Meksika millisinin qapıçısı Qilyermo Oçoa futbol üzrə dünya çempionatları tarixinə düşməyə hazırlaşır.
Bizim.Media xəbər verir ki, 2026-cı il mundialı 39 yaşlı qolkiperin karyerasında altıncı dünya çempionatı olacaq.
Bununla da o, turnirin altı final mərhələsində iştirak edən ilk futbolçu kimi tarixə düşəcək.
Cari mundialda bu göstəricini daha iki ulduz futbolçu təkrarlayacaq. Belə ki, Argentina millisinin kapitanı Lionel Messi və Portuqaliya yığmasının lideri Kriştiano Ronaldo da karyeralarında altıncı dəfə dünya çempionatının final mərhələsində iştirak edəcəklər.
Qeyd edək ki, futbol üzrə dünya çempionatı bu gün start götürəcək. Turnirin açılış oyununda ev sahiblərindən Meksika millisi paytaxt Mexikoda Cənubi Afrika Respublikası yığması ilə qarşılaşacaq.
Bizim.Media