Azərbaycanın Milli Qəhrəmanı Vasiliy Əliyevin Qubadlıda ermənilər tərəfindən dağıdılmış məzarı bərpa olunub.
Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə fotolar yayaılıb.
Məlumata görə, Milli Qəhrəmanın məzarına yeni başdaşı və sinə daşı qoyulub.
Qeyd edək ki, Vasiliy Əliyev 1959-cu il yanvarın 15-də Qubadlı şəhərində anadan olub. Polis sıralarında qulluq edən Vasiliy Qarabağ uğrunda savaş başlayanda könüllü olaraq cəbhəyə yollanır. O, Topağac yüksəkliyi uğrunda gedən döyüşdə həlak olub.
Azərbaycan Respublikasının Prezidentinin 11 may 1993-cü il fərmanı ilə "Azərbaycan milli qəhrəmanı" adına layiq görülüb.
Bizim.Media