Ukrayna millisinin qolkiperi Georgi Buşana Azərbaycan klubu maraq göstərir.
Bizim.Media xəbər verir ki, hələ ki adı açıqlanmayan Premyer Liqa klubumuz ukraynalını razı salmağı bacarıb.
Belə ki, Buşan yaydan sonra Azərbaycanda oynamağa hazırdır. Son anda hansısa problem çıxmasa, “Əl-Şabab”ın qapıçısını yaydan sonra ölkəmizdə görəcəyik.
Qeyd edək ki, 31 yaşlı qolkiper müqavilə ilə “Əl-Şabab”a məxsus olsa da, icarə əsasında “Polessye”nin qapısını qoruyur.
Bizim.Media