Brüsseldə NATO-nun 30 üzv ölkəsinin liderlərinin görüşü başlayıb.
Bizim.Media xəbər verir ki, liderlər zirvə görüşündən əvvəl fotoşəkil üçün kameralar qarşısına keçiblər.
Sonra NATO-nun Baş katib Yens Stoltenberin giriş nitqi ilə iclasa start verilib.
Qeyd edək ki, sammitdə bir sıra mühüm məsələr müzakirə ediləcək. Görüşün gündəliyində Rusiyanın təcavüzkar siyasəti, terrorçuluqla mübarizə, kiber hücumlar və pozucu texnologiyalar, Çinin rəqabəti, iqlim dəyişikliyinin təhlükəsizlik baxımından fəsadları kimi mövzular daxildir.
Bununla yanaşı, 2022-ci ildə keçiriləcək növbəti zirvə görüşündə təsdiqlənməsi nəzərdə tutulan yeni strategiya konsepsiyası üzərində çalışmalara başlamaq qərarı da veriləcək.
Bizim.Media