İran ətrafında hərbi əməliyyatların və gərginliyin kəskinləşməsi Tehran ilə Vaşinqton arasında planlaşdırılan növbəti danışıqlar raundunun təxirə düşməsinə səbəb olub. "The Wall Street Journal" (WSJ) nəşrinin öz mənbələrinə istinadən yaydığı məlumata görə, tərəflərin görüşü bu həftəsonu baş tutmalı idi.
Bizim.Media xəbər verir ki, ABŞ və İran rəsmilərinin İsveçrədə bir araya gəlməsi nəzərdə tutulsa da, regionda hərbi əməliyyatların yenidən alovlanması səbəbindən strateji müzakirələr qeyri-müəyyən müddətədək təxirə salınıb.
Mənbələr bildirir ki, bu raundda tərəflər arasında Tehranın nüvə proqramı da daxil olmaqla, bir sıra regional və mübahisəli məsələlərin müzakirəsi planlaşdırılırdı. Lakin son eskalasiya diplomatik təmasların müvəqqəti olaraq dondurulmasına şərait yaradıb.
Bizim.Media