9 noyabrdan etibarən Ermənistan parlamentində 2021-ci ilin büdcə xərclərinin müzakirə olunması həyata keçirilir.
Müzakirələrdə 2020-ci ilin son rübü ərzində nəzərdə tutulacaq xərclərin və gəlirlərin hesabatına da yer verilib.
Büdcə layihəsinə əsasən 2020-ci ilin sonuna doğru büdcə xərclərinin 17% artacağı, müharibə və pandemiya nəticəsində itikilərin həddən artıq çox olması ilə əlaqədar əlavə xərclərin səhiyyə və hərbi sahələrə yönəldilməsi nəzərədə tutulur. Müvafiq büdcə layihəsində səhiyyə xərclərinin 22%, hərbi xərclərdə isə 2% artırlacağı planlaşdırılır.
Bu vaxt ərzində əldə olunacaq gəlir isə sadəcə 8% təşkil edəcək.
Ümumilikdə Ermənistanın 2020-ci ili 134 milyon dollar büdcə kəsri ilə tamamlayacağı qeyd olunur. Artırılan xərclərin isə digər sahələrdəki azalmalar hesabına kompenasasiya edilməsi və 2021-ci ilin büdcəsində ciddi azalmalara gedilməsi nəzərdə tutulur.
Növbəti il üçün Ermənistan büdcəsində elm və texnika sahələri üçün ayrılan maliyyə vəsaitinin 3,6 % azaldılacağı qeyd olunur. Bu sahəyə ayrılan vəsait əsasən maaşların ödənilməsinə xərclənəcək.
Pandemiya ilə əlaqədar təxirə salınan tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan xərclər də azaldılıb, xüsusilə kinematoqrafiya sahəsinə ayrılan vasaitlərdə 15%-lik azalmadan söhbət gedir.
Büdcə müzakirələrində xüsusi diqqət çəkən məqam isə tələbələrin sayının azalması ilə bağlı olaraq ali məktəb və magistr tələbələrinin təqaüdləri üçün ayrılan vəsaitin 6,1 % azaldılmasıdır.
Bu azalma Ermənistanın tələbə yaşında olan gənclərin ciddi hissəsinin cəbhədə həlak olmasını göstərir.
Bundan əlavə Milli məclislə bağlı xərclər 8,4 %, Beynəlxalq parlamentlərarası strukturlarda ödənişlər 32,5 % həcmində azaldılıb.