Balqabaq dadı verən XİYAR, süngərə dönən POMİDOR... – Ağzımızın dadı, yoxsa məhsulun keyfiyyəti itib?

Bu yay hər kəsin bir-birinə, ya da öz-özünə verdiyi sual var: “Ağzımızın dadı qaçıb, yoxsa meyvə-tərəvəzin?

Hamımız da özümüzdən şübhələnirik ki, nə oldusa, pandemiyadan sonra oldu. Düzdür, çox insan o qorxunc epidemiyadan sonra ağız dadını, iy bilməsini qismən itirdi və ya dəyişdi.

Meyvə-tərəvəz satıcıları, tədarükçüləri də deyəsən bu problemimizdən gen-bol yararlandılar. Onsuz da “vitrinə nə qoysan yeyəcəklər” deyib marketləri kal, dadsız, keyfiyyətsiz meyvə-tərəvəzlərlə doldurdular.
 

MÖVZU İLƏ BAĞLI:

Doğru bildiyimiz YANLIŞLAR: Pomidoru soyuducuya qoymaq OLMAZ!


Ona görə də marketlərdə satılan parlaq, qüsursuz görünüşlü meyvə və tərəvəzlər nə qoxu verir, nə də dad. Xiyar alırsan, alma alırsan, hər nə olursa, hamısı balqabaq dadı verir. Ağzımız, burnumuz o əvvəlki tərəvəz və meyvələri axtarır, tapa bilməyəndə də naəlac qalıb bu dadsız meyvələrdən “nuş” edir.

Kənd təsərrüfatı üzrə mütəxəssis Xaqani Babayevin sözlərinə görə buna səbəb zərərvericilərlə mübarizə və məhsulun uzunömürlülüyünü  artırmaq məqsədidir. Uzaq regionlardan gətirilən məhsulun çürüməsinin qarşısını kimyəvi qoruyucularla alma üsulları da ləzzəti azaldır. Buna görə təbii dadı süniliyə qurban verilib.

“Görürsən ki, pomidorun içi sulu və ətirli olmaq yerinə damarlı, süngər kimidir. Çiyələk isə günəş altında yetişmək əvəzinə laboratoriyalarda tələsik yetişdirilib, alma boyda olub. Dadı formalaşdıran təbii yetişmə prosesidir. O da  süni sürətlə əvəz olunanda məhsulun forması qalır, keyfiyyəti itir”.

Bundan başqa bazara tez çıxarmaq üçün məhsullar hələ tam yetişməmiş halda yığılır. Sonradan soyuducuda “yetişən” meyvənin də təbii dadı olmur.


Bəs onda belə məhsul satışa niyə çıxarılır?

Yerli mütəxəssislər hər nə qədər nəzarətin olmadığını desələr də, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məhsulun daşınması, yerləşdirilməsi və s. bütün mərhələlərində fitosanitar nəzarəti və tənzimləməni həyata keçirdiyini bildirir.  Elə isə təbii dadın itməsi təkcə kənd təsərrüfatı problemi deyil. Bu, həm də təbiətə olan münasibətin sarsılmasıdır. Yediyimiz məhsullar özümüzü əks etdirir. Əgər biz yalnız görünüşə və sürətə qaçırıqsa, təbiət də bizə eyni cavabı verəcək.

Şəfiqə Şəfa, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Müalicə effekt vermir: Elcana nə olub? – FOTO

Müalicə effekt vermir: Elcana nə olub? – FOTO

Prezidentin Qazaxıstana səfəri başa çatdı - VİDEO

Prezidentin Qazaxıstana səfəri başa çatdı - VİDEO

Müşfiqin Atatürkə yazdığı şeir tapıldı – FOTO

Müşfiqin Atatürkə yazdığı şeir tapıldı – FOTO

Ankarada Azərbaycanın Müstəqillik Gününə həsr olunan tədbir keçirildi - FOTO

Ankarada Azərbaycanın Müstəqillik Gününə həsr olunan tədbir keçirildi - FOTO

ABŞ-da yeniyetmələr daha AZ YATIR - yeni araşdırmanın nəticələri

ABŞ-da yeniyetmələr daha AZ YATIR - yeni araşdırmanın nəticələri

Şəkidə minik avtomobili yanıb

Şəkidə minik avtomobili yanıb

Sumqayıtda 41 yaşlı biznesmenin meyiti tapıldı

Sumqayıtda 41 yaşlı biznesmenin meyiti tapıldı

Süni intellekt sizi işdə əvəz edə bilərmi? - ARAŞDIRMA

Süni intellekt sizi işdə əvəz edə bilərmi? - ARAŞDIRMA

“Araz Naxçıvan” “Kəpəz”ə qalib gəldi – VİDEO

“Araz Naxçıvan” “Kəpəz”ə qalib gəldi – VİDEO

Cabir İmanovun oğlunun görüntüsü YAYILDI - FOTO

Cabir İmanovun oğlunun görüntüsü YAYILDI - FOTO

Prezidentin bugünkü Qazaxıstan səfərindən VİDEOÇARX

Prezidentin bugünkü Qazaxıstan səfərindən VİDEOÇARX

Pezeşkian Firvosinin "Şahnamə"sindən sitat gətirdi: "İran olmasa..." - FOTO

Pezeşkian Firvosinin "Şahnamə"sindən sitat gətirdi: "İran olmasa..." - FOTO

Trampın Kiyevə raket zərbəsinə REAKSİYASI: "Rüsvayçılıqdır!"

Trampın Kiyevə raket zərbəsinə REAKSİYASI: "Rüsvayçılıqdır!"

Azərbaycanda pensiyalarla bağlı YENİLİK

Azərbaycanda pensiyalarla bağlı YENİLİK

Netanyahu rəsmi ETİRAF ETDİ: "İsrail Qəzza zolağının 60 faizinə nəzarət edir"

Netanyahu rəsmi ETİRAF ETDİ: "İsrail Qəzza zolağının 60 faizinə nəzarət edir"

Laynerdə hantavirusa yoluxan əcnəbilər KARANTİNƏ alınacaqlar

Laynerdə hantavirusa yoluxan əcnəbilər KARANTİNƏ alınacaqlar

Xalq artisti Şuşaya gedə bilmədi - FOTO

Xalq artisti Şuşaya gedə bilmədi - FOTO

Trampdan İranda qızlar məktəbinə edilən hücum soruşuldu - VİDEO

Trampdan İranda qızlar məktəbinə edilən hücum soruşuldu - VİDEO

Ərdəbildə çörək qəfil bahalaşdı - Əhali etiraz edir

Ərdəbildə çörək qəfil bahalaşdı - Əhali etiraz edir

Fatimə Bayramova Avropa çempionatında bürünc medal qazandı

Fatimə Bayramova Avropa çempionatında bürünc medal qazandı

Şuşaya köçəcək sakinlərə ŞAD XƏBƏR: Yeni yaşayış kompleksi salınır

Şuşaya köçəcək sakinlərə ŞAD XƏBƏR: Yeni yaşayış kompleksi salınır

TDT dövlət başçılarından Azərbaycana TAM DƏSTƏK

TDT dövlət başçılarından Azərbaycana TAM DƏSTƏK

Azərbaycanda ət bahalaşacaq - Qaçınılmaz səbəb açıqlandı

Azərbaycanda ət bahalaşacaq - Qaçınılmaz səbəb açıqlandı

Bu tarixdə muzeylərə giriş PULSUZ olacaq

Bu tarixdə muzeylərə giriş PULSUZ olacaq

End of content

No more pages to load

RADİO