Şəmkirdə 4 ton pomidor 75 manata satıldı – Məmurlar bazarı ƏLƏ KEÇİRİB 

Bir müddət əvvəl Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti Azərbaycandan 55 şirkətə dəmir yolu ilə pomidor və alma ixracına icazə verildiyi barədə məlumat yayıb. Qərara görə, ixrac fitosanitar sertifikatlar əsasında baş tutmalı idi.

Prosesin iyunun 15-dən aparılması nəzərdə tutulurdu.

Lakin görünən odur ki, Azərbaycan sahibkarları üçün vəziyyət heç də dəyişməyib. Xüsusi ilə Şəmkirdə  vəziyət daha da ağırdır.

Bunu Bizim.Media-ya açıalamasında ölkədə yaşanan pomidor böhranından şikayətçi olan Nahid Məmmədov bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Millət vəkilindən AQTA-ya ETİRAZ: “Məhsulun keyfiyyətinin sahəyə nə dəxli var?”


Onun sözlərinə görə, hazırda Şəmkirdə kritik vəziyyət olduğu kimi qalmaqdadır.

“Şəmkirdə vəziyyət ağır olaraq qalır. Sahibkarların vəziyyəti getdikcə pisləşir. Onlar müflisləşməyə doğru gedirlər. İşçi qüvvəsi kimi çalışan insanlar da işsiz qalıblar. Problemin həlli tapılmadığı üçün vəziyyət günü-gündən daha da kritikləşir”.

Şəmkirdən olan digər sahibkar Qara Möjlümov isə Bizim.Media-ya  bildirir ki, rayon sakinləri o qədər pis vəziyyətdədirlər ki, mallarını hətta yerli bazarlara belə çatdırmaq iqtidarında deyillər.

“Təsəvvür edin, vəziyyət o qədər kritikdir ki, sahibkarlardan biri 4 ton pomidorunu 75 manata topdan satdı. Bu il adicə Azərbaycan bazarlarına çıxarılan mallar belə əlimizdə qalıb. Məhsul bol olduğu üçün bu vəziyyətdə hamısı xarab olur. Lobyanın kiloqramı 20-25 qəpiyədir. Sahibkarların vəziyyəti çox pisdir, sahələrdə çalışan işçi qüvvəsinin əməkhaqqlarını belə verə bilmirlər”.

Söhbət əsnasında sahibkar hökm sürən digər problemlərdən də söz açıb. O, bildirir ki, bazara ancaq məmur oliqarxların nəzarət etdiyi mallar çıxarıla bilir.

“Məsələ burasındadır ki, məmur oliqarxların himayə etdikləri və onların qohumlarının əkdikləri məhsullar istəlinən bazara rahat şəkildə çıxarıla bilir. Yerli camaat isə çarəsiz vəziyyətdədir. Demək olar ki, bu problem bütün Azərbaycanda var. Əgər bu pandemiya ilə əlaqədar bir problemdirsə, niyə bütün ölkələrdən Rusiya bazarına mal ixrac oluna bilir, ancaq bizim məhsullar əlimizdə qalır. Elə sahibkarlar var ki, pomidor əkiminə 20-30 min sərmayə qoyublar, bu vəziyyətdə həmin insanlar da müflis olub”.

Q. Möjlümov həmçinin qeyd edib ki, sahibkarlar bu il Rusiya bazarına üçün nəzərdə tutulan pomidorları saxlamağa yer belə tapmırlar.

“Hazırda bu qədər məhsulun xarab olmaması üçün onları saxlamağa belə yerimiz yoxdur. Gömrükdən malların keçirilməsini  vəd etsələrdə, problem hec cür həll olunmur və bu səbəbdən də məhsullar elə yollarda məhv olub gedir. Yəni 15 iyundan sonrada bizim heç bir problemimiz həll olunmadı. Şəmkirdə elə insanlar var ki, kənd təsərrüfatı ilə məşğul olmaq üçün bankdan kredit götürüb. İndi isə bu pulu ödəyə bilmir. Artıq sahibkarlar ümidlərini itiriblər”.

Sahibkar bildirir ki, rayonun icra strukturları belə onların problemi ilə maraqlanmır. 

“Onlar ancaq pul yığmaq lazım olanda bizi axtarırlar. Belə heç bir qurum bizə yardım etməkdə maraqlı deyil. Nə bələdiyyədən, nə də Şəmkir İcra hakimiyyətindən bizim dərdimizə çarə tapan yoxdur”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Paytaxt sakinlərinin NƏZƏRİNƏ – Bu gün saat 09.00-dan etibarən...

Paytaxt sakinlərinin NƏZƏRİNƏ – Bu gün saat 09.00-dan etibarən...

BİZİM TƏQVİM:3 iyulda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:3 iyulda baş vermiş tarixi hadisələr

İspaniyanın daha bir şəhərində turistlər üçün QADAĞA

İspaniyanın daha bir şəhərində turistlər üçün QADAĞA

Bu iki ölkə yer üzündən SİLİNƏ BİLƏR

Bu iki ölkə yer üzündən SİLİNƏ BİLƏR

500 nömrəli Bakı-Sumqayıt avtobuslarında kondisioner niyə işləmir? - VİDEO

500 nömrəli Bakı-Sumqayıt avtobuslarında kondisioner niyə işləmir? - VİDEO

“Uzak Şehir”ə vida edən Ferit Kaya yeni serialda - FOTO

“Uzak Şehir”ə vida edən Ferit Kaya yeni serialda - FOTO

İyulda eşq qapıları bu bürclərin üzünə açılacaq - PROQNOZ

İyulda eşq qapıları bu bürclərin üzünə açılacaq - PROQNOZ

Bağırsağın bir nömrəli düşməni olan ƏT NÖVÜ – Əksəriyyət yeyir

Bağırsağın bir nömrəli düşməni olan ƏT NÖVÜ – Əksəriyyət yeyir

Sakit görünən, amma qəfildən “partlayan” 5 BÜRC

Sakit görünən, amma qəfildən “partlayan” 5 BÜRC

Hakan Fidan: "İsrail bütün dünya üçün problemdir"

Hakan Fidan: "İsrail bütün dünya üçün problemdir"

Rusiyada YDM-lərdə uzun növbələr yarandı – VİDEO

Rusiyada YDM-lərdə uzun növbələr yarandı – VİDEO

Fransanın cənubu alovlar içində: Meşə yanğınları nəzarətdən çıxır

Fransanın cənubu alovlar içində: Meşə yanğınları nəzarətdən çıxır

Leyla Əliyevanın doğum günüdür

Leyla Əliyevanın doğum günüdür

Türkiyə avro ilə sürətli ödəniş sisteminə keçir

Türkiyə avro ilə sürətli ödəniş sisteminə keçir

“İmişli” yeni baş məşqçisini açıqladı

“İmişli” yeni baş məşqçisini açıqladı

İlham Namiq Kamalın oğlu məzun oldu - FOTO

İlham Namiq Kamalın oğlu məzun oldu - FOTO

“Xarici mənbələrdən səhv tərcümə edilib” - Sertifikasiya suallarına etiraz - VİDEO

“Xarici mənbələrdən səhv tərcümə edilib” - Sertifikasiya suallarına etiraz - VİDEO

"Arzum"un həbs olunmasına səbəb olan qəzanın yeni GÖRÜNTÜLƏRİ - VİDEO

"Arzum"un həbs olunmasına səbəb olan qəzanın yeni GÖRÜNTÜLƏRİ - VİDEO

Türkiyədən Dəməşqdəki partlayışla bağlı BƏYANAT

Türkiyədən Dəməşqdəki partlayışla bağlı BƏYANAT

Leandro Andrade “Sabah”a qol vurdu

Leandro Andrade “Sabah”a qol vurdu

Şəkidə Şin çayı hövzəsində 31 metrlik şəlalə qeydə alındı - FOTO

Şəkidə Şin çayı hövzəsində 31 metrlik şəlalə qeydə alındı - FOTO

Çayda batan Muradın FOTOSU

Çayda batan Muradın FOTOSU

Ukraynanın müdafiə naziri 40-a yaxın ölkəyə XAHİŞ MƏKTUBU göndərdi

Ukraynanın müdafiə naziri 40-a yaxın ölkəyə XAHİŞ MƏKTUBU göndərdi

“Neftçi” Rumıniya klubuna uduzdu

“Neftçi” Rumıniya klubuna uduzdu

End of content

No more pages to load

RADİO