İki nazirlik arasında memorandum imzalandı – FOTO

Elm və Təhsil Nazirliyi (ETN) ilə Müdafiə Sənayesi Nazirliyi (MSN) arasında müdafiə sənayesi üçün kadr hazırlığı sahəsində əməkdaşlıq haqqında Memorandumun imzalanması ilə əlaqədar mayın 26-da Azərbaycan Texniki Universitetində (AzTU) tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə elm və təhsil nazirinin müavini İdris İsayev, müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov, AzTU-nun rektoru Vilayət Vəliyev, MSN-in tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Emil İbrahimov, MSN-in və ETN-in digər rəhbər işçiləri, universitetin müəllim və professor heyəti, həmçinin akademik göstəriciləri yüksək olan bir qrup tələbə iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Universitetin Heydər Əliyev Mərkəzində davam edən imzalanma tədbirində elm və təhsil nazirinin müavini İdris İsayev çıxış edərək müasir təhsil sistemi, bu sahədə aparılan islahatlar, ali məktəblərin bakalavriat, magistratura və doktorantura pillələrinə qəbul proqramları haqqında ətraflı məlumat verib.

Nazir müavini imzalanacaq memorandumla ETN və MSN arasındakı əməkdaşlığın yeni mərhələyə qədəm qoyacağını qeyd edib.
 

İdris İsayev müasir təhsilvermənin tələbləri nəzərə alınmaqla hazırlanmış çoxistiqamətli əməkdaşlığı ehtiva edən sənədin müdafiə sənayesi üzrə kadr hazırlığına olan tələbatın, o cümlədən yeni texnologiyalar sahəsində çağdaş bilik və bacarıqlara malik yüksəkixtisaslı mühəndis kadr hazırlığının təmin edilməsində xüsusi rol oynayacağını vurğulayıb.


Müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov öz növbəsində müdafiə sənayesi üzrə ixtisaslı kadr hazırlığı, sahəvi mütəxəssislərin təkmilləşdirilməsi və innovativ mühəndisliyin daha da inkişaf etdirilməsi məqsədilə ETN və onun strukturuna daxil olan elmi-tədqiqat institutları, eləcə də ali və peşə təhsili müəssisələri ilə səmərəli əməkdaşlıq edildiyini, bu sahədə əlaqələrin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Hidayət Əzimov memorandumun ölkəmizin prioritet inkişaf istiqamətləri üzrə kadrlara olan tələbatının, o cümlədən yeni texnologiyalar sahəsində yüksəkixtisaslı mühəndislərin hazırlığının təmin edilməsinə geniş imkanlar yaratdığını, müasir dövrdə sənaye-universitet əlaqələrinin inkişafı baxımından bu sənədin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

AzTU-nun rektoru Vilayət Vəliyev isə çıxışında rəhbərlik etdiyi ali təhsil müəssisəsi ilə MSN arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu qeyd edib.

O, Nazirlər Kabinetinin müvafiq qərarı və MSN-in təşəbbüsü əsasında 2012-ci ildən AzTU-da Xüsusi texnika və texnologiya fakültəsinin uğurla fəaliyyət göstərdiyini, təhsil müddətində yüksək nailiyyətlər əldə etmiş məzunların əksəriyyətinin MSN-in müəssisələrində müvəffəqiyyətlə çalışdıqlarını vurğulayıb. Rektor müdafiə sənayesi üzrə kadr hazırlığı ilə bağlı çağdaş dövrün tələblərinə uyğun yeni strategiya hazırlandığını diqqətə çatdırıb.

Sonra əməkdaşlıq haqqında Memorandum imzalanıb. 

Tədbirin sonunda qonaqlar AzTU tərəfindən müasir tədris-təhsil proqramlarının həyata keçirilməsi məqsədilə ali təhsil müəssisəsinin maddi-texniki bazasının əsasında yaradılmış texnoloji imkanlar və perspektiv layihələrlə tanış olublar.




















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Vampir gündəlikləri"nin ulduzu 26 yaşlı model ilə gizli evlənib – FOTO

"Vampir gündəlikləri"nin ulduzu 26 yaşlı model ilə gizli evlənib – FOTO

Musa Şəkiliyevin işində 13 ay bitdi - Yeni qərar

Musa Şəkiliyevin işində 13 ay bitdi - Yeni qərar

Türkiyə millisinin əfsanəsi Nihat Kahveci saxlanıldı

Türkiyə millisinin əfsanəsi Nihat Kahveci saxlanıldı

Sabah çimərliklərdə hava necə olacaq?

Sabah çimərliklərdə hava necə olacaq?

Bu gün işə qəbul imtahanı verən müəllimlərin NƏZƏRİNƏ

Bu gün işə qəbul imtahanı verən müəllimlərin NƏZƏRİNƏ

Bred Pittin daha 2 övladı rəsmən atasının soyadından imtina etdi

Bred Pittin daha 2 övladı rəsmən atasının soyadından imtina etdi

"Polkovnik işi":Həm mülki iddia, həm də cinayət təqibi-YENİ DETALLAR

"Polkovnik işi":Həm mülki iddia, həm də cinayət təqibi-YENİ DETALLAR

İtaliya polisi mafiya dəstəsinin 79 üzvünü HƏBS ETDİ

İtaliya polisi mafiya dəstəsinin 79 üzvünü HƏBS ETDİ

SON DƏQİQƏ: Ukrayna hökuməti istefa VERDİ

SON DƏQİQƏ: Ukrayna hökuməti istefa VERDİ

Əli Əhmədovun həyat yoldaşı bu klinikanın direktoru oldu

Əli Əhmədovun həyat yoldaşı bu klinikanın direktoru oldu

Kola mədəyə faydalıdır, yoxsa zərərli? - Yerli və xarici həkimlər arasında FİKİR AYRILIĞI

Kola mədəyə faydalıdır, yoxsa zərərli? - Yerli və xarici həkimlər arasında FİKİR AYRILIĞI

IV Şuşa Qlobal Media Forumu başa çatdı – FOTO

IV Şuşa Qlobal Media Forumu başa çatdı – FOTO

“Qarabağ” İslandiyaya getdi – FOTO

“Qarabağ” İslandiyaya getdi – FOTO

Kəlbəcərdə həyatını itirən 8 azyaşlının xatirəsi belə anıldı – FOTO

Kəlbəcərdə həyatını itirən 8 azyaşlının xatirəsi belə anıldı – FOTO

Solovyov Rusiya "elitası”na səsləndi: "Satqın, yazıq, alçaq məxluqlar" – VİDEO

Solovyov Rusiya "elitası”na səsləndi: "Satqın, yazıq, alçaq məxluqlar" – VİDEO

Ağcaqanad sancdığı yer şişərsə nə etməli?

Ağcaqanad sancdığı yer şişərsə nə etməli?

Ermənistanda doğum səviyyəsi kəskin şəkildə azalır

Ermənistanda doğum səviyyəsi kəskin şəkildə azalır

Rusiyanın "İzumrud" gəmisi məhv edildi – FOTO

Rusiyanın "İzumrud" gəmisi məhv edildi – FOTO

Cəmilə İsmayılzadə yüksək vəzifəyə TƏYİN EDİLDİ

Cəmilə İsmayılzadə yüksək vəzifəyə TƏYİN EDİLDİ

Danla Biliç xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır

Danla Biliç xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır

"Fransadan qorxursan?" sualına Yamaldan CAVAB - FOTO

"Fransadan qorxursan?" sualına Yamaldan CAVAB - FOTO

1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı – Video

1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı – Video

Qalmaqal yaradan REKLAMLAR – Niyə ən çox qadınlar hədəfə ÇEVRİLİR?

Qalmaqal yaradan REKLAMLAR – Niyə ən çox qadınlar hədəfə ÇEVRİLİR?

Göyçayda əməliyyat: HƏBS EDİLƏN VAR - VİDEO

Göyçayda əməliyyat: HƏBS EDİLƏN VAR - VİDEO

End of content

No more pages to load

RADİO