Qətərlə İsrailin silah BİZNESİ – Azərbaycanı hədəf alanlar buna da SƏS ÇIXARACAQLAR?

İsrailin Baş naziri Benyamin Netanyahu, ölkənin aparıcı müdafiə sənayesi şirkətləri ilə Qətər arasında imzalanan müdafiə sazişlərini təsdiqləyib. Bu barədə İsrailin “Walla” xəbər portalı məlumat yayıb.

Əməkdaşlığın ifşası

Məlumata görə, sözügedən müqavilələrə şəxsən Netanyahu, həmçinin İsrail Müdafiə Nazirliyi və İsrail Müdafiə Qüvvələri (IDF) tərəfindən icazə verilib. Razılaşmalar, İsrailin müdafiə sənayesində aparıcı olan üç şirkəti əhatə edir: “Elbit Systems”, “Rafael” və “Israel Aerospace Industries”.

Bildirilir ki, “Elbit Systems” Qətərlə 100 milyon ABŞ dollarından çox dəyəri olan müqavilələr imzalayıb. “Rafael” şirkəti isə on milyonlarla dollar məbləğində razılaşmalara imza atıb. Bundan əlavə, “Israel Aerospace Industries” rəhbərliyinin Qətərin paytaxtı Doha şəhərinə 20-dən çox səfər etdiyi və İsraildə şirkətin qərargahında yüksək səviyyəli qətərli nümayəndə heyəti ilə rəsmi bir günlük görüş keçirdiyi də qeyd olunur.

Əvvəla onu qeyd edək ki, Qətərin İsraillə diplomatik əlaqələri yoxdur. Buna görə də “Times of İsrael” nəşri sözügedən silah sazişlərini “İsrail və Qətər arasında ən yüksək səviyyəli əməkdaşlığın son ifşası” kimi qiymətləndirib.

Türkiyə-Qətər əməkdaşlığı

Digər maraqlı məqam isə Qətərin Türkiyə ilə böyük iqtisadi və siyasi tərəfdaşlıq əlaqələrinin olmasıdır. Belə ki, Türkiyənin Ticarət naziri Ömər Bolat 2023-cü ildə verdiyi açıqlamada Qətərdən Türkiyəyə yönələn investisiyaların 20 milyard dolları keçdiyini bildirib.

Türkiyədən də Qətərə ciddi investisiyalar cəlb olunur. Təkcə onu demək kifayətdir ki, Qətərdə fəaliyyət göstərən Türkiyə şirkətlərinin sayı 700-dən çoxdur. Türk podratçılar Qətərin infrastrukturunun inkişafı istiqamətində də böyük layihələr həyata keçirib və 18,19 milyard dollarlıq xidmətləri icra ediblər. Türkiyədə isə 200-dən çox Qətər şirkəti müxtəlif sektorlarda fəaliyyətini davam etdirir.

Rəsmi statistikaya görə, iki ölkə arasında ticarət əlaqələri son on ildə 5 dəfə artıb.

Onu da qeyd edək ki, Türkiyə və Qətər arasında gələcək perspektiv üçün də böyük əməkdaşlıq layihələrinin reallaşdırılması nəzərdə tutulur. Xüsusilə də, Qətər tərəfindən Suriyaya ayrılan 7 milyardlıq investisiya Türkiyə şirkətləri üçün böyük fürsət olaraq qiymətləndirilir.  

İsraillə əməkdaşlıq edənlərə yönələn saxta ittihamlar

Məlum olduğu kimi, Türkiyədə bəzi media resursları İsrail mövzusunda radikal mövqeləri ilə seçilirlər. Onlar hətta İsraillə əməkdaşlıq edən ölkələri də hədəf alır, reallıqdan uzaq iddialar irəli sürürlər.

Həmin media qurumları Azərbaycan haqqında da dəfələrlə haqsız ittihamlar səsləndiriblər. Hətta Türkiyənin bəzi media orqanlarında “Azərbaycan sionist rejimlə birləşib”, “Azərbaycan Qəzzadakı qətliamda iştirak edir” kimi fikirlərə də rast gəlmək mümkündür. Onlar bu cür saxta ittihamlarla elə bir mənzərə yaradırlar ki, sanki Fələstin problemi birbaşa Azərbaycanla bağlıdır. Azərbaycana qarşı qeyd olunan reallıqdan uzaq iddiaları səsləndirənlər əsas bəhanə kimi ölkəmizlə İsrail arasında ticarət əlaqlərini ön plana çəkirlər.

Azərbaycanı hədəf alanların susqunluğu

Qətərin İsraillə milyonlarla dollarlıq sazişlər imzalaması fonunda Türkiyədəki bəzi media qurumlarının tutduqları mövqe isə müəyyən suallar yaradır.

Azərbaycan-İsrail əməkdaşlığını əsas götürüb, ölkəmizi Qəzzadakı qətlimada “iştirak”da ittiham edənlər Qətərin bu addımına səs çıxaracaqlarmı? Həmin nəşrlərdə “Qətər Qəzzadakı qətliamda iştirak edir” başlıqlı məqalələr dərc olunacaqmı? Bu cür media resursları Türkiyənin Qətərlə əməkdaşlığı dayandırmalı olduğu ilə bağlı fikirlər səsləndirəcəkmi?

Təbii ki, bu sualların cavabı bəllidir. Azərbaycana qarşı haqsız ittihamlar irəli sürən həmin mətbuat orqanları Qətərə “gözün üstə qaşın var” demirlər, deməyəcəklər də.

Bu isə açıq-aşkar qərəzin, ikiüzlülüyün göstəricisidir. Qardaş ölkədə belə mövqe tutan media resurslarının fəaliyyət göstərməsi isə sadəcə təəssüf doğurur.

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Hafiz Paşayev təltif olundu

Hafiz Paşayev təltif olundu

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

Prezident: “Azərbaycan bütün növ enerji resurslarını istehsal edən nadir ölkələrdəndir”

Prezident: “Azərbaycan bütün növ enerji resurslarını istehsal edən nadir ölkələrdəndir”

Məni "Söylü"yə oxşatmayın

Məni "Söylü"yə oxşatmayın

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

Hörmüz boğazında neft tankeri VURULDU

Hörmüz boğazında neft tankeri VURULDU

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər etdilər - FOTO/YENİLƏNİB

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər etdilər - FOTO/YENİLƏNİB

ANAMA əməkdaşını Ağdərədə ilan vurdu

ANAMA əməkdaşını Ağdərədə ilan vurdu

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

İranda silahlı insident: SEPAH əməkdaşı öldürüldü

"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi

"Kəpəz" 1-ci liqa klubu ilə heç-heçə etdi

YAP-ın VIII Qurultayı başa çatdı - FOTO

YAP-ın VIII Qurultayı başa çatdı - FOTO

Evdə sosial xidmət alan ahılların sayı AÇIQLANDI – RƏSMİ

Evdə sosial xidmət alan ahılların sayı AÇIQLANDI – RƏSMİ

Süni intellektlə yeni dələduzluq üsulu: DTX-dən XƏBƏRDARLIQ - VİDEO

Süni intellektlə yeni dələduzluq üsulu: DTX-dən XƏBƏRDARLIQ - VİDEO

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Ağaclar qanunsuz kəsildi, təbiətə 47 mindən çox ziyan dəydi

Premyer Liqanın ƏN YAXŞI məşqçisi seçildi

Premyer Liqanın ƏN YAXŞI məşqçisi seçildi

Məşhur klinikada əməliyyat olunan kişi VƏFAT ETDİ

Məşhur klinikada əməliyyat olunan kişi VƏFAT ETDİ

End of content

No more pages to load

RADİO