Təbiətlə bağlı daha bir sirr ortaya çıxdı

Yer kürəsinin heyvanlar aləmi zaman-zaman coğrafi və iqlim dəyişiklikləri nəticəsində öz unikal sərhədlərini formalaşdırıb. Bu sərhədlərdən biri olduqca maraqlı və demək olar ki, görünməz bir təbii hüduddur ki, o da Avrasiya ilə Avstraliya arasında yerləşir. Bu biocoğrafi sərhəd elmi ədəbiyyatda "Uolles xətti" (Wallace Line) kimi tanınır və dünyanın faunal bölgələrinin kəskin şəkildə fərqləndiyi nadir yerlərdən biridir.

Bizim.Media xəbər verir ki, bu xətt İndoneziyanın bəzi adaları məsələn, Borneo və Bali ilə onların qonşuları olan Sulavesi və Lombok adaları arasında uzanır.

Uolles xəttinin qərbində Asiyaya xas olan heyvan növləri, məsələn, meymunlar, fillər, pələnglər və kərgədanlar üstünlük təşkil edir. Onlar tropik meşələrdə, düzənliklərdə və dağlıq ərazilərdə minlərlə il ərzində təkamül edərək uyğunlaşmışlar. Lakin xəttin şərqində Yeni Qvineya və Avstraliya istiqamətində isə mənzərə tamam fərqlidir: burada kisəli məməlilər (məsələn, kenqurular və koalalar), müxtəlif gəmirici növləri və rəngarəng quşlar o cümlədən kakadular və lorilər kimi növlər üstünlük təşkil edir.

Elm adamları bu fərqliliyin köklərini milyonlarla il əvvələ təxminən 30 milyon il əvvəl baş vermiş geoloji hadisələrə bağlayırlar. Həmin dövrdə Avstraliya tektonik plitəsi yavaş-yavaş şimala doğru hərəkət edərək Avrasiya plitəsi ilə toqquşmağa başladı. Bu proses zamanla aralıq ada zolağının - İndoneziya arxipelaqının - yaranmasına, eləcə də dəniz axınlarının istiqamətində və iqlim şəraitində ciddi dəyişikliklərə səbəb oldu. Bu fiziki baryerlər növlərin bir tərəfdən digər tərəfə keçməsini əngəllədi və nəticədə hər iki tərəfdə tamamilə fərqli təkamül yolları meydana gəldi.
Bu sərhədin xüsusiliyi ondadır ki, bir çox quş növləri belə bu xətti keçmir. Onlar adətən geniş sahələrdə uçsalar da, Uolles xəttinin yaratdığı ekoloji və coğrafi fərqlər onları qarşı tərəfə keçməkdən çəkindirir. Sanki görünməz bir divar onların yolunu kəsir.

Bu xətt yalnız coğrafi bir ayrım deyil, həm də canlı aləmin təkamül tarixinin və qlobal biocoğrafiyanın canlı sübutudur. O, həmçinin insanlara planetin necə dəyişdiyini, canlıların bu dəyişikliklərə necə uyğunlaşdığını və təbiətin nə qədər mürəkkəb və zəngin bir sistem olduğunu xatırladır.(milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şahin Bağırov “Temu” bağlamalarının gecikmə səbəbini açıqladı

Şahin Bağırov “Temu” bağlamalarının gecikmə səbəbini açıqladı

Bakıda keçiriləcək Şəhərsalma Forumunda nəqliyyat necə çalışacaq?

Bakıda keçiriləcək Şəhərsalma Forumunda nəqliyyat necə çalışacaq?

“Dinamo” millimizin keçmiş üzvündən İMTİNA EDİR

“Dinamo” millimizin keçmiş üzvündən İMTİNA EDİR

Min manat borca görə ölkədən çıxışa “stop” qoyulur?

Min manat borca görə ölkədən çıxışa “stop” qoyulur?

Tanınmış aktrisa OnlyFans platformasında hesab açdı - 1,2 milyon dollar qazandı

Tanınmış aktrisa OnlyFans platformasında hesab açdı - 1,2 milyon dollar qazandı

Buğda qiymətləri ilə bağlı KRİTİK PROQNOZ

Buğda qiymətləri ilə bağlı KRİTİK PROQNOZ

Hindistanın ən varlı adamının oğlundan Pablo Eskobarın begemotları ilə bağlı AÇIQLAMA

Hindistanın ən varlı adamının oğlundan Pablo Eskobarın begemotları ilə bağlı AÇIQLAMA

Xaçmazda 2 nəfərin öldüyü qəza ilə bağlı TƏFƏRRÜAT

Xaçmazda 2 nəfərin öldüyü qəza ilə bağlı TƏFƏRRÜAT

Bricit Makron BİRİNCİ XANIM olmağın çətinliyindən danışdı

Bricit Makron BİRİNCİ XANIM olmağın çətinliyindən danışdı

Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşdülər

Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşdülər

Sərnişin təyyarəsi havaya qalxdıqdan dərhal sonra quş dəstəsi ilə toqquşdu

Sərnişin təyyarəsi havaya qalxdıqdan dərhal sonra quş dəstəsi ilə toqquşdu

İvanka Tramp Vaşinqtona “müasir şahzadə” obrazında qayıtdı – FOTO

İvanka Tramp Vaşinqtona “müasir şahzadə” obrazında qayıtdı – FOTO

Bəzi kişilər niyə nişan üzüyü taxmır?

Bəzi kişilər niyə nişan üzüyü taxmır?

Azərbaycanda BAHALAŞAN avtomobillərin adı açıqlandı

Azərbaycanda BAHALAŞAN avtomobillərin adı açıqlandı

19 yaşlı oğlanla hamam otağında boğulan qız müalicədən İMTİNA edib

19 yaşlı oğlanla hamam otağında boğulan qız müalicədən İMTİNA edib

“Sülh Körpüsü” Təşəbbüsü media nümayəndələri ilə görüş keçirdi - FOTO

“Sülh Körpüsü” Təşəbbüsü media nümayəndələri ilə görüş keçirdi - FOTO

Telefondan imtina etdi – İndi kitab oxuyur, piyada gəzir...

Telefondan imtina etdi – İndi kitab oxuyur, piyada gəzir...

Azərbaycan-İran sərhədində yeni keçid məntəqəsi istifadəyə veriləcək

Azərbaycan-İran sərhədində yeni keçid məntəqəsi istifadəyə veriləcək

Mayda 38 dərəcə isti olacaq – PROQNOZ

Mayda 38 dərəcə isti olacaq – PROQNOZ

Gömrükdə yeni MƏHDUDİYYƏTLƏR

Gömrükdə yeni MƏHDUDİYYƏTLƏR

Dünyanın ən populyar moda brendi açıqlandı

Dünyanın ən populyar moda brendi açıqlandı

Ev axtaranların diqqətinə: "Park Yasamal"da 2-4 otaqlı hazır mənzillər – "Kristal"

Ev axtaranların diqqətinə: "Park Yasamal"da 2-4 otaqlı hazır mənzillər – "Kristal"

Çilingər hörümçək sayəsində 56 milyon uddu

Çilingər hörümçək sayəsində 56 milyon uddu

SON DƏQİQƏ! 69 mini mənimsəyib Türkiyəyə qaçan məktəb direktoru Azərbaycana ekstradisiya OLUNDU

SON DƏQİQƏ! 69 mini mənimsəyib Türkiyəyə qaçan məktəb direktoru Azərbaycana ekstradisiya OLUNDU

End of content

No more pages to load

RADİO