Qızıl hədiyyə olunan müəllimlə bağlı açıqlama - RƏSMİ

Xəbər verdiyimiz kimi, Tovuzda məktəb müəlliminin valideynlərdən hədiyyə qismində zinət əşyası alması ilə bağlı görüntülər yayılıb və müəllimə Günel Məmmədovaya töhmət verilib.

Bizim.Media xəbər  verir ki, məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, həmin müəllim məktəb rəhbərliyinə tədbir barədə əvvəlcədən məlumat versə də, direktor tədbirin keçirilməsini uyğun hesab etməyib:

“Tovuz rayonunda müəllimə zinət əşyası təqdim olunması hadisəsinin sosial mediada müzakirəsi cəmiyyətdə korrupsiya hallarına barışmaz mövqeyin güclənməsindən xəbər verir. Bir qrup valideynlər zinət əşyasının bağışlanmasını normal hesab edirsə, digər qrup təhsildə, eləcə də bütün cəmiyyətdə “durulma” prosesinin tərəfdarı kimi prinsipial mövqe tutur. Hesab edirik ki, ikinci qrup insanların fəal vətəndaş mövqeyi və dəstəyi təhsilin sağlam dəyərlər üzərində irəliləməsinə bilavasitə təsir göstərir. Bildiririk ki, bu hadisədə adıgedən müəllim məktəb rəhbərliyinə tədbir barədə əvvəlcədən məlumat verib, lakin direktor bu tədbirin keçirilməsini uyğun hesab etməyib.

Buna baxmayaraq müəllim məktəbin və özünün nüfuzuna mənfi təsir göstərmiş bu tədbirdə iştirak edib (24 may tarixində) və məktəb rəhbərliyinin haqlı olduğunu “sübut” edib.
 

Töhmətin məğzi uyğunsuzluğu müzakirə edilmiş məsələyə müəllimin etinasız yanaşması ilə bağlıdır və intizam tənbehi iş günündə (5 iyun tarixində) verilməklə hüquqi çərçivəni aşmayıb.


Müəllim və valideynlərin tədris ilinin sonunda təmtəraqlı ziyafətlər təşkil etməsi isə başqa bir müzakirənin mövzusudur. Şagirdlərə heç bir inkişafetdirici təsiri olmayan, əksinə maliyyə və vaxt resurslarının lüzumsuz istifadəsinə gətirən bu cür tədbirlərin yolverilməzliyini pedaqoqlar dəfələrlə vurğulayıblar. Biz bu məsələdə daha optimal və öyrədici tədbirlərə üz tutmağı tövsiyə edirik.

Bir daha bütün maraqlı tərəfləri sağlam təhsil mühiti naminə etik davranış normalarına əməl etməyə çağırırıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu bürcləri xoş xəbərlər gözləyir

Bu bürcləri xoş xəbərlər gözləyir

"İxtisasca memaram, Los-Ancelesdə dərs almışam" – VİDEO

"İxtisasca memaram, Los-Ancelesdə dərs almışam" – VİDEO

Zəkası aşağı olan insanların ən çox seçdiyi ÜÇ RƏNG

Zəkası aşağı olan insanların ən çox seçdiyi ÜÇ RƏNG

Nahidə Babaşlı ikinci dəfə ailə qurur – FOTO

Nahidə Babaşlı ikinci dəfə ailə qurur – FOTO

ABŞ bir neçə saata İran limanlarını tamamilə BAĞLAYIR

ABŞ bir neçə saata İran limanlarını tamamilə BAĞLAYIR

Venesueladakı zəlzələnin son statistikası: Daha 200 cəsəd tapıldı

Venesueladakı zəlzələnin son statistikası: Daha 200 cəsəd tapıldı

“Qalatasaray” “Mançester Siti”nin üzvünü transfer edir

“Qalatasaray” “Mançester Siti”nin üzvünü transfer edir

Yəmən Babülməndəb boğazını bağlayır – Neft 200 dollara qalxa bilər

Yəmən Babülməndəb boğazını bağlayır – Neft 200 dollara qalxa bilər

Mobil telefona görə qəbul imtahanına buraxılmayan gəncdən XƏBƏR VAR

Mobil telefona görə qəbul imtahanına buraxılmayan gəncdən XƏBƏR VAR

Tramp xalqa müraciət EDƏCƏK

Tramp xalqa müraciət EDƏCƏK

Millimizin hücumçusu Türkiyə klubuna keçir

Millimizin hücumçusu Türkiyə klubuna keçir

Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir - FOTO

Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir - FOTO

SON DƏQİQƏ: ABŞ İrana dəniz dronu ilə hücum etdi - VİDEO

SON DƏQİQƏ: ABŞ İrana dəniz dronu ilə hücum etdi - VİDEO

“Şamaxı” portuqaliyalı müdafiəçi transfer etdi

“Şamaxı” portuqaliyalı müdafiəçi transfer etdi

Aygün Kazımova Röyanın qonağı oldu – FOTO

Aygün Kazımova Röyanın qonağı oldu – FOTO

“Qarabağ” “Partizan”ın müdafiəçisi ilə anlaşdı

“Qarabağ” “Partizan”ın müdafiəçisi ilə anlaşdı

Ağdam, Füzuli və Xocavəndə köçürüləcək əhalinin dəqiq sayı AÇIQLANDI

Ağdam, Füzuli və Xocavəndə köçürüləcək əhalinin dəqiq sayı AÇIQLANDI

Əraqçi: “İran həmişə Hörmüz boğazının sahibi olub”

Əraqçi: “İran həmişə Hörmüz boğazının sahibi olub”

“Neftçi” Xorvatiya klubuna uduzdu

“Neftçi” Xorvatiya klubuna uduzdu

Putin hərbi xərclərdən danışdı: “Könüllülər 70 milyard köçürüb”

Putin hərbi xərclərdən danışdı: “Könüllülər 70 milyard köçürüb”

“Beşiktaş” Almaniya millisinin üzvü ilə danışıqlara başladı

“Beşiktaş” Almaniya millisinin üzvü ilə danışıqlara başladı

Ukraynanın Baş naziri Yuliya Sviridenko İSTEFA VERDİ

Ukraynanın Baş naziri Yuliya Sviridenko İSTEFA VERDİ

İtaliyanın 7 şəhərində “qırmızı” təhlükə səviyyəsi ELAN EDİLDİ

İtaliyanın 7 şəhərində “qırmızı” təhlükə səviyyəsi ELAN EDİLDİ

Namiq Qaraçuxurlu villasından görüntü paylaşdı — VİDEO

Namiq Qaraçuxurlu villasından görüntü paylaşdı — VİDEO

End of content

No more pages to load

RADİO