III qrupu seçən abituriyentlərə XƏBƏRDARLIQ - Gələcəklərini riskə ATIRLAR

Xəbər verdiyimiz kimi, Dövlət Məşğulluq Agentliyinin hazırladığı  "Məzunların məşğulluq reytinqi"nə əsasən məzunları ən çox iş tapan universitetlər bəlli olub.

Siyahıda ölkədə fəaliyyət göstərən universitetlərin  məzunlarının iş tapması faiz göstəriciləriylə qeyd olunsa da, ilk 5 yerdə Bakı Ali Neft Məktəbi, ADA Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Dövlət İdarəçilik Akademiyası dayanır.

Maraqlıdır ki, ilk sıralarda qeyd olunan  universitetlər daha çox I və II qruplar üzrə ixtisasların tədris olunduğu universitetlərdir. Belə görünür ki, III ixtisas qrupu üzrə qəbul olanlar məzun olduqdan sonra iş tapmaqda nisbətən çətinlik çəkirlər.

Bəs səbəb nədir? III qrupu seçmək abituriyentlərə gələcəkdə iş tapmaq imkanı vəd etmir?

Bizim.Media mövzuyla bağlı təhsil eksperti Elmin Nurinin fikirlərini öyrənib. Ekspert vurğulayır ki, III ixtisas qrupu ilə bağlı məsələ artıq ictimaiyyətin də diqqətini çəkir.


“Bu il daha çox İT profilli ixtisaslara plan yerləri ayrılır”.

“Universitetlərə ayrılan plan yerləri III ixtisas qrup üzrə ildən-ilə azalmaqdadır. Bu, təbii ki, təsadüfi deyil. Xüsusi araşdırmalardan, ciddi tədqiqatlardan sonra hazırda və qarşıdakı illərdə əmək bazarında hansı ixtisaslara daha çox tələbatın olması araşdırılır və bu özünü universitetlərə ayrılan plan yerlərində də dəqiq şəkildə əks etdirir.

Diqqət edək: Məsələn, 4 il bundan sonra üçün (2029-cu il üçün) bizə əmək bazarında İT bilikləri yüksək, bu profilli kadrlar lazımdırsa, deməli, biz 4 il sonra ya kadrların formalaşdırılması üçün bu il daha çox İT profilli ixtisaslara plan yerləri ayrılır. Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının hər il çap etdirdiyi 4-cü sayında bu statistikanı ətraflı şəkildə görmək mümkündür. Xüsusən də dövlət sifarişli plan yerlərinin artırıldığı ixtisaslar gələcəkdə əmək bazarında daha çox lazım olacaq sahələr kimi qəbul edilməlidir”.
 

Elmin Nuri deyir ki, III ixtisas qrup daha çox pedaqoji əsaslı və ictimai-humanitar profilli ixtisaslardan təşkil olunduğu üçün o təbii ki, dövrün əsas tələbatı olan ixtisasların cəm olunduğu I və II ixtisas qruplarına məğlub olacaq.


“Bir zamanlar III ixtisas qrupunda başda pedaqoji olmaqla, DT və XH altqruplarlına tabe olan ixtisaslar üçün xeyli plan yerləri artırılırdı. Bu, isə sonradan əmək bazarında ciddi xaosa gətirib çıxardı. Məsələn, tutaq ki, bir ildə bizə pedaqoji əmək bazarında təxminən, 500 riyaziyyat müəllimi lazım idisə, işləmək istəyən, ixtisaslı riyaziyyat müəllimlərinin sayı deyək ki, 6500 idi.

Təbii ki, hər iki rəqəm şərtidir. Amma aralarında fərq intervalı reallıqdan qətiyyən fərqlənmir. Odur ki, bütün bu detallar nəzərə alınaraq, III ixtisas qrupunda xüsusən də pedaqoji ixtisaslarla bağlı plan yerləri azaldıldı. Plan yerlərinin azlığı da kadr hazırlığında kəmiyyət sayına ciddi təsir etdi və nəticədə də vurğuladığınız mənzərə yaranmış oldu”.

Müsahibimiz III qrup üzrə ehtiyac limitini nizamlamaq məsələsinə də diqqət çəkib.

“Bu, o demək deyil ki, III ixtisas qrupuna aid ixitisaslar bizə gələcək üçün heç nə vəd etmir. Təbii ki, əmək bazarının bu profillərə də ciddi ehtiyacı var. Amma burada ehtiyac limitini nizamlamaq əsas şərtdir. Rəqəmsal dünyaya keçid etdiyimiz ərəfədə III ixtisas qrupuna aid humanitar profilli ixtisaslar dominantlığını heç cür təsəvvür edə bilmərik. Çünki bir çox məsələləri biz yox, yaşadığımız dövr özü diktə edir.
 

Məhz dövrün diktəsi məlum siyahıda universitetlərin sıralamasına da ciddi təsir göstərmiş oldu. Həmin universitetlər yaşadığımız cəmiyyətin, içində olduğumuz iqtisadi arealın tələbləri əsasında məlum reytinq balı yığa biliblər. Çünki məlumdur ki, neft sektorunun hələ də dominant olduğu məkanda bu profilli ixtisasların məzunlarının işlə təmini daha çox ola bilər.


Həmçinin, İT profili üzrə də bunu demək mümkündür. Universitetlərin bir çoxu isə tədris etdiyi ixtisaslar üzrə həm profilləşib, həm də müəyyən ənənə yaradıblar. Hazırda həmin ixtisasları dövrün tələbinə necə uyğunlaşdırmaq, əmək bazarı üçün necə əlverişli hala gətirməklə bağlı ciddi işlər görülməlidir”,- deyə Elmin Nuri qeyd edib.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukraynanın mühasirəyə aldığı Krımda KRİTİK VƏZİYYƏT

Ukraynanın mühasirəyə aldığı Krımda KRİTİK VƏZİYYƏT

Mertsdən Moskvaya MÜRACİƏT: “Lazımsız qan tökülməsinə son qoyun!” - VİDEO

Mertsdən Moskvaya MÜRACİƏT: “Lazımsız qan tökülməsinə son qoyun!” - VİDEO

Meksika Argentina ilə oyuna çıxmaqdan İMTİNA ETDİ

Meksika Argentina ilə oyuna çıxmaqdan İMTİNA ETDİ

Ukraynada həyat xilas edərkən canından keçdi - Əminə Mehdiyevanın HƏYAT HEKAYƏSİ

Ukraynada həyat xilas edərkən canından keçdi - Əminə Mehdiyevanın HƏYAT HEKAYƏSİ

Qalmaqallı videoçarx silindi

Qalmaqallı videoçarx silindi

Ərdoğan Qətərə gedir

Ərdoğan Qətərə gedir

Binəqədidə idman zalından 5 minlik saat OĞURLANDI

Binəqədidə idman zalından 5 minlik saat OĞURLANDI

Dostuna mesaj yazan anasını ölümcül bıçaqladı - Samuxdakı dəhşətli cinayətin TƏFƏRRÜATI

Dostuna mesaj yazan anasını ölümcül bıçaqladı - Samuxdakı dəhşətli cinayətin TƏFƏRRÜATI

Əli Əsədovdan Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR

Əli Əsədovdan Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR

Hər üç min nəfərə bir vəkil... – Hansı fəsadları var?

Hər üç min nəfərə bir vəkil... – Hansı fəsadları var?

İspaniya Baş nazirinin qardaşına HÖKM OXUNDU

İspaniya Baş nazirinin qardaşına HÖKM OXUNDU

Çin Rusiyanın əsas qaz layihəsini DONDURDU

Çin Rusiyanın əsas qaz layihəsini DONDURDU

"Vampir gündəlikləri"nin ulduzu 26 yaşlı model ilə gizli evlənib – FOTO

"Vampir gündəlikləri"nin ulduzu 26 yaşlı model ilə gizli evlənib – FOTO

Musa Şəkiliyevin işində 13 ay bitdi - Yeni qərar

Musa Şəkiliyevin işində 13 ay bitdi - Yeni qərar

Türkiyə millisinin əfsanəsi Nihat Kahveci saxlanıldı

Türkiyə millisinin əfsanəsi Nihat Kahveci saxlanıldı

Sabah çimərliklərdə hava necə olacaq?

Sabah çimərliklərdə hava necə olacaq?

Bu gün işə qəbul imtahanı verən müəllimlərin NƏZƏRİNƏ

Bu gün işə qəbul imtahanı verən müəllimlərin NƏZƏRİNƏ

Bred Pittin daha 2 övladı rəsmən atasının soyadından imtina etdi

Bred Pittin daha 2 övladı rəsmən atasının soyadından imtina etdi

"Polkovnik işi":Həm mülki iddia, həm də cinayət təqibi-YENİ DETALLAR

"Polkovnik işi":Həm mülki iddia, həm də cinayət təqibi-YENİ DETALLAR

İtaliya polisi mafiya dəstəsinin 79 üzvünü HƏBS ETDİ

İtaliya polisi mafiya dəstəsinin 79 üzvünü HƏBS ETDİ

SON DƏQİQƏ: Ukrayna hökuməti istefa VERDİ

SON DƏQİQƏ: Ukrayna hökuməti istefa VERDİ

Əli Əhmədovun həyat yoldaşı bu klinikanın direktoru oldu

Əli Əhmədovun həyat yoldaşı bu klinikanın direktoru oldu

Kola mədəyə faydalıdır, yoxsa zərərli? - Yerli və xarici həkimlər arasında FİKİR AYRILIĞI

Kola mədəyə faydalıdır, yoxsa zərərli? - Yerli və xarici həkimlər arasında FİKİR AYRILIĞI

IV Şuşa Qlobal Media Forumu başa çatdı – FOTO

IV Şuşa Qlobal Media Forumu başa çatdı – FOTO

End of content

No more pages to load

RADİO