Madyar: “Orban dövründə oliqarxlar aktivlərini xarici ölkələrə çıxarıb”

Orban dövrünün privatizasiya sövdələşmələrini araşdıracağını açıqladı.

Macarıstanın gələcək baş naziri Peter Madyar ölkədə 1988-2000-ci illərdə həyata keçirilmiş özəlləşdirmə sövdələşmələrinin araşdırılacağını bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə Madyar sosial şəbəkə hesabında məlumat yayıb.

O, həmçinin sosialist dövründə dövlət təhlükəsizlik orqanları ilə əməkdaşlıq etmiş agentlərə dair arxivlərin tam açılacağını vəd edib.

Madyarın sözlərinə görə, həmin sənədlərin məxfiliyi payızda — 1956-cı il Macarıstan inqilabının 70-ci ildönümü günündə aradan qaldırılacaq.
 

Gələcək hökumət rəhbəri bildirib ki, araşdırmanın məqsədi həmin dövrdəki biznes dairələri ilə partiya rəhbərliyi və xüsusi xidmət orqanları arasındakı əlaqələri üzə çıxarmaqdır. Onun fikrincə, arxivlərin açılması Macarıstanda indiki siyasi və iqtisadi elitanın necə formalaşdığını göstərməyə imkan verəcək.



Madyar eyni zamanda sabiq Baş nazir Viktor Orbanın ətrafını da tənqid edib. O iddia edib ki, Orban dövründə oliqarxlar aktivlərini kütləvi şəkildə BƏƏ, ABŞ və Uruqvaya çıxarıblar.

Qeyd edək ki, Peter Madyarın rəhbərlik etdiyi “Tisa” partiyası son seçkilərdə Viktor Orbanın uzunmüddətli hakimiyyətinə son qoyub. “Reuters” yazır ki, Madyarın gələcək hökuməti kommunist dövrünün gizli polis arxivlərini açmağı əsas prioritetlərdən biri kimi təqdim edir.

Bundan əvvəl Madyar Orban hökumətindən qalan sənədlərin məhv edilməsi ilə bağlı məlumatlar aldığını da bildirmişdi. O, vətəndaşları belə halları anonim platforma vasitəsilə bildirməyə çağırıb və sübutların məhv edilməsinə görə məsul şəxslərin qanun qarşısında cavab verəcəyini deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Səbinədən hit mahnısı ilə bağlı etiraf: “Elə-belə yazmışdım” – VİDEO

Səbinədən hit mahnısı ilə bağlı etiraf: “Elə-belə yazmışdım” – VİDEO

Tayvan hər sakininə 314 dollar ödəyəcək

Tayvan hər sakininə 314 dollar ödəyəcək

Bu 3 BÜRCÜ gözləyən xoşbəxtliyə hamı HƏSƏD APARACAQ

Bu 3 BÜRCÜ gözləyən xoşbəxtliyə hamı HƏSƏD APARACAQ

Bakının hansı rayonlarında kirayə ev tutmaq baha başa gələcək? - VİDEO

Bakının hansı rayonlarında kirayə ev tutmaq baha başa gələcək? - VİDEO

Avropanın ən yaxşı gənc futbolçusu kim olacaq? - SİYAHI

Avropanın ən yaxşı gənc futbolçusu kim olacaq? - SİYAHI

Fransa İranın iki diplomatını ölkədən QOVUR

Fransa İranın iki diplomatını ölkədən QOVUR

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Dərdini ürəyinə salıb heç kimə deməyən 4 BÜRC

Dərdini ürəyinə salıb heç kimə deməyən 4 BÜRC

RONALDO futbolu buraxdıqdan sonra nə edəcək?

RONALDO futbolu buraxdıqdan sonra nə edəcək?

"YouTube"da baxışların hesablanması qaydası DƏYİŞİR

"YouTube"da baxışların hesablanması qaydası DƏYİŞİR

Güzgüyə tez-tez baxmağın səbəbi NƏDİR?

Güzgüyə tez-tez baxmağın səbəbi NƏDİR?

Türkiyəli keçmiş nazirin şübhəli ölümü: Məzarı açılacaq

Türkiyəli keçmiş nazirin şübhəli ölümü: Məzarı açılacaq

Şərurlu İsfəndiyar: “50 milyonu itirəndə heç təsir etmədi" – VİDEO

Şərurlu İsfəndiyar: “50 milyonu itirəndə heç təsir etmədi" – VİDEO

Ağır qəzada ölən Elvinin ad günü imiş – VİDEO

Ağır qəzada ölən Elvinin ad günü imiş – VİDEO

Türkiyədə millət vəkili küçənin ortasında bıçaqlandı - VİDEO

Türkiyədə millət vəkili küçənin ortasında bıçaqlandı - VİDEO

Mustafa Abbasbəyli vəzifəsindən azad olundu

Mustafa Abbasbəyli vəzifəsindən azad olundu

İki rayonda işıqlar sönəcək – Bu saatlarda...

İki rayonda işıqlar sönəcək – Bu saatlarda...

“Telegram” istifadəçilərinə xoş xəbər: Domen zona yaradılır

“Telegram” istifadəçilərinə xoş xəbər: Domen zona yaradılır

"Ajda Pekkanın stilisti saçlarımı məhv etdi" - FOTO

"Ajda Pekkanın stilisti saçlarımı məhv etdi" - FOTO

Azərbaycanın rusiyalı jurnalistləri axtarışa verməsinə Zaxarovadan REAKSİYA

Azərbaycanın rusiyalı jurnalistləri axtarışa verməsinə Zaxarovadan REAKSİYA

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev İSTEFA VERDİ

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev İSTEFA VERDİ

İsraildə terrorçuların edamı üçün xüsusi otaqlar hazırlanır – FOTO/VİDEO

İsraildə terrorçuların edamı üçün xüsusi otaqlar hazırlanır – FOTO/VİDEO

Tikinti şirkəti həqiqətən evləri qəzalı vəziyyətə salıb? - VİDEO

Tikinti şirkəti həqiqətən evləri qəzalı vəziyyətə salıb? - VİDEO

Əraqçi: “İlham Əliyevlə Azərbaycan dilində salamlaşması vəziyyəti tamamilə dəyişdi”

Əraqçi: “İlham Əliyevlə Azərbaycan dilində salamlaşması vəziyyəti tamamilə dəyişdi”

End of content

No more pages to load

RADİO