Paşinyandan GÜC nümayişi – Çəkic altında kimin başıdır?

Son günlər Ermənistanda baş nazir Nikol Paşinyanın hökümət iclası zamanı davranışlarındakı sərtlik əsas müzakirə mövzusuna çevrilib. Baş nazirin iclasa daxil olduğu zaman digər hökümət üzvlərindən ayağa qalxmağın tələb edilməsi çox da xoş qarşılanmayıb. Bir çox insan protokol qaydalarındakı bu sərt dəyişikliklər və tələblərin daha əvvəlki dövrlərdə müşahidə edilmədiyinə diqqət çəkib.

Oxşar qaydada Nikol Paşinyanın seçkidən sonrakı ritorikasının da sərtləşdiyi müşahidə olunur.

Bir sıra ekspertlərin fikrincə, Paşinyanın istifadə etdiyi sərt ritorika yeni dövrdəki hakimiyyətin xarakterini izah edə bilər. Yeni baş nazirlik müddətində Paşinyanın daha sərt metodikadan istifadə edəcəyi və avtoritar üslubu mənimsəyəcəyi ehtimal edilir. Ermənistan müxalifətinin əsas qorxusu isə Paşinyanın baş nazirliyində ölkə siyasətinə repressiya və total nəzarətin gətiriləcəyidir. 
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyanın Türkiyə mallarına EMBARQO ŞOUSU 


Hazırda Nikol Paşinyanın ritorikası və davranışları seçki kampaniyası dövründəki metodikadan kəskin fərqlənir. Xüsusilə 44 günlük müharibədən sonrakı dövrdə Ermənistanda siyasi sabitlik yaratmağa çalışan Paşinyan sərt ritorikadan istifadə etmirdi. Verilən qərarların izahı və mövcud vəziyyətlə bağlı açıqlamaları üstünük verən baş nazir tədricən istəyinə nail oldu. 

Paşinyan Ermənistana qarşı

Ölkədəki etiraz dalğasını sakitləşməsini gözləyən Paşinyan son aylarda müdafiə mövqeyini tərk edərək hücuma keçməyə qərar verdi. Baş nazir ilk olaraq parlamentdə Şuşanın itirilməsi ilə bağlı müzakirələrdə özündən əvvəlki Ermənistan prezidentlərini günahlandırmağa başladı. Bununla da bir neçə ay davam edən keçmiş prezidentlər və Nikol Paşinyan arasındakı qarşılıqlı ittihamlara əsaslanan söz davası başlamış oldu. Bu prosesin məntiqi nəticəsi isə seçki kampaniyası dövründə Nikol Paşinyanın əlinə çəkic alaraq təhdidlər sovurması oldu.

Müharibədən sonra Paşinyanın sakit və qorxaq mövqeyi xalqın artan qəzəbinin fonunda tək çarə idi. Çünki heç kim etirazların nəticəsinin nə olacağını dəqiq bilmirdi. Hətta keçmiş prezidentlər belə açıqlamalardan çəkinir və sadəcə o qədər də tanınmayan müxalifət partiya rəhbərləri aktivlik nümayiş etdirirdi. Lakin qısa zaman sonra etirazlar zəiflədi və müharibənin nəticələrini dəyişməyin mümkün olmadığı anlaşıldı. Təhlükəli bir dövrdə hər hansı ciddi açıqlama ilə yadda qalmayan Paşinyan xalqın eyforiyadan ayılacağı dövrü gözləməyə başladı. 

Etirazların onu devirmədiyini görən Paşinyan bu dəfə xalqla müxalifəti ayırmaq yolunu seçdi.

Xüsusilə keçmiş prezidentləri gündəmə gətirməklə, onların dövründə edilən səhvlərə toxunmaqla əslində özünün günahsızlığını göstərməyə çalışdı. Qəribədir ki, 44 günlük müharibə dövründə Paşinyanın etdiyi səhvlər çox az qabardılır və sadəcə şaiə xarakterli məlumatlar kimi təqdim olunurdu. Özünü biabırçı məğlubiyyətin və kapitulyasiya sənədinin tək qarantı kimi də təqdim etməyi bacaran Paşinyan Rusiyanı da hakimiyyətdə qalmasına inandıra bildi.

Çəkic kimin başına enəcək?

Seçkidən sonra isə Ermənistanda vəziyyət tamamilə dəyişdi. Artıq Paşinyan arxayındır ki, xalq etiraz edib onu hakimiyyətdən uzaqlaşdıran deyil. Bu imkan artıq itirilib. Hətta seçicilərin böyük əksəriyyəti hakim partiyaya səs verməklə pislər arasında ən yaxşısını seçdiklərini ortaya qoyublar. 

Paşinyan yaxşı başa düşür ki, mitinq zamanı əlində tutduğu çəkic çox asanlıqla özünün başına endirilə bilər. Bunu edəcək şəxslər heç də müxalifət mənsubları ya da keçmiş prezidentlər deyil. Əksinə hökümətin daxilində yer alan, Paşinyanın partiyasında təmsil olunan şəxslərdir. Bu gün Paşinyanın ən çox çəkindiyi şəxslər elə yaxın ətrafından yer alan silahdaşlarıdır.

Çünki böhran günlərdində məhz hakimiyyətdə təmsil olunan şəxslər istefa vermiş, Nikol Paşinyanın yerinə alternativ namizəd çıxarılması ilə bağlı müzakirələr elə öz partiyasında aparılmışdı.

Protokol qaydalarında bu sərtlik, Paşinyanın öz adamlarına qarşı sərt davranışı öz tərəfdarları sırasında kimin güc sahibi olduğunun göstəricisidir. İndiki halda Paşinyan itirilmiş nüfuzunu öz əlaltıları qarşısında yenidən qazanmağa çalışır. Daha sonra isə sıra müxalifət təmsilçilərinə gələcək və onlara qarşı təkcə sərt ritorika deyil, həm də sərt tədbirlərdən istifadə ediləcəyi aydındır.

Rəvan Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Araz çayından birgə istifadə regional su təminatı üçün vacibdir” - DEPUTAT

“Araz çayından birgə istifadə regional su təminatı üçün vacibdir” - DEPUTAT

“Şəfa” kapitanı ilə müqaviləni uzatdı

“Şəfa” kapitanı ilə müqaviləni uzatdı

Seyid Əli Xamenei iyulun 9-da Məşhəddə dəfn ediləcək

Seyid Əli Xamenei iyulun 9-da Məşhəddə dəfn ediləcək

Qazaxıstanda 1 yaşlı uşaq tualet çuxuruna düşdü - VİDEO

Qazaxıstanda 1 yaşlı uşaq tualet çuxuruna düşdü - VİDEO

Kanada millisini yox, ABŞ-ı dəstəklədi? – Trüdo tənqid hədəfinə çevrildi - VİDEO

Kanada millisini yox, ABŞ-ı dəstəklədi? – Trüdo tənqid hədəfinə çevrildi - VİDEO

Qazonu nə vaxt biçmək lazımdır?

Qazonu nə vaxt biçmək lazımdır?

İranda edama məhkum edilmiş 139 nəfər əfv edildi

İranda edama məhkum edilmiş 139 nəfər əfv edildi

Sürücülər bu xəbəri mütləq oxusun

Sürücülər bu xəbəri mütləq oxusun

Türkiyədə ölü tapılan müəllimin SƏS YAZISI yayıldı -VİDEO

Türkiyədə ölü tapılan müəllimin SƏS YAZISI yayıldı -VİDEO

Makron dövrü: Fransanın qlobal etimad problemi

Makron dövrü: Fransanın qlobal etimad problemi

Suriyadan gətirilmiş 23 azərbaycanlı sosial xidmət müəssisəsinə yerləşdirilib

Suriyadan gətirilmiş 23 azərbaycanlı sosial xidmət müəssisəsinə yerləşdirilib

Ünal Üstel: “Bir millət, üç dövlət” əlaqələrimizi ən yaxşı ifadə edən şüardır”

Ünal Üstel: “Bir millət, üç dövlət” əlaqələrimizi ən yaxşı ifadə edən şüardır”

80 qəpiklik dondurmalarla bağlı gizli TƏHLÜKƏ

80 qəpiklik dondurmalarla bağlı gizli TƏHLÜKƏ

Sərdar Ortacın vəziyyəti ağırlaşdı

Sərdar Ortacın vəziyyəti ağırlaşdı

Fikri Ataoğlu: “Şimali Kipr Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verir”

Fikri Ataoğlu: “Şimali Kipr Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verir”

Şirkətin 4 mindən çox işçisi eyni gündə milyonçu oldu

Şirkətin 4 mindən çox işçisi eyni gündə milyonçu oldu

Atasının hədiyyəsi gəlin köçən qızı AĞLATDI - VİDEO

Atasının hədiyyəsi gəlin köçən qızı AĞLATDI - VİDEO

Polşada azərbaycanlı sürücüyə HÜCUM OLDU – ŞOK görüntülər

Polşada azərbaycanlı sürücüyə HÜCUM OLDU – ŞOK görüntülər

Ən çox yalan danışan BÜRCLƏR

Ən çox yalan danışan BÜRCLƏR

XİN-dən Birləşmiş Krallığa təbrik mesajı - FOTO

XİN-dən Birləşmiş Krallığa təbrik mesajı - FOTO

Polad Həşimov və Arəstə Baxışovanın övladları da məktəblə vidalaşdı

Polad Həşimov və Arəstə Baxışovanın övladları da məktəblə vidalaşdı

Yeni Yasamalda bədbəxt hadisə - Qadın həyatını itirdi

Yeni Yasamalda bədbəxt hadisə - Qadın həyatını itirdi

Sabah hava necə OLACAQ?

Sabah hava necə OLACAQ?

Xankəndi, Xocalı və Ağdərə məktəblərində "Son zəng" çalınıb - FOTO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində "Son zəng" çalınıb - FOTO

End of content

No more pages to load

RADİO