ABŞ-ın qərbində, Yuta və Kolorado ştatlarının sərhədində tüğyan edən güclü meşə yanğınının söndürülməsi zamanı bədbəxt hadisə baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Təbii Yanğınlarla Mübarizə Xidməti məlumat yayıb.
Rəsmi məlumata görə, alovun qarşısını almağa çalışan yanğınsöndürənlərdən 3-ü hadisə yerində həlak olub, daha 2-si isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal xəstəxanaya təxliyə ediliblər, onların vəziyyəti barədə əlavə məlumat verilmir.
Hazırda ştatların sərhədində küləyin təsiri ilə sürətlə genişlənən yanğın zonasında söndürmə və xilasetmə işləri davam etdirilir. Hadisənin dəqiq səbəbləri araşdırılır.
Bizim.Media