Böyük Britaniya Kralı III Çarlz ABŞ Prezidenti Donald Trampa qeyri-adi hədiyyə təqdim edib.
Bizim.Media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Kral III Çarlz çıxışının əvvəlində Trampa gözəl şam yeməyinə görə təşəkkür edib və zarafatla “Boston çay qonaqlığı ilə müqayisədə ciddi irəliləyişlər” gördüyünü bildirib.
Qeyd edək ki, Boston çay qonaqlığı 1773-cü ildə amerikalı kolonistlərin etiraz aksiyası olub. Həmin vaxt onlar Britaniyanın Ost-Hind şirkətinə məxsus çay yükünü Boston limanında suya atmışdılar.
Daha sonra Kral III Çarlz Ağ Evin Şərq qanadında aparılan dəyişikliklərə toxunaraq 1814-cü ildə britaniyalıların Ağ Evi yandırmasına eyham vurub.
“Təəssüflə deməliyəm ki, biz britaniyalılar, əlbəttə, Ağ Evdə öz kiçik yenidənqurma cəhdimizi etmişdik”, - deyə kral zarafat edib.
Çıxışının sonunda III Çarlz Trampa utilizasiya edilmiş Britaniya sualtı qayığı “HMS Trump”dan götürülən gəmi zəngini hədiyyə edib.
Kral zarafatla bildirib ki, əgər Trampa Britaniya lazım olsa, həmin zəngi çala bilər.
Hədiyyə və çıxış iki ölkə arasında tarixi münasibətlərə yumorlu istinad kimi qiymətləndirilib.
Bizim.Media