Dam uçması nəticəsində ölən məhkum niyə həbsdəymiş? - DETALLAR

Xəbər verdiyimiz kimi, iyunun 1-də saat 13:10-da 12 saylı cəzaçəkmə müəssisəsinin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasının dam örtüyü uçub. Nəticədə bir məhkum - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə cinayətinə görə) azadlıqdan məhrum edilmiş Mövlam Muxtar oğlu Mustafayevin 02.06.2025-ci il tarixdə aldığı xəsarətlərdən həyatını itirdiyi müəyyən edilib.

Bizim.Media “modern.az”a istinadla xəbər verir ki, Mövlam Mustafayev 2020-ci ildə həbs edilib. O, qonşusunu öldürməkdə ittaham edilib.

 

MÖVZU İLƏ BAĞLI:

Bakıda cəzaçəkmə müəssisəsində binanın dam örtüyü uçdu - Xəsarət alan var


İstintaq materiallarına görə, Mövlam Mustafayev 2020-ci il iyulun 10-da Ucarın Yuxarı Şilyan kəndində yerləşən yaşayış evini və həyətyanı sahəsini su ilə təmin etmək üçün Bağman kəndindəki su arxının bəndini açıb, sonra yaşadığı evə tərəf qayıdıb.


Mövlam Mustafayev saat 9 radələrində yaşadığı kənddə "Baba Məhərrəmli" məhəlləsində "Gülnisə" adı ilə tanınan bərənin yanında qonşusu Qəzənfər Musayevin onun həyətinə doğru axan suyun qarşısını kəsməyə çalışdığını, suyu öz torpaq sahəsinə istiqamətləndirdiyini görüb, ona etirazını bildirib.

Bu zaman Qəzənfər Musayev onun və ailəsinin ünvanına nalayiq sözlər deyib. Bundan əsəbiləşən Mövlam Mustafayev əlində saxladığı belin sapı ilə yarımbükülü vəziyyətdə iş görən Qəzənfər Musayevin bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib. Qəzənfər Musayev aldığı xəsarətlərin təsirindən hadisə yerində ölüb.

İstintaq orqanı tərəfindən Mövlam Mustafayevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mövlam Mustafayev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mertsdən Moskvaya MÜRACİƏT: “Lazımsız qan tökülməsinə son qoyun!” - VİDEO

Mertsdən Moskvaya MÜRACİƏT: “Lazımsız qan tökülməsinə son qoyun!” - VİDEO

Meksika Argentina ilə oyuna çıxmaqdan İMTİNA ETDİ

Meksika Argentina ilə oyuna çıxmaqdan İMTİNA ETDİ

Ukraynada həyat xilas edərkən canından keçdi - Əminə Mehdiyevanın HƏYAT HEKAYƏSİ

Ukraynada həyat xilas edərkən canından keçdi - Əminə Mehdiyevanın HƏYAT HEKAYƏSİ

Qalmaqallı videoçarx silindi

Qalmaqallı videoçarx silindi

Ərdoğan Qətərə gedir

Ərdoğan Qətərə gedir

Binəqədidə idman zalından 5 minlik saat OĞURLANDI

Binəqədidə idman zalından 5 minlik saat OĞURLANDI

Dostuna mesaj yazan anasını ölümcül bıçaqladı - Samuxdakı dəhşətli cinayətin TƏFƏRRÜATI

Dostuna mesaj yazan anasını ölümcül bıçaqladı - Samuxdakı dəhşətli cinayətin TƏFƏRRÜATI

Əli Əsədovdan Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR

Əli Əsədovdan Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR

Hər üç min nəfərə bir vəkil... – Hansı fəsadları var?

Hər üç min nəfərə bir vəkil... – Hansı fəsadları var?

İspaniya Baş nazirinin qardaşına HÖKM OXUNDU

İspaniya Baş nazirinin qardaşına HÖKM OXUNDU

Çin Rusiyanın əsas qaz layihəsini DONDURDU

Çin Rusiyanın əsas qaz layihəsini DONDURDU

"Vampir gündəlikləri"nin ulduzu 26 yaşlı model ilə gizli evlənib – FOTO

"Vampir gündəlikləri"nin ulduzu 26 yaşlı model ilə gizli evlənib – FOTO

Musa Şəkiliyevin işində 13 ay bitdi - Yeni qərar

Musa Şəkiliyevin işində 13 ay bitdi - Yeni qərar

Türkiyə millisinin əfsanəsi Nihat Kahveci saxlanıldı

Türkiyə millisinin əfsanəsi Nihat Kahveci saxlanıldı

Sabah çimərliklərdə hava necə olacaq?

Sabah çimərliklərdə hava necə olacaq?

Bu gün işə qəbul imtahanı verən müəllimlərin NƏZƏRİNƏ

Bu gün işə qəbul imtahanı verən müəllimlərin NƏZƏRİNƏ

Bred Pittin daha 2 övladı rəsmən atasının soyadından imtina etdi

Bred Pittin daha 2 övladı rəsmən atasının soyadından imtina etdi

"Polkovnik işi":Həm mülki iddia, həm də cinayət təqibi-YENİ DETALLAR

"Polkovnik işi":Həm mülki iddia, həm də cinayət təqibi-YENİ DETALLAR

İtaliya polisi mafiya dəstəsinin 79 üzvünü HƏBS ETDİ

İtaliya polisi mafiya dəstəsinin 79 üzvünü HƏBS ETDİ

SON DƏQİQƏ: Ukrayna hökuməti istefa VERDİ

SON DƏQİQƏ: Ukrayna hökuməti istefa VERDİ

Əli Əhmədovun həyat yoldaşı bu klinikanın direktoru oldu

Əli Əhmədovun həyat yoldaşı bu klinikanın direktoru oldu

Kola mədəyə faydalıdır, yoxsa zərərli? - Yerli və xarici həkimlər arasında FİKİR AYRILIĞI

Kola mədəyə faydalıdır, yoxsa zərərli? - Yerli və xarici həkimlər arasında FİKİR AYRILIĞI

IV Şuşa Qlobal Media Forumu başa çatdı – FOTO

IV Şuşa Qlobal Media Forumu başa çatdı – FOTO

“Qarabağ” İslandiyaya getdi – FOTO

“Qarabağ” İslandiyaya getdi – FOTO

End of content

No more pages to load

RADİO