Bakıda insanların getdiyi əsas yer – Qadağalar olacaq?

Havaların isinməsi ilə parklara üz tutan vətəndaşların sayı artır. Əksəriyyət asudə zamanını belə yerlərdə keçirməyə üstünlük verir. Lakin son zamanlar parklarda yerləşən ictimai-iaşə obyektləri narazılıq yaradıb. Bildirilir ki, restoranların sayı getdikcə artır, xüsusilə yay aylarında belə məkanlar ərazi zəbt edilməklə genişləndilir və bu da insanlar üçün müəyyən maneələr yaradır.

Parkların içində bu qədər obyektlərin olması düzgündürmü? Bu, insanların istirahət imkanlarını azaldırmı?

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “Globalinfo.az”a danışan deputat Aqil Abbas parklarda kafe və çayxanaların olmasını dəstəklədiyini bildirib:

“Bu, qəbahət deyil. Məsələn, ora gələn adam bir stəkan çay içmək istəyə bilər. Açığı, parka çox getmirəm, lakin kafelərdə də dincəlmək mümkündür. Belə obyektlər niyə camaata mane olsun ki? Məsələn, Bulvarda 5-6 kafe var və bu, vətəndaşların hərəkətinə, oturacaqda əyləşməsinə problem yaratmır”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, həm Azərbaycanda, həm də dünyada biznesin inkişafı dəstəklənir:

“Məhz bu səbəbdən parklarda ticarət yerləri, restoranlar açılır. İlk baxışda bu addımların istehlakçıların maraqlarını qorumağa yönəldiyi təəssüratı yaransa da, əslində məqsəd dövlət büdcəsinə daha çox vergi daxilolmalarını təmin etməkdir. Biz də insanların geniş ərazidə dincəlməsini istəyirik, amma nə etmək olar?!”

Deputat Razi Nurullayev isə parklarda kafelərin olmasını doğru hesab etmir:

“Beynəlxalq təcrübəyə əsasən, Avropa ölkələrində parklar və meşə sahələrində ticarət obyektlərinin fəaliyyətinə icazə verilmir, yaxud sayla bağlı müəyyən məhdudiyyətlər qoyulur. Azərbaycanda isə parklarda şəxsi ticarət obyektlərinin yaradılması və kafelərin tikilməsi halları müşahidə olunur. Bunun əleyhinə deyiləm, obyektlərin saylarının məhdudlaşdırılması daha məqsədəuyğun olardı. Parklar yeyib-içmək yeri yox, dincəlmək, gəzmək üçün məkan olmalıdır. Məsələn, insanların idman edə biləcəyi yerlərdə hər addımdan bir restoran-kafe tikilir. Birində əyləşib çay içəndə, paxlava yeyəndə çəki artımından canını qurtara bilmirsən. Ona görə də bu məsələyə yenidən baxılmalıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağ Ev Trampa qarşı sui-qəsd cəhdinin SƏBƏBİNİ açıqlayıb

Ağ Ev Trampa qarşı sui-qəsd cəhdinin SƏBƏBİNİ açıqlayıb

Zelenski gizli şəkildə Ermənistana gələcək

Zelenski gizli şəkildə Ermənistana gələcək

Fermerlər zərər içində: Çiyələk və alça bu il baha ola bilər - VİDEO

Fermerlər zərər içində: Çiyələk və alça bu il baha ola bilər - VİDEO

Həmin piyadanı vuran şəxs futbolçu imiş – FOTO

Həmin piyadanı vuran şəxs futbolçu imiş – FOTO

Xalq artistinin qızı ilə rəqsi hər kəsi KÖVRƏLTDİ - VİDEO

Xalq artistinin qızı ilə rəqsi hər kəsi KÖVRƏLTDİ - VİDEO

İranlı hakerlər on minlərlə ABŞ hərbçisinin məlumatlarını ələ keçirdi

İranlı hakerlər on minlərlə ABŞ hərbçisinin məlumatlarını ələ keçirdi

İsrail səfiri Ukrayna XİN-ə çağırıldı - Rusiya taxılına görə...

İsrail səfiri Ukrayna XİN-ə çağırıldı - Rusiya taxılına görə...

Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - FOTO

Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - FOTO

Bu gün görkəmli oftalmoloq alim ZƏRİFƏ ƏLİYEVANIN doğum günüdür

Bu gün görkəmli oftalmoloq alim ZƏRİFƏ ƏLİYEVANIN doğum günüdür

Külək nə vaxt dayanacaq... - AÇIQLAMA

Külək nə vaxt dayanacaq... - AÇIQLAMA

“Sabah” “Karvan-Yevlax”ı məğlub etdi

“Sabah” “Karvan-Yevlax”ı məğlub etdi

Naibə Allahverdiyevanın qızının toyundan yeni GÖRÜNTÜLƏR - VİDEO

Naibə Allahverdiyevanın qızının toyundan yeni GÖRÜNTÜLƏR - VİDEO

Ağ Ev: “Bu, Trampa sui-qəsd cəhdidir”

Ağ Ev: “Bu, Trampa sui-qəsd cəhdidir”

Millimiz Qazaxıstana qalib gəldi

Millimiz Qazaxıstana qalib gəldi

Tramp arvadına "söz atan" jurnalistin işdən çıxarılmasını TƏLƏB ETDİ

Tramp arvadına "söz atan" jurnalistin işdən çıxarılmasını TƏLƏB ETDİ

“Turan Tovuz” – “Zirə” oyununda heç-heçə - FOTO/VİDEO

“Turan Tovuz” – “Zirə” oyununda heç-heçə - FOTO/VİDEO

Şri-Lankada narkotik daşıyan 22 rahib ələ keçib - VİDEO

Şri-Lankada narkotik daşıyan 22 rahib ələ keçib - VİDEO

Zakir Həsənov İtaliyaya rəsmi səfər edib – FOTO

Zakir Həsənov İtaliyaya rəsmi səfər edib – FOTO

Soyuducunun üstünə əşya qoyanlara xəbərdarlıq

Soyuducunun üstünə əşya qoyanlara xəbərdarlıq

Süni intellekt işçi qüvvəsindən BAHALI imiş

Süni intellekt işçi qüvvəsindən BAHALI imiş

Canlı yayımda biabırçı anlar: Aparıcı Çiçək hədəfdə- VİDEO

Canlı yayımda biabırçı anlar: Aparıcı Çiçək hədəfdə- VİDEO

NATO hər il keçirilən sammitlərdən imtina edə bilər - ABŞ-a görə...

NATO hər il keçirilən sammitlərdən imtina edə bilər - ABŞ-a görə...

İranın üçmərhələli təklifi ilə bağlı Ağ Evdən AÇIQLAMA

İranın üçmərhələli təklifi ilə bağlı Ağ Evdən AÇIQLAMA

Xəzərdə üzən gəmilərə XƏBƏRDARLIQ EDİLDİ

Xəzərdə üzən gəmilərə XƏBƏRDARLIQ EDİLDİ

End of content

No more pages to load

RADİO