İranın yeni səfiri əvvəllər də Azərbaycanda işləyibmiş - DOSYE

Xəbər verdiyimiz kimi, İran Azərbaycana yeni səfir təyin edib. Məlumatı ötən gün İranın Xarici İşlər Nazirliyi açıqlasa da, yeni səfirin adı məlum deyildi. Bu gün İran mətbuatı yazıb ki, yeni səfir Müctəba Dəmirçili olacaq.
 

MÖVZU İLƏ BAĞLI:

İranın Azərbaycandakı yeni səfirinin adı açıqlandı - FOTO


O, hazırda İran Xarici İşlər Nazirliyinin Avrasiya şöbəsinin baş müdiri vəzifəsində çalışır.

Bizim.Media “modern.az”a istinadən xəbər verir ki, Müctəba Dəmirçili 1966-cı ildə Təbrizdə anadan olub.

O, beynəlxalq münasibətlər və hüquq üzrə bakalavr, Siyasi elm üzrə magistr təhsili alıb. Dəmirçili geosiyasət üzrə fəlsəfə doktorudur.

Təcrübəli diplomat indiyədək bir çox vəzifələrdə çalışıb. Dəmirçilinin tutduğu vəzifələrin siyahısı aşağıdakı kimidir:

– İranın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri (2006-2010-cu illərdə)

– İran Xarici İşlər Nazirliyinin Xəzər dənizi üzrə Katibliyinin rəisi;

– İran Xarici İşlər Nazirliyinin Şərqi Asiya və Okeaniya Departamentinin direktor müavini;

– İran Xarici İşlər Nazirliyinin Qərbi Asiya ölkələri departamentinin direktor müavini;

– İranın Ukraynadakı səfirinin müavini;

– İran Xarici İşlər Nazirliyinin KİV-lə əlaqələr departamentinin direktor müavini;

– İran Xarici İşlər Nazirliyinin MDB və Qafqaz ölkələri üzrə ikinci departamentinin direktor müavini;

– İranın Azərbaycan Respublikasındakı səfirliyinin ikinci katibi;

– İranın Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri (2014-2018)

Tərcümeyi-halından göründüyü kimi, onun elmi təcrübələri də genişdir. Belə ki, diplomatın beynəlxalq hüquq, Xəzər dənizi, keçmiş SSRİ respublikaları və idarəetmə mövzularında elmi araşdırmaları, “Xəzər dənizində neft yataqlarının qanuni işlənməsi” adlı kitabı mövcuddur.

Diplomatın şəxsi həyatına gəlincə, o, evlidir və iki övladı var. İngilis və türk dilini bilir.

Maraqlıdır ki, 2023-cü ildə İran mətbuatında Dəmirçilinin Azərbaycana səfir təyin ediləcəyi barədə xəbər yayılsa da, sonradan bu məlumat rəsmi olaraq təkzib edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Quru sərhədləri niyə hələ də açılmır?

Quru sərhədləri niyə hələ də açılmır?

Bu bürcləri xoş xəbərlər gözləyir

Bu bürcləri xoş xəbərlər gözləyir

"İxtisasca memaram, Los-Ancelesdə dərs almışam" – VİDEO

"İxtisasca memaram, Los-Ancelesdə dərs almışam" – VİDEO

Zəkası aşağı olan insanların ən çox seçdiyi ÜÇ RƏNG

Zəkası aşağı olan insanların ən çox seçdiyi ÜÇ RƏNG

Nahidə Babaşlı ikinci dəfə ailə qurur – FOTO

Nahidə Babaşlı ikinci dəfə ailə qurur – FOTO

ABŞ bir neçə saata İran limanlarını tamamilə BAĞLAYIR

ABŞ bir neçə saata İran limanlarını tamamilə BAĞLAYIR

Venesueladakı zəlzələnin son statistikası: Daha 200 cəsəd tapıldı

Venesueladakı zəlzələnin son statistikası: Daha 200 cəsəd tapıldı

“Qalatasaray” “Mançester Siti”nin üzvünü transfer edir

“Qalatasaray” “Mançester Siti”nin üzvünü transfer edir

Yəmən Babülməndəb boğazını bağlayır – Neft 200 dollara qalxa bilər

Yəmən Babülməndəb boğazını bağlayır – Neft 200 dollara qalxa bilər

Mobil telefona görə qəbul imtahanına buraxılmayan gəncdən XƏBƏR VAR

Mobil telefona görə qəbul imtahanına buraxılmayan gəncdən XƏBƏR VAR

Tramp xalqa müraciət EDƏCƏK

Tramp xalqa müraciət EDƏCƏK

Millimizin hücumçusu Türkiyə klubuna keçir

Millimizin hücumçusu Türkiyə klubuna keçir

Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir - FOTO

Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda çıxışı dünya mətbuatının diqqət mərkəzindədir - FOTO

SON DƏQİQƏ: ABŞ İrana dəniz dronu ilə hücum etdi - VİDEO

SON DƏQİQƏ: ABŞ İrana dəniz dronu ilə hücum etdi - VİDEO

“Şamaxı” portuqaliyalı müdafiəçi transfer etdi

“Şamaxı” portuqaliyalı müdafiəçi transfer etdi

Aygün Kazımova Röyanın qonağı oldu – FOTO

Aygün Kazımova Röyanın qonağı oldu – FOTO

“Qarabağ” “Partizan”ın müdafiəçisi ilə anlaşdı

“Qarabağ” “Partizan”ın müdafiəçisi ilə anlaşdı

Ağdam, Füzuli və Xocavəndə köçürüləcək əhalinin dəqiq sayı AÇIQLANDI

Ağdam, Füzuli və Xocavəndə köçürüləcək əhalinin dəqiq sayı AÇIQLANDI

Əraqçi: “İran həmişə Hörmüz boğazının sahibi olub”

Əraqçi: “İran həmişə Hörmüz boğazının sahibi olub”

“Neftçi” Xorvatiya klubuna uduzdu

“Neftçi” Xorvatiya klubuna uduzdu

Putin hərbi xərclərdən danışdı: “Könüllülər 70 milyard köçürüb”

Putin hərbi xərclərdən danışdı: “Könüllülər 70 milyard köçürüb”

“Beşiktaş” Almaniya millisinin üzvü ilə danışıqlara başladı

“Beşiktaş” Almaniya millisinin üzvü ilə danışıqlara başladı

Ukraynanın Baş naziri Yuliya Sviridenko İSTEFA VERDİ

Ukraynanın Baş naziri Yuliya Sviridenko İSTEFA VERDİ

İtaliyanın 7 şəhərində “qırmızı” təhlükə səviyyəsi ELAN EDİLDİ

İtaliyanın 7 şəhərində “qırmızı” təhlükə səviyyəsi ELAN EDİLDİ

End of content

No more pages to load

RADİO