Azərbaycanın yeniyetmə badmintonçusu Elşən Novruzov dünyasını dəyişib.
Bizim.Media-nın məlumatına görə, bu barədə Azərbaycan Badminton Federasiyanın rəsmi feysbuk səhifəsi məlumat yayıb.
“Yeniyetmə badmintonçumuz Elşən Novruzov İmdad oğlu dünyasını dəyişib. Federasiya idmançımızın vaxtsız vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir”,- məlumatda qeyd edilib.
Allah rəhmət eləsin!
Bizim.Media
