Süni intellektin SƏRHƏDLƏRİ - Hansı etik qaydalara əməl olunmalıdır? – ARAŞDIRMA

Son illər süni intellekt (Sİ) texnologiyaları həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Hər keçən gün bu sahədə yeni və inqilabi yeniliklər görülür, sürətli inkişafla yanaşı, insanların gündəlik həyatında da öz təsirini daha çox hiss etdirir. İstər səhiyyə sahəsində xəstəliklərin daha erkən mərhələdə aşkarlanmasından, həkim məsləhətindən, istər maliyyə sistemində qərarların daha sürətli və düzgün verilməsindən, istərsə də psixoloji dəstəkdən tutmuş bir sözlə süni intellekt  həyatın demək olar ki, hər sahəsinə inteqrasiya olunub.

Lakin bu sürətli inkişafın gətirdiyi fürsətlərin yanında etik suallar və risklər də meydana çıxır.

Süni intellektin tətbiqi ilə bağlı doğru yanaşmalar və qaydalar, bu texnologiyanın cəmiyyətə faydalı olmasını təmin edəcək əsas faktorlardan biri olaraq qiymətləndirilir.

Süni intellekt Strategiyasında etik normalar

Məlum olduğu kimi, ölkəmizdə “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” təsdiqlənib. Sözügedən strategiyanın əsas məqsədləri sırasında süni intellektdən məsuliyyətli istifadənin təmin edilməsi və vətəndaşların hüquqlarının və məlumatların məxfiliyinin qorunması, eləcə də süni intellektdən dövlətin, cəmiyyətin və vətəndaşların maraqlarına zidd məqsədlər üçün istifadənin qarşısının alınması da öz əksini tapıb.

Bəs süni intellektdən istifadə edərkən hansı etik qaydalar nəzərə alınmalıdır?

Bizim.Media süni intellektdən istifadə zamanı tələb olunan etik qaydaları təqdim edir:

Məlumatın şəffaflığı - Süni intellektin fəaliyyətini anlamadan onun nəticələrini qəbul etmək cəmiyyət üçün təhlükəli ola bilər. Alqoritmlərin necə işlədiyi və hansı məlumatlarla təlimatlandırıldığı barədə məlumat vermək vacibdir. Bu, insanlara daha etibarlı və düzgün qərarlar qəbul etməyə kömək edər.
 

Hesabatlılıq və cavabdehlik - Süni intellekt sistemlərindən istifadə edənlər və inkişaf etdirənlər, sistemlərin verdiyi qərarlardan cavabdeh olmalıdırlar. Alqoritmlərin səhv və ya zərərli nəticə verməsi halında, məsuliyyət daşıyan şəxs və ya qurum müəyyən olunmalı, zərərin qarşısı alınmalıdır. Alqoritmlərin nəzarət edilə bilən və səhvlərin öncədən test edilməli olduğu vacibdir.


Ədalət və bərabərlik - Süni intellektin tətbiqi, xüsusilə də qərar qəbul etmə proseslərində, ədalətsizliyə yol açmamalıdır. Məsələn, işə qəbul, kreditləşmə, hüquqi sistem və ya səhiyyə kimi sahələrdə istifadə olunan alqoritmlər etnik, cinsi və ya digər sosial qruplara qarşı ayrı-seçkilik etməməlidir. Etik qaydalarda bərabərliyin təmin olunması əsas prinsiplərdən biridir. Bu məqsədlə alqoritmlər diskriminasiyanın qarşısını almaq üçün düzgün şəkildə təlimatlandırılmalı və test edilməlidir.

Məxfilik və məlumatların qorunması - Süni intellektin istifadəsi zamanı istifadəçi məlumatlarının qorunması ən önəmli məsələlərdən biridir. Hər bir istifadəçinin şəxsi məlumatları gizli saxlanmalı, məlumatların icazəsiz şəkildə toplanması və istifadə edilməsi qarşısı alınmalıdır. Bunun üçün məlumatların məxfi şəkildə saxlanması və təhlükəsizlik tədbirlərinin görülməsi vacibdir.

 

İnsan mərkəzli yanaşma- Süni intellektin inkişafı və tətbiqi prosesi, hər zaman insanların rifahını nəzərə almalıdır. İnsanlara zərər verməmək və onların həyat keyfiyyətini yaxşılaşdırmaq əsas məqsəd olmalıdır. Süni İntellekt tətbiqləri insanların yerini alaraq onların qərarlarını əvəz etməməli, əksinə, insanlara dəstək verən vasitə olmalıdır.


Sosial təsirlər və iqtisadi ədalət- Süni intellektin cəmiyyətə təsirləri genişdir. Bu texnologiya həm iş yerləri yaradaraq iqtisadi inkişafa təkan verə, həm də bəzi sahələrdə işsizlik və iqtisadi bərabərsizlik yarada bilər. Bu səbəblə, Süni İntellektin tətbiqi ilə bağlı sosial təsirlərin qiymətləndirilməsi və sosial ədalətin qorunması əhəmiyyətlidir. Bu məqsədlə dövlətlər və beynəlxalq təşkilatlar arasında əməkdaşlıq zəruridir.

Düzgün və təhlükəsiz istifadə - Süni intellektin etik istifadə qaydalarından biri də onun düzgün və təhlükəsiz şəkildə tətbiq edilməsidir. Alqoritmlərin və sistemlərin zərərli məqsədlər üçün istifadə edilməməsi vacibdir.

Ayşən Rəhim, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SEPAH qlobal yanacaq ixracını dayandırmaqla HƏDƏLƏDİ

SEPAH qlobal yanacaq ixracını dayandırmaqla HƏDƏLƏDİ

Elariz paylaşdı: ABŞ-da azərbaycanlı toyu belə olur – VİDEO

Elariz paylaşdı: ABŞ-da azərbaycanlı toyu belə olur – VİDEO

Odessada azərbaycanlıların olduğu gəmi VURULDU - RƏSMİ

Odessada azərbaycanlıların olduğu gəmi VURULDU - RƏSMİ

III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi elan edilir

III "Zülfüqar Hüseynzadə mükafatı" müsabiqəsi elan edilir

“Yox” deməyi bacarmayan 5 BÜRC

“Yox” deməyi bacarmayan 5 BÜRC

ABŞ Hərbi Hava Qüvvələri İrana aviazərbələr endirir

ABŞ Hərbi Hava Qüvvələri İrana aviazərbələr endirir

Mbappe Fransa futbol tarixinə düşdü

Mbappe Fransa futbol tarixinə düşdü

Bakının üç rayonunda işıqlar sönəcək

Bakının üç rayonunda işıqlar sönəcək

İslamda cənazəni neçə gün dəfn etməmək olar? – İlahiyyatçı açıqladı

İslamda cənazəni neçə gün dəfn etməmək olar? – İlahiyyatçı açıqladı

Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA

Azərbaycanda pensiya ödənişləri ilə bağlı VACİB AÇIQLAMA

Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO

Arzum xəstəxanada 21 dəqiqə qalıb - Maşını aeroportdan götürülüb - FOTO

Tramp: “Ordunu çıxaracağıq, amma çoxlu neft götürəcəyik”

Tramp: “Ordunu çıxaracağıq, amma çoxlu neft götürəcəyik”

Türkiyədə 4,2 bal gücündə ZƏLZƏLƏ OLDU

Türkiyədə 4,2 bal gücündə ZƏLZƏLƏ OLDU

ABŞ ordusu İrana zərbələr endirməyi bərpa edib - KİV

ABŞ ordusu İrana zərbələr endirməyi bərpa edib - KİV

"İndi də həyat zülmdür, asan heç nə yoxdur" — Mirkamil

"İndi də həyat zülmdür, asan heç nə yoxdur" — Mirkamil

Ən tez satılan mənzillər bunlardır — Açıqlama

Ən tez satılan mənzillər bunlardır — Açıqlama

İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını VURDU

İran ABŞ-nin Bəhreyndəki hərbi bazasını VURDU

Okean sularının isinməsi köpəkbalıqlarını sahilə qovdu: ABŞ-də yırtıcıların kütləvi axını gözlənilir

Okean sularının isinməsi köpəkbalıqlarını sahilə qovdu: ABŞ-də yırtıcıların kütləvi axını gözlənilir

Axios: Tramp Netanyahunu qoşunlarını Suriya və Livandan çıxarmağa çağırıb

Axios: Tramp Netanyahunu qoşunlarını Suriya və Livandan çıxarmağa çağırıb

Azərbaycanda müəllim işə qəbul üçün ekstrasens Zirəddinə müraciət etdi – VİDEO

Azərbaycanda müəllim işə qəbul üçün ekstrasens Zirəddinə müraciət etdi – VİDEO

Slovakiya Prezidenti Füzuli aeroportundan Bakıya yola düşdü - FOTO

Slovakiya Prezidenti Füzuli aeroportundan Bakıya yola düşdü - FOTO

Qonaq getdiyi evdə dolaba baxmaq bəhanəsi ilə oğurluq etdi

Qonaq getdiyi evdə dolaba baxmaq bəhanəsi ilə oğurluq etdi

"İmişli"nin yeni mövsüm üçün hazırlıq qrafiki açıqlandı

"İmişli"nin yeni mövsüm üçün hazırlıq qrafiki açıqlandı

Xaricdə hərbi təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

Xaricdə hərbi təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

End of content

No more pages to load

RADİO