Öz ayağı ilə getdiyi xəstəxanadan niyə meyiti çıxdı? – VİDEO

Xəbər verdiyimiz kimi, 51 yaşlı Ucar rayon Alpout kənd sakini Vidadi İsgəndərov mayın 5-də Göyçay Rayon Mərkəzi Xəstəxanasında əməliyyatdan sonra vəfat edib.

Bizim.Media xəbər verir ki, “ATV”yə danışan mərhumun ailə üzvlərinin sözlərinə görə, o, lazimi müayinələrdən keçib, ölümünə səbəb isə həkim səhlənkarlığı olub.

Mərhumun qonşusu Qılman Tağıyev deyir ki, səhər onu özləri Göyçaya yola salıblar:

Varikozdan əməliyyata gedirdi. Günorta saat 12-də də xəbər gəldi ki, vəfat edib”.

Qardaşı Ağayar İsgəndərov isə bildirir ki, mərhuma narkoz verilib, narkozdan da ayılmayıb: “Bizə dedilər ki, müayinələrdən keçirmişik, ürəyi də, ciyəri də salamatdır. Çıxandan sonra isə soruşdum ki, niyə ona narkoz verdiniz? Dedilər ki, “narkozsuz əməliyyat olmaz”.

V. İsgəndərovun həyat yoldaşı Nuranə Hacıyevanın sözlərinə əsasən, evdən sənədi götürüb xəstəxanaya gedənə qədər əri artıq əməliyyata salınıb: “Əməliyyatdan əvvəl sənədləri həkimə verdim. Həkim məndən UZİ kağızını istədi. Qayıdıb evdən götürüb getdim. Gördüm artıq əməliyyata salıblar. 10-15 dəqiqədən sonra həkim çıxıb soruşdu ki, “bunda ürək xəstəliyi var idi?” Mən də bildirdim ki, dəfələrlə müayinələrdən keçib, heç bir problemi olmayıb. Həkim də dedi ki, əməliyyat etmişik. Əməliyyatdan sonra ürəyi dayandı”.

Məsələ ilə bağlı Göyçay Rayon Mərkəzi Xəstəxanasından müayinələr zamanı mərhumun ürəyində hər hansı problemin olmadığını təsdiq ediblər. Reanimatoloq-anestezioloq Solmaz Hüseynova onun ölüm səbəbini belə izah edib:

“1974-cü il təvəllüdlü kişi “iki tərəfli varikosel” diaqnozu ilə əməliyyata qəbul edilib. Əməliyyat öncəsi xəstə bütün laborator və instrumental müayinələrdən keçirilib və əməliyyat üçün hər hansı əks göstəriş aşkar edilməyib. Həmçinin əməliyyat zamanı həmin şəxsdə heç bir patoloji hal müşahidə olunmayıb. Lakin dəri tikişlərinə başlanılarkən ani ürək dayanması müşahidə edilib. Zəruri tibbi yardımlar və reanimasiya tədbirlərinə baxmayaraq, xəstədə bioloji ölüm baş verib. Ölüm səbəbi kimi “ağciyər arteriyasının trombemboliyası” diaqnozu ehtimal olunur”.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Məşhur müğənnidən villasını 100 dollara satdı – FOTO

Məşhur müğənnidən villasını 100 dollara satdı – FOTO

Ülvi Mehdiyev: “Bu günə qədər heç kim deməyib ki, “ASAN xidmət”ə getdim rüşvət istədilər”

Ülvi Mehdiyev: “Bu günə qədər heç kim deməyib ki, “ASAN xidmət”ə getdim rüşvət istədilər”

Bəqai İranın ABŞ-la bağlı yeni hərbi taktikasını AÇIQLADI

Bəqai İranın ABŞ-la bağlı yeni hərbi taktikasını AÇIQLADI

“Yazırlar ki, bu nə boydadır?” - VİDEO

“Yazırlar ki, bu nə boydadır?” - VİDEO

SSRİ-nin ən böyük sirlərindən biri: Brejnevi kim öldürdü?

SSRİ-nin ən böyük sirlərindən biri: Brejnevi kim öldürdü?

Azərbaycana uçuş həyata keçirən aviaşirkətlərin diqqətinə!

Azərbaycana uçuş həyata keçirən aviaşirkətlərin diqqətinə!

Müəllimlərdən bu sənədlər tələb OLUNMAYACAQ

Müəllimlərdən bu sənədlər tələb OLUNMAYACAQ

Zinəddin Zidan Fransa millisinə başçılıq edəcək

Zinəddin Zidan Fransa millisinə başçılıq edəcək

Hüseyn Əsgərli rəhbər vəzifəyə gətirildi

Hüseyn Əsgərli rəhbər vəzifəyə gətirildi

Almaniya Kansleri parlamentdə qadın azlığından ŞİKAYƏTLƏNDİ

Almaniya Kansleri parlamentdə qadın azlığından ŞİKAYƏTLƏNDİ

Zelenski Baş nazir postuna ən uyğun namizədi AÇIQLADI

Zelenski Baş nazir postuna ən uyğun namizədi AÇIQLADI

Mərdəkanda nəzafətsiz dəniz ərazisində bir nəfər batdı

Mərdəkanda nəzafətsiz dəniz ərazisində bir nəfər batdı

Bu ölkə rus dilini qadağan edir - Kremldən reaksiya

Bu ölkə rus dilini qadağan edir - Kremldən reaksiya

Gəncədə universitet müəllimi vəfat etdi - FOTO

Gəncədə universitet müəllimi vəfat etdi - FOTO

Bakıda səfirlik sürücü axtarır: saatı 11 manat

Bakıda səfirlik sürücü axtarır: saatı 11 manat

Malayziyada maraqlı hadisə: Qızın ayaqqabısını iylədiyi üçün həbs edildi - VİDEO

Malayziyada maraqlı hadisə: Qızın ayaqqabısını iylədiyi üçün həbs edildi - VİDEO

Sabirabadın bəzi küçə və kəndlərində qaz olmayacaq

Sabirabadın bəzi küçə və kəndlərində qaz olmayacaq

AXCP-nin rayon təşkilatının sədri saxlanıldı - QIZINI DÖYÜB - FOTO

AXCP-nin rayon təşkilatının sədri saxlanıldı - QIZINI DÖYÜB - FOTO

Sibel Can yeni görünüşü ilə diqqət çəkdi – VİDEO

Sibel Can yeni görünüşü ilə diqqət çəkdi – VİDEO

Nazir idarə rəisini təqaüdə göndərdi - FOTO

Nazir idarə rəisini təqaüdə göndərdi - FOTO

Oktyabr ayından Bakıdan Bratislavaya birbaşa uçuşlar başlayır - FOTO

Oktyabr ayından Bakıdan Bratislavaya birbaşa uçuşlar başlayır - FOTO

Magistratura üzrə qabiliyyət imtahanları başladı - TARİXLƏR - FOTO

Magistratura üzrə qabiliyyət imtahanları başladı - TARİXLƏR - FOTO

Keçmiş nazir müavininə yeni vəzifə verildi

Keçmiş nazir müavininə yeni vəzifə verildi

Pezeşkian dövlət televiziyasını tənqid etdi: "Bu, İsrailin narratividir" - VİDEO

Pezeşkian dövlət televiziyasını tənqid etdi: "Bu, İsrailin narratividir" - VİDEO

End of content

No more pages to load

RADİO