“Qərbi Azərbaycan: Unudulmaz izlər” layihəsi çərçivəsində Karsda beynəlxalq forum keçirildi – FOTO/VİDEO

14 may 2025-ci il tarixində Türkiyənin Kars şəhərində yerləşən Kafkas Universitetində “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qərbi Azərbaycan: Unudulmaz izlər” adlı beynəlxalq forum keçirildi.

Bizim.Media xəbər verir ki, tədbirin əsas məqsədi Qərbi Azərbaycanın zəngin mədəni irsini, tarixi yaddaşını və kulinariya ənənələrini nümayiş etdirmək, bu irsi daha geniş auditoriyaya tanıtmaq və gənc nəslə ötürməkdən ibarət idi.

Forum Azərbaycan-Türkiyə münasibətləri kontekstində ortaq tarix yaddaşının qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.


Forum iştirakçıları öncə Azərbaycan və Türkiyənin ərazi bötüvlüyü uğrunda şəhid olmuş iğid oğullarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Daha sonra Türkiyə və Azərbaycan dövlət himnləri səsləndirildi.
 

Kafkas Universiteti Çağdaş Türk Ləhcələri və Ədəbiyyatları Bölümünün rəhbəri Prof. Dr. İlkin Gulusoy çıxış edərək bildirdi ki, “Qərbi Azərbaycan məsələsi yalnız bir regionun deyil, bütövlükdə türk dünyasının tarixi yaddaşıdır. Bu cür tədbirlər mədəni mirasın yaşadılması baxımından son dərəcə dəyərlidir.”


“İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev çıxış edərək bildirdi ki, “Qərbi Azərbaycanın mədəni irsini dünyaya tanıtmaq bizim tarixi və mənəvi borcumuzdur. Layihəmiz bu istiqamətdə mühüm addımlardan biridir.”

Azərbaycanın Karsdakı Baş konsulu Zamin Əliyev çıxış edərək bildirdi ki, “Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətləri bu cür layihələrlə daha da möhkəmlənir. Qərbi Azərbaycan bizim milli kimliyimizin ayrılmaz hissəsidir.”

Əslən Qərbi Azərbaycandan olan Kars Bələdiyyə Başçısı Prof. Dr. Ötüken Senger çıxış edərək bildirdi ki, “Bu cür tədbirlər şəhərimizin beynəlxalq mədəni platformaya çevrilməsinə də töhfə verir. Qərbi Azərbaycan məsələsinin insanlıq tarixində yeri böyükdür.”

Naxçıvan Muxtar Respublikasının Ali məclisinin deputatı Üzeyir Məmmədov çıxış edərək bildirdi ki, “Qərbi Azərbaycan torpaqları bizim tariximizin qan yaddaşıdır. Gənc nəsil bu gerçəkləri öyrənməli və gələcəyə daşımalıdır.”

Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev çıxış edərək bildirdi ki, “Gənclər olaraq bu mirası yaşatmaq və dünyaya tanıtmaq bizim vəzifəmizdir. Forum bu baxımdan bizə böyük ilham verir.”

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli çıxış edərək bildirdi ki, “Biz bu kimi layihələrlə həm milli kimliyimizi möhkəmləndirir, həm də beynəlxalq aləmdə Azərbaycan həqiqətlərini tanıdırıq. Dövlət dəstəyi ilə həyata keçirilən bu tədbirlər gələcəyə yönəlib.”
 

Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi İctimai Birliyinin sədri Məhsəti Hüseynova çıxış edərək bildirdi ki, “Qərbi Azərbaycanın kulinariya irsi də bu tarixi yaddaşın ayrılmaz hissəsidir. Biz bu irsi qorumalı və nəsildən-nəslə ötürməliyik.”


Rəsmi çıxışlardan sonra təşəkkür plaketləri və iştirakçı sertifikatları təqdim olundu. Forum Azərbaycan milli musiqlilərindən ibarət konsert proqramı ilə davam etdi. Sonda Qərbi Azərbaycan mətbəxinin incilərindən olan İrəvan kətəsi, İrəvan şirin çörəyi, fəsəli və bir çox şirniyyatlar təqdim olundu və həmçinin İrəvan şəhərinin dağıdılmış tarixi abidələrinin fotoları sərgiləndi.




























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Emin Hüseynov Ağdamdan sahibkarlara SƏSLƏNDİ: “Gəlin, 24 min hektar əkinəyararlı torpaq istifadə üçün hazırdır”

Emin Hüseynov Ağdamdan sahibkarlara SƏSLƏNDİ: “Gəlin, 24 min hektar əkinəyararlı torpaq istifadə üçün hazırdır”

Vəzifəyə təyin olunması xəbərinə aydınlıq gətirdi

Vəzifəyə təyin olunması xəbərinə aydınlıq gətirdi

Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü

Bakıda məktəbin qarşısında dəhşət: 18 yaşlı gənc öldürüldü

Bakının hansı ərazilərində kanat yolu YARADILACAQ?

Bakının hansı ərazilərində kanat yolu YARADILACAQ?

Pensiya və təqaüdlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Pensiya və təqaüdlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Sabah da YAĞIŞ YAĞACAQ

Sabah da YAĞIŞ YAĞACAQ

İlham Əliyev Malayziyaya səfərə dəvət olundu

İlham Əliyev Malayziyaya səfərə dəvət olundu

Malayziyanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO

Malayziyanın yeni səfiri İlham Əliyevin qəbulunda – FOTO

Ramil Usubovun ailəsində AĞIR İTKİ - FOTO

Ramil Usubovun ailəsində AĞIR İTKİ - FOTO

“Bezmişik, bu nə yoldur” – VİDEO

“Bezmişik, bu nə yoldur” – VİDEO

Daha beş stomatoloqun lisenziyasız fəaliyyət göstərdiyi AŞKARLANDI

Daha beş stomatoloqun lisenziyasız fəaliyyət göstərdiyi AŞKARLANDI

Bir ayda 13 klinika cəzalandırıldı – RƏSMİ

Bir ayda 13 klinika cəzalandırıldı – RƏSMİ

İrina Zaretska Avstriyada qızıl medal qazandı

İrina Zaretska Avstriyada qızıl medal qazandı

Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi

Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi

Azərbaycanda bu kəndi su basdı

Azərbaycanda bu kəndi su basdı

Əhalinin DİQQƏTİNƏ – Bu gündən başlayıb, 2 gün davam edəcək...

Əhalinin DİQQƏTİNƏ – Bu gündən başlayıb, 2 gün davam edəcək...

"Brend" adı ilə satılan ətirlər xərçəng riski yaradır – XƏBƏRDARLIQ

"Brend" adı ilə satılan ətirlər xərçəng riski yaradır – XƏBƏRDARLIQ

İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi – FOTO

İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi – FOTO

Samirə Selin Dionun konsertində - VİDEO

Samirə Selin Dionun konsertində - VİDEO

30 min manatdan başlayır – Paytaxtın ən ucuz mənzilləri bu ərazidədir

30 min manatdan başlayır – Paytaxtın ən ucuz mənzilləri bu ərazidədir

Azərbaycanlı biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində YENİ ADLAR

Azərbaycanlı biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində YENİ ADLAR

Şanslı olacaq BÜRCLƏR

Şanslı olacaq BÜRCLƏR

Azərbaycan filmi Avropa festivalında mükafat qazandı – FOTO

Azərbaycan filmi Avropa festivalında mükafat qazandı – FOTO

Prokuror Ramiz Mehdiyevin ittihamını oxuyacaq - VİDEO

Prokuror Ramiz Mehdiyevin ittihamını oxuyacaq - VİDEO

End of content

No more pages to load

RADİO