Dünənki “Son zəng”in kədərli xatirələri – ACI FAKTLAR

Xəbər verildiyi kimi ötən gün Azərbaycanda təntənəli “Son zəng” tədbirləri həyata keçdi. 
Keçən il isə pandemiya və ölkədə epidemioloji durumun gərginliyi səbəbindən əlamətdar günlə bağlı tədbir təşkil olunmamışdı.

Təssüflər olsun ki, 11 il doğmalaşan məktəblərindən əbədi olaraq vidalaşan bəzi məzunlar sevincli günlərində ehtiyatsızlıq və ya məsuliyyətsizliklərinin qurbanına çevrilirlər.

Yaxud da “alın yazı” söylənildiyi kimi həyatları ilə vidalaşmalı olurlar. Ötən il istisna olmaqla, əvvəlki illərə nəzər salsaq xeyli qəza və bədbəxt hadisələrin stasitikasını sıralamış olarıq. 
 

MÖVZU İLƏ BAĞLI:

Ağstafada "Son zəng" bıçaqlanma ilə başa çatdı


“Son zəng” günü azadlıqlarına və gəncliklərinə qovuşduqlarını başlanqıc olaraq əməllərində sübut etməyə çalışan bəzi oğlan məzunlarımız ya ağır qəzaların, ya da mübahisəli qətllərin qurbanına çevrilirlər.   

Ötən gün də sevincli anın sonu xoşagəlməz hadisə ilə yadda qaldı.

Bakının Cəfər Xəndan küçəsi ilə Azadlıq Prospektinin kəsişməsində baş verən qəzada "Mercedes E Class"ı idarə edən məzun yaralanıb və təcili olaraq xəstəxanaya çatdırılıb.

Xoşbəxtlikdən ölüm olmayıb.

Ağstafa rayonunda isə "Son zəng"dən sonra məzunlar arasında bıçaqlanma hadisəsi baş verib. Rayonun Muğanlı kənd sakinləri olan 17 yaşlı 11-ci sinif məzunları mübahisə ediblər.

Kənd məktəbinin şagirdi, 2004-cü il təvəllüdlü Zeynallı Orxan Mirtalıb oğlu üzərində gəzdirdiyi bıçaqla həmyaşıdı, sinif yoldaşı Bayramlı Ramal Rüfət oğlunu bıçaqlayıb. Hadisəni törədən şəxs Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. İstintaq aparılır.

Şirvanda isə 16 saylı məktəbdən məzun olan C. Eminov məktəbdə keçirilən "Son zəng"dən sonra sinif yoldaşları ilə birgə Kür sahilində gəzintiyə çıxıbmış. Çayda çimmək istərkən sular onun həyatına son qoyub. 

Tarixə qayıtsaq, “Son zəng” qəzalarında ən dəhşətli hadisələri vərəqləmiş olarıq.

2014-cü ildə Ağdaş-Qaravəlli yolunda Ləkiyə yaxın ərazidə dəhşətli qəza baş vermişdi. 11 məzunun olduğu mikroavtobus "SACHMAN" markalı yük maşını ilə toqquşmuşdu. Qəzada 3 nəfər dünyasını dəyişib, 8 nəfər isə ağır xəsarət almışdı.  

2017-ci ildə isə Göycay rayon sakinləri olan 3 məzunun kirayə götürdükləri avtomobil Ucar rayonunda yol qəzasına düşmüşdü. Belə ki, 1995-cü il təvəllüdlü Namiq Alik oğlu Məmmədov hərəkətdə olan zaman idarəetməni itirib və yolun kənarında olan "Mercedes" markalı avtomobilə çırpılıb. Məzunların üçü də ağır xəsarətlər almışdı.

2019-cu ildə Lənkəranda "Son zəng" günündə məzunun idarə etdiyi avtomobil təhlükəli idarəetmədən qəzaya səbəb olub.

Nəticədə avtomobildə olan 4 məzundan biri - 18 yaşlı Adil Məmməd oğlu Həsənzadə müxtəlif dərəcəli bədən xəsarətləri almışdı. Ağır qəzada məzun baş nahiyəsinin əzilməsi, sağ qulağın yerindən üzülməsi və daxili orqanların zədələnməsi ilə ölümdən dönmüşdü.
 

Sosioloqların dediyinə görə həmin gün yaşananlar sonralar kimlər üçünsə xoş, kimlər üçünsə kədərli xatirəyə çevrilir. “Son zəng”in kədərli xatirəyə çevrilməməsi üçün isə ilk olaraq valideynlər həssaslıq göstərməli və daha məsuliyyətli addımlar atmalıdırlar.


Halbuki bəzi valideynlər naşı və sürücü təcrübəsi olmayan məzun övladlarına sükan arxasına keçməyə nəinki şərait yaradırlar, sevinclərini yaşamaları üçün avtomobillərini rahatlıqla verirlər. Amma anlıq baş verə biləcək təhlükəni göz özünə gətirmirlər.

Qeyd edək ki, Dövlət Yol Polisi də dəfələrlə sözügedən günlərdə məzunların sükan arxasına keçməmələri üçün onların valideynlərinə müraciətlər ediblər.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

DSMF-nin xərcləri 3 milyard 440 milyon manat oldu - FOTO

DSMF-nin xərcləri 3 milyard 440 milyon manat oldu - FOTO

Krasnodar hava limanında 34 reys təxirə salındı

Krasnodar hava limanında 34 reys təxirə salındı

Ermənistan Rusiyadan Avrasiya İqtisadi Komissiyasına şikayət etdi

Ermənistan Rusiyadan Avrasiya İqtisadi Komissiyasına şikayət etdi

Bakıda evdən 70 min manatlıq qızıl oğurlandı - Saxlanılan var – FOTO-VİDEO

Bakıda evdən 70 min manatlıq qızıl oğurlandı - Saxlanılan var – FOTO-VİDEO

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Bakıda obyekt yanır

Bakıda obyekt yanır

General-mayor Etibar Məhərrəmova yeni vəzifə verilib

General-mayor Etibar Məhərrəmova yeni vəzifə verilib

Bu ölkə prezidentini qaçıracağıq - Heqset

Bu ölkə prezidentini qaçıracağıq - Heqset

Taker Karlson: "İran ABŞ-ın hərbi qüdrətinin sərhədlərini göstərdi" – VİDEO

Taker Karlson: "İran ABŞ-ın hərbi qüdrətinin sərhədlərini göstərdi" – VİDEO

3 futbolçu dünya çempionatının tarixinə düşəcək - ADLAR

3 futbolçu dünya çempionatının tarixinə düşəcək - ADLAR

BMT: Dünyada hər 70 nəfərdən biri məcburi köçkündür

BMT: Dünyada hər 70 nəfərdən biri məcburi köçkündür

Rusiya Finlandiya sərhədində yeni hərbi baza tikir – FOTO

Rusiya Finlandiya sərhədində yeni hərbi baza tikir – FOTO

Si Cinpinin Şimali Koreyaya səfərinin əsl səbəbi AÇIQLANDI

Si Cinpinin Şimali Koreyaya səfərinin əsl səbəbi AÇIQLANDI

20-dən çox ölkə İrandan bunu TƏLƏB ETDİ

20-dən çox ölkə İrandan bunu TƏLƏB ETDİ

Şəhərdən kəndə köçüb, təsərrüfat YARATDI – Məhsulun kiloqramını 100 manatdan baha satır – FOTO

Şəhərdən kəndə köçüb, təsərrüfat YARATDI – Məhsulun kiloqramını 100 manatdan baha satır – FOTO

Abunəlik tələsi - “Pul geri qaytarılmır” deyənlərə XƏBƏRDARLIQ

Abunəlik tələsi - “Pul geri qaytarılmır” deyənlərə XƏBƏRDARLIQ

Azərbaycanda yeni hava limanı istifadəyə veriləcək – TARİX AÇIQLANDI

Azərbaycanda yeni hava limanı istifadəyə veriləcək – TARİX AÇIQLANDI

61 yaşlı aktrisa FOTOSU ilə hər kəsi heyran etdi

61 yaşlı aktrisa FOTOSU ilə hər kəsi heyran etdi

Millimizin üzvü Sloveniya klubunun TRANSFER HƏDƏFİNDƏ

Millimizin üzvü Sloveniya klubunun TRANSFER HƏDƏFİNDƏ

Rusiyada MÜHARİBƏ FOBİYASI - Cəbhəyə getmək istəyənlərin sayında KƏSKİN AZALMA

Rusiyada MÜHARİBƏ FOBİYASI - Cəbhəyə getmək istəyənlərin sayında KƏSKİN AZALMA

“Çörəyinin duzu olmayan” 5 bürc

“Çörəyinin duzu olmayan” 5 bürc

Doktoranturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Doktoranturaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Bəzi rayonlara leysan xarakterli yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Bəzi rayonlara leysan xarakterli yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

"AzParking"dən ödəniş sistemi ilə bağlı yayılan iddialara RƏSMİ CAVAB

"AzParking"dən ödəniş sistemi ilə bağlı yayılan iddialara RƏSMİ CAVAB

End of content

No more pages to load

RADİO