Vətən müharibəsində şəhid olan hərbi qulluquçu Həsrətov Elməddin Sərdar oğlu sabah doğulduğu Goranboy rayonun Qarasuçu kəndində dəfn ediləcək.
Bizim.Media-nın xəbərinə görə, şəhid iyunun 27-də kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, E.Həsrətov 1997-ci il may ayının 27-də Goranboyun Qarasuçu kəndində dünyaya gəlib.
Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edib.
2020-ci ilin 27 sentyabrından Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. E.Həsrətov Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşüb. Subay idi.
Allah rəhmət etsin!
Bizim.Media
