Bu gün Türkiyə millisi Bakıda Uels yığması ilə qarşılaşacaq

Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsində II turun oyunlarına start veriləcək.

Bizim.Media xəbər verir ki, günün ilk matçı B qrupunda yer alan komandalar arasında oynanılacaq. İlk turda Danimarkaya millisinə gözlənilmədən qalib gələn Finlandiya seçməsi birinci matçda Belçikaya 0:3 hesabı ilə uduzan Rusiya yığmasının qonağı olacaq.

Sankt-Peterburqdakı eyniadlı arenada oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Oyunu niderlandlı referi Denni Makkeli idarə edəcək. Hazırda finlandiyalılar 3 xalla qrupda 2-ci, xalı olmayan rusiyalılar isə sonuncudur.

Günün ikinci oyununda Türkiyə millisi Bakı Olimpiya Stadionunda Uels seçməsi ilə qarşılaşacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyə - Uels oyununu kimlər izləyəcək? – 27 MİNDƏN ÇOX bilet satılıb


Çempionatın açılış matçında Romada İtaliyaya 0:3 hesabı ilə uduzan “ay-ulduzlular” üçün bu qarşılaşma mühüm əhəmiyyət daşıyır. Uels seçməsi Bakı Olimpiya Stadionunda keçirilən birinci görüşdə İsveçrə ilə heç-heçə edib – 1:1.

“Ay-ulduzlular” Uels ilə sonuncu dəfə 24 il əvvəl üz-üzə gəliblər. İstanbulda oynanılan həmin görüşdə qardaş ölkənin təmsilçiləri 6:4 hesabı ilə qələbə qazanıblar. Komandalar ümumilikdə 6 rəsmi matçda qarşılaşıblar. Həmin oyunların 2-də qalib gələn Türkiyə yığması 3 görüşdə uduzub. Top nisbəti də Uels yığmasının xeyrinədir – 7:10.

Türkiyə milli komandası Uels ilə oyunda 98 illik tarixində 594-cü oyununa çıxacaq. Həmin görüşlərin 226-da qalib gələn Türkiyə 225 görüşdən məğlub ayrılıb, 142 oyunda isə heç-heçə edib. Şenol Günəşin rəhbərliyi ilə indiyədək keçirdiyi 54 rəsmi oyunun 30-nu qələbə ilə başa vuran Türkiyə millisi 11 görüşdə uduzub, 13 matçda isə meydandan “sülh”lə ayrılıb. Bu görüşlərdə 96 qol vuran komanda qapısından 51 top buraxıb.
 

Saat 20:00-da start götürəcək oyunun baş hakimi portuqaliyalı Artur Diaş olacaq. Şenol Güneşin baş məşqçi olduğu kollektiv hazırda qrupda xalsız yeganə komandadır. Bir xalı olan Uels millisi isə İsveçrə ilə birlikdə 2-3-cü yerləri bölüşdürür.


Günün son görüşü A qrupunun hazırkı lideri İtaliya millisi və İsveçrə seçməsi arasında olacaq.

Romadakı “Olimpiko” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyunu rusiyalı FIFA referisi Sergey Karasyov idarə edəcək.

Xatırladaq ki, Bakı Olimpiya Stadionu bu gün Türkiyə-Uels, dörd gün sonra İsveçrə-Türkiyə görüşünə ev sahibliyi edəcək. İyulun 3-də isə çempionatın dörddəbir final mərhələsinin bir qarşılaşması Bakıda oynanılacaq.

“Avro-2020”nin final matçı iyulun 11-də Londondakı “Uembli” stadionunda keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Bizi “sıfır nöqtəsinə” geri sürükləməyə çalışırlar”

“Bizi “sıfır nöqtəsinə” geri sürükləməyə çalışırlar”

Cəlilabadda qədim yaşayış məskənində sənətkarlıq məhəlləsi tapıldı - FOTO

Cəlilabadda qədim yaşayış məskənində sənətkarlıq məhəlləsi tapıldı - FOTO

İlham Əliyev Slovakiya Prezidentini Şuşada QARŞILADI - FOTO

İlham Əliyev Slovakiya Prezidentini Şuşada QARŞILADI - FOTO

Türkiyədə genişmiqyaslı əməliyyat: 74 nəfər saxlanıldı

Türkiyədə genişmiqyaslı əməliyyat: 74 nəfər saxlanıldı

Hikmət Hacıyev: “Süni intellekt jurnalistikanı yenidən formalaşdırır”

Hikmət Hacıyev: “Süni intellekt jurnalistikanı yenidən formalaşdırır”

Evlərin qiymətində fantastik bahalaşma – Yay amili, yoxsa...

Evlərin qiymətində fantastik bahalaşma – Yay amili, yoxsa...

DRON HÜCUMU: Başqırdıstanda neft emalı zavodu vuruldu - VİDEO

DRON HÜCUMU: Başqırdıstanda neft emalı zavodu vuruldu - VİDEO

MİQ imtahanları BAŞLADI

MİQ imtahanları BAŞLADI

IV Şuşa Qlobal Media Forumu işini davam etdirir

IV Şuşa Qlobal Media Forumu işini davam etdirir

Hikmət Hacıyevdən Azərbaycana qarşı dezinformasiya kampaniyası ilə bağlı AÇIQLAMA

Hikmət Hacıyevdən Azərbaycana qarşı dezinformasiya kampaniyası ilə bağlı AÇIQLAMA

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Binəqədidə suyun qrafiklə verilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Binəqədidə suyun qrafiklə verilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Prezidentin köməkçisi: “Münaqişələr həm də informasiya məkanında aparılır”

Prezidentin köməkçisi: “Münaqişələr həm də informasiya məkanında aparılır”

Naxçıvanın bir hissəsində qaz olmayacaq

Naxçıvanın bir hissəsində qaz olmayacaq

Razılaşmaya yaxın idik, Qərb pozdu – Blanar

Razılaşmaya yaxın idik, Qərb pozdu – Blanar

Bacısına görə həmyerlisini öldürdü – 10 il HƏBS CƏZASI

Bacısına görə həmyerlisini öldürdü – 10 il HƏBS CƏZASI

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Həmin epizoda görə ölümlə təhdid edilir - Fotolar

Həmin epizoda görə ölümlə təhdid edilir - Fotolar

21 yaşlı gənc ürəyindən bıçaqlandı

21 yaşlı gənc ürəyindən bıçaqlandı

Qızılın qiyməti ARTDI

Qızılın qiyməti ARTDI

DÇ-2026: Yarımfinalda nəhənglərin toqquşması: Fransa-İspaniya

DÇ-2026: Yarımfinalda nəhənglərin toqquşması: Fransa-İspaniya

Trampdan təklif: Bacısı əvəzləsin

Trampdan təklif: Bacısı əvəzləsin

Bakının bu ərazilərində işıq olmayacaq – SİYAHI

Bakının bu ərazilərində işıq olmayacaq – SİYAHI

Atiyə dördüncü dəfə ana olmağa hazırlaşır: "Uşaq da dünyaya gətirərəm, karyera da quraram" - FOTO

Atiyə dördüncü dəfə ana olmağa hazırlaşır: "Uşaq da dünyaya gətirərəm, karyera da quraram" - FOTO

End of content

No more pages to load

RADİO