“Şəfa” kapitanı Tərlan Quliyev ilə müqavilə müddətini uzadıb.
Bizim.Media xəbər verir ki, təcrübəli müdafiəçi yeni 1 illik sözləşməyə imza atıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
34 yaşlı futbolçu 2025-ci ilin yanvarından "Şəfa"nın formasını geyinir. O, iki mövsüm ərzində paytaxt təmsilçisinin II Liqadan Premyer Iiqaya qədər yüksəlməsində pay sahibi olub.
Rəşad Rafiqoğlu, Bizim.Media