80 qəpiklik dondurmalarla bağlı gizli TƏHLÜKƏ

Yay aylarında ən çox yeyilən məhsullardan biri olan dondurma ilə bağlı ciddi suallar gündəmdə qalır. Bu gün marketlərdə 80 qəpikdən 7-9 manata qədər dəyişən qiymətlər istehlakçıların seçim qarşısında tərəddüd etməsinə səbəb olur. Eyni məhsul kateqoriyası daxilində bu qədər kəskin qiymət fərqi dondurmanın tərkibi və hazırlanma üsulu barədə şübhələri artırır.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a danışan qida eksperti Fərid Səfərov bildirib ki, dondurmanın keyfiyyətini müəyyən edən əsas göstərici qiymət deyil, məhsulun tərkibidir:

“Dondurmanın keyfiyyətini qiymətləndirərkən ilk növbədə qiymətə deyil, məhsulun tərkibinə diqqət yetirmək lazımdır. Keyfiyyətli dondurmalarda əsasən süd, qaymaq, kərə yağı və təbii dadlandırıcılar istifadə olunur. Tərkibində çoxlu bitki yağları, süni aromatlar, rəngvericilər və müxtəlif qatqılar olan məhsullar isə daha aşağı keyfiyyətli hesab edilə bilər.

80 qəpik-1 manatlıq dondurmalarla 9 manatlıq məhsullar arasındakı əsas fərq adətən istifadə olunan xammalın keyfiyyəti, süd və yağ nisbəti, istehsal texnologiyası və brend amili ilə bağlı olur. Bahalı dondurmalar daha çox təbii süd məhsullarından hazırlanır, meyvə və ya şokolad əlavələri daha keyfiyyətli olur. Bununla belə, yüksək qiymət hər zaman daha sağlam və ya daha faydalı məhsul demək deyil. Bəzən qiymətə qablaşdırma, marketinq və brend dəyəri də təsir göstərir”.

Ekspert qeyd edib ki, dondurma seçərkən məhsulun saxlanma şəraitinə xüsusi diqqət yetirilməlidir:

“Dondurma alarkən onun formasına da diqqət etmək lazımdır. Əgər məhsul əriyib yenidən donubsa, üzərində buz kristalları yaranıbsa və ya qablaşdırması deformasiyaya uğrayıbsa, onu almaq məsləhət deyil. Bu, saxlanma temperaturunun pozulduğunu göstərə bilər və həm keyfiyyətə, həm də təhlükəsizliyə mənfi təsir edə bilər.

Yay aylarında dondurma gündəlik qida rasionunda yer ala bilər, lakin miqdara diqqət etmək şərtilə. Xüsusilə şəkər və kalori miqdarı yüksək olan dondurmaların hər gün böyük porsiyalarla istehlakı artıq çəki, qan şəkərinin yüksəlməsi və digər sağlamlıq problemlərinə səbəb ola bilər.

Sağlam insan üçün kiçik porsiyada dondurmanın ara-sıra və ya ölçülü şəkildə gündəlik rasiona daxil edilməsi mümkündür. Uşaqlarda, şəkərli diabeti olanlarda və artıq çəkidən əziyyət çəkən şəxslərdə isə seçim və porsiya ölçüsünə daha diqqətli yanaşmaq lazımdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Keyn 78 illik rekordu TƏKRARLADI

Keyn 78 illik rekordu TƏKRARLADI

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

“Rusiya İran-ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” - Medvedev

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

Bəxtiyar Əsgərov vəzifəsindən AZAD EDİLDİ

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

“Ukrayna Aİ-dən 8 milyard dollar ala bilməyəcək”

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Səudiyyə Ərəbistanı Avropadan husilərə qarşı hərbi dəstək İSTƏDİ

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Oktyabrda böyük qazanc əldə edəcək 5 BÜRC

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda gecə hərəkət məhdudlaşdırılacaq

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

Ukraynadan Rusiyaya yeni ZƏRBƏ MESAJI: Neft emalı zavodları hədəfdə

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

“Turan Tovuz” “Fənərbağça”ya MƏĞLUB OLDU - VİDEO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

Xaçmazda AĞIR QƏZA: 2 yaralı var - FOTO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

"Toyda oxuyanlar gündə konsert verir, biabırçılıqdır" - VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

ABŞ-dan uçan təyyarə itkin düşdü - FOTO/VİDEO

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

Zelenski: “Putin müharibənin dayandırılması üçün daim yeni şərtlər irəli sürür”

“Fənərbağça” hesabı açdı - VİDEO

“Fənərbağça” hesabı açdı - VİDEO

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

İsrail ordusu “İslami Cihad”ın raket bölməsinin iki komandirini öldürüb

End of content

No more pages to load

RADİO