İlham Əliyev Ağdamda tarixi məscidin binasının açılışında – FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Ağdam rayonunun Qiyaslı kəndindəki tarixi məscidin binasının bərpadan sonra açılışında iştirak edib.

Bizim.Media xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verdi.

Xatırladaq ki, 2021-ci il mayın 28-də Prezident İlham Əliyev Ağdama səfəri çərçivəsində Qiyaslı məscidində olub.

Qeyd edək ki, Qiyaslı məscidi də Qarabağda erməni vandalizminə məruz qalan tarixi-dini abidələrimizdən idi. Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı mal-qara tövləsi kimi istifadə edilən məscid binası ciddi dağıntılara məruz qalıb, dam örtüyü və günbəzlər tamamilə dağıdılıb.
 

Ağdam rayonu erməni işğalından azad edildikdən sonra 2022-ci ildən Qiyaslı məscidində bərpa işlərinə başlanılıb. Məscidin bərpası işləri Heydər Əliyev Fondu tərəfindən aparılıb. Bərpa layihəsi hazırlanarkən məscidin ilkin görkəmini qorumaq məqsədilə arxiv materiallarından və videoqrafik mənbələrdən istifadə olunub.


İnteryerində mühafizə olunmuş burma pilləkən məscidin cənub tərəfində qoşa minarələrin mövcud olduğunu göstərirdi. Bu səbəbdən ənənəyə əsaslanaraq məscidin cənub divarında minarələr inşa edilib.

Əyilmiş daş sütunlar xüsusi qurğular vasitəsilə bərpa olunub, daş tağlar və günbəzlər yenidən qurulub.

Divarlarda ilkin görkəmini itirmiş və əsasən tökülmüş suvaq təmir olunub, yararsız hala düşmüş mehrab bərpa edilib. Fasad daşları xüsusi kimyəvi maddələrlə yuyulub, köhnə daşlar arasındakı tikişlər təmizlənib. Məscidin ətrafında köməkçi tikililər inşa olunub. Qiyaslı məscidi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 2001-ci ildən yerli əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidələri siyahısındadır.



























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı MÜHÜM QƏRAR

Həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı MÜHÜM QƏRAR

Oliqarx kimi pul soracaqsınız: zəngin olacaq BÜRCLƏR

Oliqarx kimi pul soracaqsınız: zəngin olacaq BÜRCLƏR

Klub azarkeşlərin boykotunu DƏSTƏKLƏDİ

Klub azarkeşlərin boykotunu DƏSTƏKLƏDİ

“Avropa kosmik yarışda ABŞ-dan geri qalır” – KİV

“Avropa kosmik yarışda ABŞ-dan geri qalır” – KİV

Aşpazları da süni intellekt ƏVƏZLƏYƏCƏK: Orduda yemək hazırlayan robot sınaqdan keçirilir – VİDEO

Aşpazları da süni intellekt ƏVƏZLƏYƏCƏK: Orduda yemək hazırlayan robot sınaqdan keçirilir – VİDEO

Bakıda məktəbliyə qarşı əxlaqsız hərəkətlər edən sürücü SAXLANILDI

Bakıda məktəbliyə qarşı əxlaqsız hərəkətlər edən sürücü SAXLANILDI

Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü

Cəbrayılda AĞIR QƏZA: Sürücü öldü

ABŞ diplomatlarına Səudiyyə Ərəbistanını TƏRK ETMƏK ƏMRİ verildi

ABŞ diplomatlarına Səudiyyə Ərəbistanını TƏRK ETMƏK ƏMRİ verildi

Barəsində cinayət işi açılan sabiq rəhbərin oğlu vəzifəsindən AZAD EDİLDİ

Barəsində cinayət işi açılan sabiq rəhbərin oğlu vəzifəsindən AZAD EDİLDİ

“Qalatasaray”ın Çempionlar Liqası rekordunu YENİLƏDİ

“Qalatasaray”ın Çempionlar Liqası rekordunu YENİLƏDİ

Alyona Əliyeva müharibədən zərər çəkmiş ukraynalı uşaqlarla BİR ARADA - FOTO

Alyona Əliyeva müharibədən zərər çəkmiş ukraynalı uşaqlarla BİR ARADA - FOTO

Sabiq deputat SAXLANILDI: Terrorizmin təbliğində ittiham olunur

Sabiq deputat SAXLANILDI: Terrorizmin təbliğində ittiham olunur

Bakıda ŞOK İDDİA: Taksi sürücüsü 16 yaşlı oğlana seksual təzyiq etdi

Bakıda ŞOK İDDİA: Taksi sürücüsü 16 yaşlı oğlana seksual təzyiq etdi

Əraqçi: “İran ABŞ-ın münaqişəni hərbi yolla həll etməsinə imkan verməyəcək”

Əraqçi: “İran ABŞ-ın münaqişəni hərbi yolla həll etməsinə imkan verməyəcək”

Okeanın dibində 12 minə yaxın naməlum virus aşkarlandı – KƏŞF

Okeanın dibində 12 minə yaxın naməlum virus aşkarlandı – KƏŞF

ABŞ İranın dəstəkçilərini sanksiyalarla HƏDƏLƏDİ

ABŞ İranın dəstəkçilərini sanksiyalarla HƏDƏLƏDİ

Sakinlərin DİQQƏTİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin DİQQƏTİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Rusiya Slavyansk şəhərini vurdu, xəsarət alanlar var - VİDEO

Rusiya Slavyansk şəhərini vurdu, xəsarət alanlar var - VİDEO

Bir telefon zəngi ilə hər şey unudulmur – Türkiyədən GÖZLƏNİLƏN ƏDALƏT

Bir telefon zəngi ilə hər şey unudulmur – Türkiyədən GÖZLƏNİLƏN ƏDALƏT

Müharibənin sonu yaxınlaşır? - Zelenskidən danışıqlar AÇIQLAMASI

Müharibənin sonu yaxınlaşır? - Zelenskidən danışıqlar AÇIQLAMASI

"Qalatasaray" 6 qollu matçdan qalib ayrıldı

"Qalatasaray" 6 qollu matçdan qalib ayrıldı

Oman sahillərində nadir çəhrayı delfin göründü – VİDEO

Oman sahillərində nadir çəhrayı delfin göründü – VİDEO

Leyla Əliyeva Özbəkistan və Türkiyənin birinci xanımları ilə “Əbədi şəhər” kompleksində - FOTO

Leyla Əliyeva Özbəkistan və Türkiyənin birinci xanımları ilə “Əbədi şəhər” kompleksində - FOTO

Sayğac var, amma abonent kodu yoxdur - VİDEO

Sayğac var, amma abonent kodu yoxdur - VİDEO

End of content

No more pages to load

RADİO