Bəşəriyyət qlobal toqquşmanın ASTANASINDA – İran üzərindən supergüclərin SAVAŞI BAŞLAYIR

İsrailin İrana qarşı hərbi əməliyyatlara başlamasından sonra Çin bu ölkəyə azı üç yük təyyarəsi göndərib. Bu barədə “The Telegraph” nəşri məlumat yayıb.

İddiaya görə, ilk təyyarə iyunun 14-də havaya qalxıb, digər iki reys isə növbəti iki gün ərzində həyata keçirilib. Təyyarələr İrana yaxınlaşdıqca radar izləməsindən itib. Formal olaraq bu uçuşların son məntəqəsi Lüksemburq göstərilsə də, reallıqda Avropaya çatmayıb.

Söhbət “Boeing 747” tipli yük təyyarələrindən gedir. Nəşr aviasiya mütəxəssislərinə istinadən yazır ki, bu tip təyyarələr adətən hərbi texnika və silah daşımaq üçün istifadə olunur.

Çin-İran tərəfdaşlığı

Ekseter Universitetinin Çin-Yaxın Şərq və Şimali Afrika üzrə mütəxəssisi Andrea Gizellinin sözlərinə görə, bu, Çinin İrana dəstək verəcəyi yönündə gözləntiləri artırır:

“İranda mövcud rejimin çökməsi Çin üçün ciddi zərbə olardı. Bu, bölgədə sabitliyin pozulmasına və nəticə etibarilə Çin iqtisadiyyatı ilə enerji maraqlarına təhdid yaradar”, – deyə Gizelli bildirib.

Habelə qeyd edilir ki, Çin və İran strateji tərəfdaşlardır, onlar ABŞ-nin rəhbərlik etdiyi qlobal düzənə qarşı çıxır və çoxqütblü dünya nizamını dəstəkləyirlər. İran hazırda Çinə gündə 2 milyon barelə qədər neft tədarük edir. Bundan başqa, Pekin keçmişdə Tehrana ballistik raket istehsalında istifadə edilən materiallar da verib.

Beləliklə görünən odur ki, ABŞ-ın İsrailə yardımları fonunda Çinin İrana silah göndərməsi ilə bağlı xəbərlər də artır. Bu isə müharibənin qlobal müstəviyə keçməsi ilə nəticələnə bilər.

Yaxın Şərqdə toqquşan maraqlar

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirir ki, Çinin İranla hərbi əlaqələrinin intensivləşməsi regional balansın dəyişə biləcəyindən xəbər verir:

“ABŞ-ın İsrailə verdiyi hərbi dəstəyin davam etdiyi bir vaxtda Çinin İrana silah göndərməsi ilə bağlı xəbərlər beynəlxalq arenada diqqəti cəlb edir. Bu vəziyyət qlobal güclərin Yaxın Şərqdə dolayı şəkildə qarşı-qarşıya gəldiyi yeni bir mərhələnin konturlarını göstərir.

Hazırkı mərhələdə tərəflər birbaşa toqquşmadan çəkinir, amma dolayı yolla təsir gücünü artırmaq məqsədi güdürlər. ABŞ və Çin arasındakı qlobal rəqabət Yaxın Şərq münaqişələri üzərində daha açıq şəkildə hiss olunmağa başlayıb”.

Müharibə qlobal müstəviyə keçir

Ekspert hesab edir ki, İranın hərbi baxımdan gücləndirilməsi İsrailin strateji hesablamalarını dəyişməyə məcbur edə bilər. Həmsöhbətimizin fikrincə, belə vəziyyətdə böyük güclərin maraqlarının toqquşduğu yeni cəbhələr açılacaq:

“Bu dinamika regionda yeni gərginlik ocaqlarının yaranması riskini artırır. Eyni zamanda, böyük güclərin birbaşa iştirak etmədiyi, lakin onların maraqlarının toqquşduğu yeni cəbhələrin açılması ehtimalı yüksəlir. Qlobal müharibə ehtimalı yaxın perspektivdə reallaşmasa da, müharibənin qlobal müstəviyə keçməsi riski mövcuddur.

Hazırda dünya gücləri arasında balanslı davranış və diplomatik kanalların açıq qalması kritik əhəmiyyət daşıyır. Sanksiyalar, silah tədarükü və informasiya müharibəsi ilə müşayiət olunan bu qarşılıqlı təsir geosiyasi sabitlik üçün ciddi təhdidlər yaradır. İranın hərbi imkanlarının artması Qərb ölkələrində narahatlığa səbəb olur”.

Politoloq düşünür ki, proses qlobal güclər arasında münaqişənin dərinləşməsinə doğru gedir:

“Çin öz maraqlarını qorumaq üçün Yaxın Şərqdəki nüfuzunu dərinləşdirmək istəyir. ABŞ və müttəfiqlərinin mövcud strategiyası Çinin bu niyyətlərini məhdudlaşdırmağa yönəlib. Nəticədə, qlobal güclər arasında dolayısı münaqişə formatı dərinləşməkdədir. Bu tendensiyanın davamı lokal müharibələrin genişlənərək regional, daha sonra isə qlobal qarşıdurmalara çevrilməsi riskini artırır.

Əsas məsələ, hər iki tərəfin “qırmızı xətləri” keçməməsi və diplomatik koordinasiyanın qorunmasıdır. Əgər bu xətlər aşılsa, daha mürəkkəb və qeyri-proqnozlaşdırılan bir mərhələyə keçid baş verə bilər”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Messi dünya çempionatında rekorda imza atıb

Messi dünya çempionatında rekorda imza atıb

Sürücülərin NƏZƏRİNƏ: Bəzi avtomobillər geri çağırıla bilər

Sürücülərin NƏZƏRİNƏ: Bəzi avtomobillər geri çağırıla bilər

Ölüm qorxusu ən çox bu yaşlarda hiss olunur

Ölüm qorxusu ən çox bu yaşlarda hiss olunur

Xamenei atasının vida mərasimində niyə iştirak etmədi?

Xamenei atasının vida mərasimində niyə iştirak etmədi?

Azərbaycanda tanınmış jurnalist ürək tutmasından vəfat etdi - FOTO

Azərbaycanda tanınmış jurnalist ürək tutmasından vəfat etdi - FOTO

"Gecə 12-nin yarısıdır, oğlum Əlinin xəbəri yoxdur ki..." — Mətanət

"Gecə 12-nin yarısıdır, oğlum Əlinin xəbəri yoxdur ki..." — Mətanət

UEFA çexləri cəzalandırdı, “Qarabağ”ın yolu asanlaşdı

UEFA çexləri cəzalandırdı, “Qarabağ”ın yolu asanlaşdı

Zaqatalada AĞIR QƏZA – Yaralananlar var – FOTO - VİDEO

Zaqatalada AĞIR QƏZA – Yaralananlar var – FOTO - VİDEO

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

Daha bir ölkə məktəbində telefon QADAĞASI

Daha bir ölkə məktəbində telefon QADAĞASI

Sumqayıtda 48 yaşlı kişi dərmandan zəhərlənərək həyatını itirib

Sumqayıtda 48 yaşlı kişi dərmandan zəhərlənərək həyatını itirib

“Uşaqlar sosial şəbəkələrin qurbanına çevrilir” – Ziyalılardan yeni qanuna REAKSİYA

“Uşaqlar sosial şəbəkələrin qurbanına çevrilir” – Ziyalılardan yeni qanuna REAKSİYA

Azərbaycan XİN ABŞ-ı təbrik edib - FOTO

Azərbaycan XİN ABŞ-ı təbrik edib - FOTO

BİZİM TƏQVİM:4 iyulda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:4 iyulda baş vermiş tarixi hadisələr

Pediatr xəbərdarlıq etdi — Bu xalq deyimi YALANDIR

Pediatr xəbərdarlıq etdi — Bu xalq deyimi YALANDIR

Sürücülərin kabusuna çevrilən pilləkən: ayda 5-10 avtomobil düşür - VİDEO

Sürücülərin kabusuna çevrilən pilləkən: ayda 5-10 avtomobil düşür - VİDEO

Azərbaycanda hər kəsi düşündürən azalma – Səbəb nədir?

Azərbaycanda hər kəsi düşündürən azalma – Səbəb nədir?

İstirahət günləri sevgidə şanslı olacaq BÜRCLƏR

İstirahət günləri sevgidə şanslı olacaq BÜRCLƏR

İngiltərədə gündə 30 dəqiqə piyada gəzənlərə mükafat veriləcək

İngiltərədə gündə 30 dəqiqə piyada gəzənlərə mükafat veriləcək

Xalq artisti Elçin Haşımovun qızı məzun oldu - FOTO

Xalq artisti Elçin Haşımovun qızı məzun oldu - FOTO

Tramp gərgin iş qrafikindən şikayətləndi – Hovuzda üzə bilmir...

Tramp gərgin iş qrafikindən şikayətləndi – Hovuzda üzə bilmir...

Həyatın daha çox sınağa çəkdiyi 3 BÜRC

Həyatın daha çox sınağa çəkdiyi 3 BÜRC

Tramp Tokio səmasında göründü - MÖHTƏŞƏM ŞOU - VİDEO

Tramp Tokio səmasında göründü - MÖHTƏŞƏM ŞOU - VİDEO

Yalçın Rzazadənin son sözünü açıqladı – VİDEO

Yalçın Rzazadənin son sözünü açıqladı – VİDEO

End of content

No more pages to load

RADİO