, "biz qlobal siyasi layları tərpətmişik". Bu münasibətlərin sülh naminə yeni mərhələyə daşınmasına ciddi ehtiyac var.

Əgər bu proses nəticəsində bölgədə sülh yaranacaq, kommunikasiya xətləri açılacaq və Ermənistanın ideoloji xətti dəyişəcəkdisə, o zaman transmilli layihələrin reallaşması üçün real imkanlar yaranacaq. Müharibədən sonra ən yüksək statuslu bina olan Ağ Evdə bu xarakterli görüşün baş tutması, tarixi hadisədir.

Bu görüş həm bizim tarixi zəfərimizin beynəlxalq səviyyədə tanınması, həm də onun rəsmi təsdiqinin və hətta paraflanmasının göstəricisidir.
 

Ağ Ev Trampın liderliyi ilə ilk dəfədir ki, soyuq və qaynar müharibələrin Baş qərargahı, qlobal savaşlar və kütləvi qırğınları layihələndirən bina olmaqdan çıxaraq, uzunömürlü düşmənçiliklərə son qoyulmasına töhfə verən ünvan ola bilər.


Və şübhəsiz, Ağ Evi sülh binasına çevirən lider İlham Əliyev olacaq!". (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Starmer 2028-ci ildə NATO-nun baş katibliyinə namizəd olacaq?

Starmer 2028-ci ildə NATO-nun baş katibliyinə namizəd olacaq?

Putin: "Rusiya ordusunun Sumıya çatmasına 10,5 km qalıb" - FOTO

Putin: "Rusiya ordusunun Sumıya çatmasına 10,5 km qalıb" - FOTO

Moskva regionunda yanacaq böhranı dərinləşir - Sərt limitlər tətbiq olunur - FOTO

Moskva regionunda yanacaq böhranı dərinləşir - Sərt limitlər tətbiq olunur - FOTO

Bazardüzündə sıldırımdan yıxılan alpinist belə xilas edildi - VİDEO

Bazardüzündə sıldırımdan yıxılan alpinist belə xilas edildi - VİDEO

Fars News: “İran üçün atom bombası əldə etmək zərurətə çevrilib”

Fars News: “İran üçün atom bombası əldə etmək zərurətə çevrilib”

ABŞ-da meşə yanğını: 3 yanğınsöndürən həlak oldu, 2-si yaralandı - VİDEO

ABŞ-da meşə yanğını: 3 yanğınsöndürən həlak oldu, 2-si yaralandı - VİDEO

Sumqayıtda minik avtomobili restorana çırpıldı - FOTO

Sumqayıtda minik avtomobili restorana çırpıldı - FOTO

Çin temperaturu 100 milyon dərəcə selsidən çox olan GÜNƏŞ YARADIR - FOTO

Çin temperaturu 100 milyon dərəcə selsidən çox olan GÜNƏŞ YARADIR - FOTO

Rusiyanın iri neft emalı zavodunda güclü yanğın - ANBAAN VİDEO

Rusiyanın iri neft emalı zavodunda güclü yanğın - ANBAAN VİDEO

İsrailin maliyyə naziri: "Qərb sahilinə 1 milyon yəhudi köçkünü gətirmək istəyirik" - VİDEO

İsrailin maliyyə naziri: "Qərb sahilinə 1 milyon yəhudi köçkünü gətirmək istəyirik" - VİDEO

Rusiyada benzin növbəsində dava: Kişi qadınları döydü - VİDEO

Rusiyada benzin növbəsində dava: Kişi qadınları döydü - VİDEO

Dmitri Medvedev "Vahid Rusiya"nın seçki siyahısına salınmadı

Dmitri Medvedev "Vahid Rusiya"nın seçki siyahısına salınmadı

Rusiya dövlət televiziyasında Azərbaycana qarşı təxribat: "Rossiya-1" rəhbərliyi hara baxır? - VİDEO

Rusiya dövlət televiziyasında Azərbaycana qarşı təxribat: "Rossiya-1" rəhbərliyi hara baxır? - VİDEO

Levandovski ABŞ-ın "Çınikaqo Fayr" klubuna keçəcək

Levandovski ABŞ-ın "Çınikaqo Fayr" klubuna keçəcək

Türkiyə XİN İsrailin qondarma “erməni soyqırımı”nı tanımaq qərarını kəskin pislədi - FOTO

Türkiyə XİN İsrailin qondarma “erməni soyqırımı”nı tanımaq qərarını kəskin pislədi - FOTO

"Sabah" "Ferentsvaroş"la heç-heçə etdi

"Sabah" "Ferentsvaroş"la heç-heçə etdi

Dmitri Medvedev Putinin çıxışı zamanı yuxuya getdi - VİDEO

Dmitri Medvedev Putinin çıxışı zamanı yuxuya getdi - VİDEO

İran deputatı: "Casus Xameneinin yanında idi" - FOTO

İran deputatı: "Casus Xameneinin yanında idi" - FOTO

Xarkovda sənaye zonasına dron zərbəsi endirildi - VİDEO

Xarkovda sənaye zonasına dron zərbəsi endirildi - VİDEO

İran ətrafında gərginliyin artması Tehran-Vaşinqton danışıqlarını təxirə salıb

İran ətrafında gərginliyin artması Tehran-Vaşinqton danışıqlarını təxirə salıb

Çində güclü zəlzələ oldu

Çində güclü zəlzələ oldu

Şair Məmməd İsmayılın qəbirüstü abidəsi ucaldıldı - FOTO

Şair Məmməd İsmayılın qəbirüstü abidəsi ucaldıldı - FOTO

“Heç nə təsir etmir, əhvalım pisdir” – Ofeliya Sənani

“Heç nə təsir etmir, əhvalım pisdir” – Ofeliya Sənani

Babək rayonunda ağır qəza: 3 nəfər xəsarət aldı

Babək rayonunda ağır qəza: 3 nəfər xəsarət aldı

End of content

No more pages to load

RADİO