Göygöl rayonunda torpaq üstündə dava xəsarətlə nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Quşqara kəndində baş verib.
İlkin xəbərə görə bir neçə nəfər kənd sakini 1993-cü il təvəllüdlü Müşfiq Nurməmmədov, onun qardaşı Hüseyn Nurməmmədovla mübahisə ediblər və onlara küt alətlə ağır xəsarət yetiriblər.
Qardaşlar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər. Həkimlər yaralılara ilkin tibbi yardım göstərib, vəziyyətləri stabil qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu