Abunəlik tələsi - “Pul geri qaytarılmır” deyənlərə XƏBƏRDARLIQ

Müxtəlif kurslar, idman zalları və üzgüçülük mərkəzləri müştərilərə daha sərfəli qiymətlə uzunmüddətli abunəliklər təklif edir. Lakin bəzi hallarda vətəndaşlar səhhətində yaranan problemlər, iş və ya yaşayış yerinin dəyişməsi, eləcə də xidmətdən narazı qalması səbəbindən abunəliyi vaxtından əvvəl dayandırmaq istəyirlər. Bu zaman isə onlar çox vaxt  “pul geri qaytarılmır” cavabı ilə qarşılaşırlar.

Bəs belə hallarda istehlakçının hüquqları nədən ibarətdir?

Müqavilədə yer alan bu şərt qanunvericiliyə uyğundurmu və istifadə edilməyən xidmətə görə ödənilən vəsaiti geri tələb etmək mümkündürmü?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Elnur Məmmədov bildirir ki, “pul geri qaytarılmır” ifadəsi istehlakçının hüquqlarını aradan qaldırmır:

“Ümumi hüquqi prinsip ondan ibarətdir ki, xidmət göstərilmədiyi halda onun haqqının saxlanılması əsaslandırılmalıdır. Xidmət müqavilələri bir tərəfin xidmət göstərdiyi digər tərəfin isə bunun müqabilində ödəniş etdiyi qarşılıqlı öhdəliklərə əsaslanır.
 

Vətəndaş müqavilədən vaxtından əvvəl imtina edirsə və xidmətin müəyyən hissəsindən istifadə etməyibsə, ödənilmiş məbləğin geri qaytarılması məsələsi konkret müqavilə şərtləri, tərəflərin razılaşması və xidmət göstərənin faktiki çəkdiyi xərclər nəzərə alınmaqla qiymətləndirilməlidir.


Müəssisə yalnız “paket alınıb” arqumenti ilə xidmət göstərilməmiş dövr üçün bütün vəsaiti özündə saxlamaq hüququna malik deyil. Təkcə qapıda, internet səhifəsində və ya müqavilədə “pul geri qaytarılmır” qeydinin olması həmin şərti qanuni etmir”.

Hüquqşünasın sözlərinə görə, müqavilə şərtləri tərəflər arasında balansı kobud şəkildə pozmamalı və istehlakçını əsassız olaraq əlverişsiz vəziyyətə salmamalıdır. Mübahisə zamanı məhkəmə və ya səlahiyyətli dövlət orqanı belə şərtin ədalətli olub-olmadığını ayrıca qiymətləndirə bilər.
 

E.Məmmədov qeyd edir ki, vətəndaş 6 aylıq paket alıb, lakin 2 ay istifadə etdikdən sonra xidmətdən imtina edibsə, qalan 4 aya görə ödənilmiş məbləğin tam və ya qismən qaytarılması tələbi irəli sürülə bilər. Onun sözlərinə görə, belə hallar yaşanarsa, müəssisəyə yazılı müraciət edilməli, müqavilənin ləğvi və istifadə edilməyən xidmət haqqının qaytarılması tələb olunmalıdır.


“Tələb təmin edilməzsə, Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yanında istehlakçı hüquqlarının müdafiəsi mexanizmlərinə müraciət edilə bilər. Mübahisə həll olunmadıqda məhkəməyə iddia ərizəsi vermək mümkündür. Müraciət zamanı müqavilə, ödəniş qəbzləri, yazışmalar və digər sübutların saxlanılması vacibdir”.

Hüquqşünas əlavə edir ki, indiyə qədər Azərbaycan məhkəmələrində xidmət müqavilələri üzrə ödənişlərin qaytarılması ilə bağlı müxtəlif mübahisələrə baxılıb.

Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Bu gün Cəbrayıl Şəhəri Günüdür - FOTO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Quba-Xınalıq yolu hələ açılmayıb - VİDEO

Dollarla bağlı kritik PROQNOZ

Dollarla bağlı kritik PROQNOZ

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

Braziliyada prezident seçkilərinin birinci turu keçiriləcək

ABŞ iki İran diplomatını ölkədən çıxardı

ABŞ iki İran diplomatını ölkədən çıxardı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Gəncədə 28 yaşlı kişi bıçaqlandı

Qızılın SON qiyməti

Qızılın SON qiyməti

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il ötür

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Azərbaycan millisi bu gün Litvanı qəbul edəcək

Dünya birjalarında neft ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşdı

Fransada polis lisey şagirdini güllələdi

Fransada polis lisey şagirdini güllələdi

Medvedevdən İranla bağlı AÇIQLAMA

Medvedevdən İranla bağlı AÇIQLAMA

Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

Bakı–Qazax yolunda avtomobil velosipedçini vuraraq öldürdü

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz QƏRAR

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Dünyanın ən bahalı yaxtalarına onlar sahibdir - FOTO

Keyn 78 illik rekordu TƏKRARLADI

Keyn 78 illik rekordu TƏKRARLADI

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Pentaqon rəhbəri: “Hörmüz boğazına İran yox, biz nəzarət edirik”

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

Ağdaşda ev yandı - Ana və oğulları xəsarət aldı

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

İsrail Almaniyaya XƏBƏRDARLIQ ETDİ

A Seriyasında ayın ən yaxşısı oldu

A Seriyasında ayın ən yaxşısı oldu

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Cəbrayılın işğaldan azad olunmasından 6 il ÖTÜR

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

Niyə bəzi qadınlar problemli kişiləri seçir? - “Pis oğlan” seçiminin arxasında dayanan FAKTLAR

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

"Zəif komandalardan asan oyun gözləmək olmaz” - Qurban Qurbanov

End of content

No more pages to load

RADİO