Qadın sürücüdən qayda pozuntusu – 3 uşağı avtomobilin “baqaj”ında DAŞIDI – VİDEO

Lənkəranda qadın sürücü minik avtomobilinin yük hissəsində 3 azyaşlının daşınmasını həyata keçirib. 

Bizim.Media xəbər verir ki, bununla bağlı görüntülər Lənkəran şəhərinin Qala deyilən ərazisində yerləşən “Bazarstore” marketinin önündə lentə alınıb.
 

Videodan da göründüyü kimi yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasını nümayiş etdirən sürücü 3 azyaşlıya əşya kimi davranaraq, onları “baqaj”da oturdub. 42 AA 342 dövlət qeydiyyat nişanlı “KİA Sportage” markalı avtomobilin sürücüsü, eyni zamanda azyaşlılardan birinin anasının bu addımı müzakirələrə səbəb olub və tənqidlə qarşılanıb.


Qanunvericiliyə görə azyaşlı uşaqların avtomobilin yük yerində oturması qanunsuz və son dərəcə təhlükəlidir. Azyaşlı uşaqlar avtomobildə yalnız sərnişin üçün nəzərdə tutulmuş yerlərdə və müvafiq uşaq təhlükəsizlik oturacağı (uşaq oturacağı) ilə təmin olunaraq daşına bilər.

Belə ki, yük yeri sərnişin təhlükəsizliyi üçün nəzərdə tutulmayıb və qəza zamanı ciddi xəsarətlərlə nəticələnə bilər.Həmçinin yük yerlərində təhlükəsizlik kəməri, hava yastığı, oturacaq sabitliyi kimi qoruyucu sistemlər olmur.

Ani tormozlama və ya qəza zamanı uşaq sərbəst hərəkət edən yük kimi ciddi zədə ala bilər. Bu həm qaydaların pozulması, həm də uşağın həyatını riskə atmış sayılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya bildirilib ki, görüntülər barədə məlumatlıdırlar, məsələ araşdırılır. Nəticəsi barədə əlavə məlumat veriləcək.

Mövzunu diqqətdə saxlayacağıq...


Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda boru partladı, bu küçə keçilməz oldu - VİDEO

Bakıda boru partladı, bu küçə keçilməz oldu - VİDEO

Tramp İranı təhdid etdi: “"Yaxşı oğlan" olmaq dövrü bitdi” – FOTO

Tramp İranı təhdid etdi: “"Yaxşı oğlan" olmaq dövrü bitdi” – FOTO

Tikintisi davam edən binalardan mənzil almaq istəyənlərin DİQQƏTİNƏ

Tikintisi davam edən binalardan mənzil almaq istəyənlərin DİQQƏTİNƏ

Sevdiyi qızın anasının qızıllarını oğurladı, özünə nişan məclisi TƏŞKİL ETDİ

Sevdiyi qızın anasının qızıllarını oğurladı, özünə nişan məclisi TƏŞKİL ETDİ

Sabah da yağış YAĞACAQ?

Sabah da yağış YAĞACAQ?

Rusiyalı qapıçıya “Bavariya” ilə oyunda necə qiymət verildi?

Rusiyalı qapıçıya “Bavariya” ilə oyunda necə qiymət verildi?

Uşaqlara baxır, ev işlərini görür... - Ağıllı robot-dayə yaradıldı – VİDEO

Uşaqlara baxır, ev işlərini görür... - Ağıllı robot-dayə yaradıldı – VİDEO

PUA hücumu zamanı 14 yaşlı qız itkin düşmüşdü - Meyiti tapıldı - FOTO

PUA hücumu zamanı 14 yaşlı qız itkin düşmüşdü - Meyiti tapıldı - FOTO

Ömürlük həbs cəzası hansı hallarda dəyişə bilər? – Hüquqi İZAH

Ömürlük həbs cəzası hansı hallarda dəyişə bilər? – Hüquqi İZAH

Abşeronda ƏMƏLİYYAT: Tutulanlar arasında qadınlar da var – VİDEO

Abşeronda ƏMƏLİYYAT: Tutulanlar arasında qadınlar da var – VİDEO

Ukrayna dronu Qazaxıstan ərazisinə düşdü – VİDEO

Ukrayna dronu Qazaxıstan ərazisinə düşdü – VİDEO

Allergiyanın gücləndiyi aylar – Bu ağaclar və otlar həyatınızı kabusa çevirə bilər

Allergiyanın gücləndiyi aylar – Bu ağaclar və otlar həyatınızı kabusa çevirə bilər

Xocalının 4 kəndinə növbəti köç karvanları yola salındı

Xocalının 4 kəndinə növbəti köç karvanları yola salındı

Medianews: Samvel Karapetyan Ermənistanda seçicilərə pul paylayır

Medianews: Samvel Karapetyan Ermənistanda seçicilərə pul paylayır

Ukrayna millisinin qapıçısı Azərbaycana GƏLİR

Ukrayna millisinin qapıçısı Azərbaycana GƏLİR

Krımda partlayış törətmək istəyən şəxs TUTULDU – VİDEO

Krımda partlayış törətmək istəyən şəxs TUTULDU – VİDEO

Kürdəmirdə evdə güclü yanğın: 1 nəfər öldü - FOTO

Kürdəmirdə evdə güclü yanğın: 1 nəfər öldü - FOTO

Azərbaycan üçün yeni uşaqpulu modeli – Ayda 100 manat…

Azərbaycan üçün yeni uşaqpulu modeli – Ayda 100 manat…

Türkiyədə Azərbaycan nömrəli yük avtomobili yanaraq kül oldu - FOTO

Türkiyədə Azərbaycan nömrəli yük avtomobili yanaraq kül oldu - FOTO

Sara Əzimovaya yeni vəzifəyə TƏYİN OLUNDU

Sara Əzimovaya yeni vəzifəyə TƏYİN OLUNDU

Azərbaycanda daha 11 şəhərin baş planı təsdiq olunacaq

Azərbaycanda daha 11 şəhərin baş planı təsdiq olunacaq

Üç rayona qar yağır - FAKTİKİ HAVA

Üç rayona qar yağır - FAKTİKİ HAVA

Xaçmazda dəhşətli QƏZA – Ölənlər var – ÖZƏL/FOTO

Xaçmazda dəhşətli QƏZA – Ölənlər var – ÖZƏL/FOTO

Bakıda FACİƏ: 14 yaşlı qızla 19 yaşlı oğlan hamamda zəhərləndi

Bakıda FACİƏ: 14 yaşlı qızla 19 yaşlı oğlan hamamda zəhərləndi

End of content

No more pages to load

RADİO