Toylarda spirtli içkilər qadağan edilə bilərmi?

Azərbaycanda yas mərasimlərində ehsan verilməsinin mərhələli şəkildə aradan qaldırılması cəmiyyətdə əsasən müsbət qarşılanıb. Bəzi şəxslər hesab edir ki, müəyyən qaydalar toy məclislərində də tətbiq olunmalıdır. Xüsusilə, toylar zamanı baş verən dava-dalaşların əsas səbəblərindən birinin spirtli içki qəbulu olduğu vurğulanır.

Toylarda spirtli içkilərin verilməsi ləğv edilə bilərmi? Yaxud müəyyən norma tətbiq edilməsi mümkündür? Bu addım dava-dalaşların və digər xoşagəlməz halların qarşısını almağa kömək edərmi?

Bizim.Media xəbər verir ki, “globalinfo.az”a danışan deputat Ceyhun Məmmədov hesab edir ki, bu məsələdən danışarkən ona daha çox israfçılıq kontekstindən yanaşmaq lazımdır:

“Təəssüf ki, bu gün israfçılıq halları müxtəlif sahələrdə olduğu kimi, toy məclislərində də geniş şəkildə müşahidə olunur. Toylarda həddindən artıq xərclərin çəkilməsi, nümayiş xarakteri daşıyan davranışlar və ehtiyacdan artıq məsrəflər cəmiyyət üçün narahatedici səviyyəyə çatıb. Hesab edirəm ki, bu kimi israfçılıq hallarına son qoyulmalı və daha rasional yanaşmalar təşviq edilməlidir”.

İçki məsələsinə gəldikdə isə, deputat düşünür ki, spirtli içkilər müxtəlif bədbəxtliklərə yol açır:

“Bu gün baş verən bir çox cinayət hadisələrinin, qətllərin və yol-nəqliyyat qəzalarının səbəblərini araşdırdıqda, alkoqolun təsirinin kifayət qədər böyük olduğunu görürük. İçkinin bu qədər əlçatan olması və geniş yayılması müəyyən sosial problemlərin yaranmasına səbəb olur. Təbii ki, Azərbaycan dünyəvi və sivil dövlətdir. Ancaq bununla yanaşı, alkoqol istifadəsinin cəmiyyət üçün yaratdığı fəsadları da açıq şəkildə qeyd etməliyik. Bu fəsadlar həm insanların sağlamlığına, həm ailə münasibətlərinə, həm də ictimai təhlükəsizliyə mənfi təsir göstərir və belə halların qarşısının alınması hər birimizin marağında olmalıdır”.

Ceyhun Məmmədov deyib ki, cəmiyyətin bu kimi problemlərdən uzaq olmasına ciddi ehtiyac var:

“Bunun üçün həm maarifləndirmə tədbirləri gücləndirilməli, həm də aidiyyəti qurumlar tərəfindən müvafiq addımlar atılmalıdır. Çünki gündəlik həyatda bu problemlərin yaratdığı çətinliklərin və mənfi nəticələrin şahidi oluruq. Onların aradan qaldırılması istiqamətində sistemli fəaliyyətə ehtiyac var”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Keyn 78 illik rekordu TƏKRARLADI

Keyn 78 illik rekordu TƏKRARLADI

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

“Fənərbağça” hesabı açdı - VİDEO

“Fənərbağça” hesabı açdı - VİDEO

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

End of content

No more pages to load

RADİO