"Ocağım söndü" – Pünhanın atası məhkəmədə FƏRYAD ETDİ

Bakıda iş yoldaşını öldürməkdə təqsirləndirilən Şahlar Ağayevin növbəti məhkəmə prosesi baş tutub.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Şahid Məhəmməd Ağayevin sözlərinə görə, təqsirləndirilən Şahlarla onun şəxsi ədavəti olmayıb:

"Mənim Şahlarla heç bir şəxsi düşmənçiliyim olmayıb. O, iş yoldaşım idi. Rəhmətlik Şahlar barəsində xoşagəlməz sözlər işlədib. Mən mübahisə zamanı onu təxminən 15 dəfə çölə çıxartdım. Rəhmətlik mənə əl-qol atırdı. Daha sonra yenidən içəri girdim və onu çölə çıxarmağa çalışdım. Aşağı enəndə bibini də yıxdı, bibinin başı patladı. Şahlar içəri tərəfə keçdi və yenidən hücum etdi. Bu zaman Pünhanın dostu gəldi və sakitləşdirməyə çalışdı. Amma onu da yıxdılar və vuruldu. Pünhan Şahların nömrəsini götürüb çıxdı.

Onunla heç bir qohumluq əlaqəm yoxdur. Pünhanı iş vasitəsilə tanımışam. Mən içəridə idim. Mübahisə ona görə yarandı ki, iş yerində içəridə sıxlıq idi. Pünhan da orada idi. Şahlar onun üzünə baxıb dedi ki, içəridə sıxlıqdır, çıx. Pünhan isə ona cavab olaraq "qaşınma" dedi. Bu sözdən sonra mübahisə şiddətlənib, hər iki tərəf bir-birinə əl-qol atıb".

Bu zaman zərərçəkinin hüquqi varisi Tofiq Fərzəlizadə şahid Məhəmmədə hirslə, uca səslə cavab verib:

"Məhəmməd adını daşıyırsan. Kişisən, kişi kimi danış. Gördüyünü danışmırsan, möhtərəm hakim hamı bilir ki, Pünhan din adamıdır, həmin ərəfə ayın ayın 11-i Pünhanın ad günü idi. Namaz qılmışdı, Pünhanın körpəsinin gözü əməliyyat olmalı idi. Ayın 13-də körpə əməliyyat oldu. Ayın 14-də körpənin əməliyyat olunması ilə bağlı yığıncaq oldu. Bütün qohumlar gəlmişdi. Mən haqqı qoyub nahaqqa vermərəm. Mənim ocağım sönüb, evim dağılıb, kimliyindən asılı olmayaraq düzünü danışsınlar".

Diyər Şahid Coşqun Fərzəlizadə ifadəsində bildirib k, Şahları tanımır:

"Düşmənçiliyimiz yoxdur. Əmimoğlu evdən əsəbi çıxıb, maşına oturub getdi. Biz də getdik. Gördük ki, Şahlarla mübahisəsi düşüb. Əmimoğlunun sinə nahiyəsinə və ayağına bıçaqla vurub. Xəstəxanaya apardıq. Hadisədən sonra şöbəyə ifadə verməyə getdik".

Digər şahid Cavid Fərzəlizadə özünü pis hiss etdiyi üçün növbəti iclasda ifadə verə biləcəyini bildirib.

İş üzrə digər şahid ifadəsində deyib ki, Pünhan qohumudur:

"Uşağın gözü əməliyyat olunmuşdu. Buna görə yığıncaq təşkil olundu. Hadisə yerində rəhmətlik qışqırırdı ki, məni bıçaqladı. Biz də araladıq, onu maşına qoyduq".

Bu zaman dövlət ittihamçısı şahidə öz suallarını verib. "Siz bilmirdiz Pünhan hara gedir? Gedib nəyin şahidi olduz?"

Şahid bu suala cavabında, "Xeyr, Pünhan qışqırırdı ki, məni bıçaqlayıblar hətta bizim də üstümüzə bıçaq çəkdi. Mən Pünhanın əlində bıçaq görmədim".

Məhkəmə prosesi zamanı təqsirləndirilən şəxsin müdafiəçisi şahidə bir neçə sual ünvanlayıb. Vəkil əvvəlcə şahidə belə müraciət edib: – İfadənizi oxumusunuz?

Şahid ifadəsini oxumadığını deyib. Daha sonra müdafiəçi suallarını davam etdirib: – Pünhanın evdən mindiyi taksini tanıyırsınız? – Xeyr. – Bəs həmin taksi haradan gəlmişdi?

Bu suala qarşı zərərçəkmişin müdafiəçisi öz etirazını bildirib.

Növbəti proses iyulun 21-nə təxirə salınıb.

Xatırladaq ki, bu il martın 14-də saat 14 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1992-ci il təvəllüdlü Pünhan Fərzallının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1999-cu il təvəllüdlü Şahlar Ağayevin Yasamal rayonu, Tbilisi prospekti ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Pünhan Fərzallını qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Şahlar Ağayev prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub. (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenski gizli şəkildə Ermənistana gələcək

Zelenski gizli şəkildə Ermənistana gələcək

Fermerlər zərər içində: Çiyələk və alça bu il baha ola bilər - VİDEO

Fermerlər zərər içində: Çiyələk və alça bu il baha ola bilər - VİDEO

Həmin piyadanı vuran şəxs futbolçu imiş – FOTO

Həmin piyadanı vuran şəxs futbolçu imiş – FOTO

Xalq artistinin qızı ilə rəqsi hər kəsi KÖVRƏLTDİ - VİDEO

Xalq artistinin qızı ilə rəqsi hər kəsi KÖVRƏLTDİ - VİDEO

İranlı hakerlər on minlərlə ABŞ hərbçisinin məlumatlarını ələ keçirdi

İranlı hakerlər on minlərlə ABŞ hərbçisinin məlumatlarını ələ keçirdi

İsrail səfiri Ukrayna XİN-ə çağırıldı - Rusiya taxılına görə...

İsrail səfiri Ukrayna XİN-ə çağırıldı - Rusiya taxılına görə...

Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - FOTO

Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - FOTO

Bu gün görkəmli oftalmoloq alim ZƏRİFƏ ƏLİYEVANIN doğum günüdür

Bu gün görkəmli oftalmoloq alim ZƏRİFƏ ƏLİYEVANIN doğum günüdür

Külək nə vaxt dayanacaq... - AÇIQLAMA

Külək nə vaxt dayanacaq... - AÇIQLAMA

“Sabah” “Karvan-Yevlax”ı məğlub etdi

“Sabah” “Karvan-Yevlax”ı məğlub etdi

Naibə Allahverdiyevanın qızının toyundan yeni GÖRÜNTÜLƏR - VİDEO

Naibə Allahverdiyevanın qızının toyundan yeni GÖRÜNTÜLƏR - VİDEO

Ağ Ev: “Bu, Trampa sui-qəsd cəhdidir”

Ağ Ev: “Bu, Trampa sui-qəsd cəhdidir”

Millimiz Qazaxıstana qalib gəldi

Millimiz Qazaxıstana qalib gəldi

Tramp arvadına "söz atan" jurnalistin işdən çıxarılmasını TƏLƏB ETDİ

Tramp arvadına "söz atan" jurnalistin işdən çıxarılmasını TƏLƏB ETDİ

“Turan Tovuz” – “Zirə” oyununda heç-heçə - FOTO/VİDEO

“Turan Tovuz” – “Zirə” oyununda heç-heçə - FOTO/VİDEO

Şri-Lankada narkotik daşıyan 22 rahib ələ keçib - VİDEO

Şri-Lankada narkotik daşıyan 22 rahib ələ keçib - VİDEO

Zakir Həsənov İtaliyaya rəsmi səfər edib – FOTO

Zakir Həsənov İtaliyaya rəsmi səfər edib – FOTO

Soyuducunun üstünə əşya qoyanlara xəbərdarlıq

Soyuducunun üstünə əşya qoyanlara xəbərdarlıq

Süni intellekt işçi qüvvəsindən BAHALI imiş

Süni intellekt işçi qüvvəsindən BAHALI imiş

Canlı yayımda biabırçı anlar: Aparıcı Çiçək hədəfdə- VİDEO

Canlı yayımda biabırçı anlar: Aparıcı Çiçək hədəfdə- VİDEO

NATO hər il keçirilən sammitlərdən imtina edə bilər - ABŞ-a görə...

NATO hər il keçirilən sammitlərdən imtina edə bilər - ABŞ-a görə...

İranın üçmərhələli təklifi ilə bağlı Ağ Evdən AÇIQLAMA

İranın üçmərhələli təklifi ilə bağlı Ağ Evdən AÇIQLAMA

Xəzərdə üzən gəmilərə XƏBƏRDARLIQ EDİLDİ

Xəzərdə üzən gəmilərə XƏBƏRDARLIQ EDİLDİ

Putin: "Rusiya İranın suverenliyini dəstəkləməyə davam edəcək"

Putin: "Rusiya İranın suverenliyini dəstəkləməyə davam edəcək"

End of content

No more pages to load

RADİO