Xarkov şəhərinin Xolodnogorsk rayonundakı sənaye zonasına pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Xarkov şəhərinin meri İqor Terexov məlumat yayıb.
Şəhər rəhbərinin sözlərinə görə, hadisə nəticəsində sənaye obyektinin ərazisində güclü yanğın baş verib.
Hazırda hadisə yerinə xüsusi xidmət orqanlarının əməkdaşları və xilasedicilər cəlb olunub.
Dağıntıların miqyası və tələfat barədə məlumatlar dəqiqləşdirilir.
Bizim.Media